Əlvida silah. Эрнест Миллер Хемингуэй

Чтение книги онлайн.

Читать онлайн книгу Əlvida silah - Эрнест Миллер Хемингуэй страница 6

Əlvida silah - Эрнест Миллер Хемингуэй

Скачать книгу

style="font-size:15px;">      – Xeyr, mən iki həftəyə öyrənə bilmərəm. Mən artıq neçə aydır ki, məşğul oluram. Əgər onu görmək istəyirsizsə, saat yeddidən sonra gələ bilərsiz. O vaxta qədər növbədən çıxar. Ancaq rast gəldiyiniz hər italyanı özünüzlə gətirməyin.

      – Dillərinin gözəl olmasına baxmayaraq?

      – Bəli. Hətta gözəl mundirlərinə də baxmadan.

      – Xudahafiz, – dedim.

      – A rivederci, tenente10.

      – A rivederla, – hərbi salam verib çıxdım. İtaliyada əcnəbi-lərə hərbi salam verildiyi kimi salam verərkən özünü itirməmək mümkün deyil. Görünür, italyan adətilə salam vermək eksport üçün nəzərdə tutulmayıb.

      İsti bir gün idi. Səhər mən çayın yuxarılarına, Plava tərəfdəki körpüqabağı istehkamlara getmişdim. Oradan hücum başlamalı idi. Keçən il o sahil ilə hərəkət etmək mümkün deyildi, çünki dağ keçidindən ponton körpüsünə gedən yeganə yol, demək olar, bir mil məsafədə pulemyot və top atəşi altına düşürdü. Bundan başqa, bu yol hücumdan ötrü lazım olan bütün nəqliyyatın hərəkəti üçün kifayət qədər geniş deyildi və buna görə də avstriyalılar orada əsl qırğın törədə bilərdilər. Lakin italyanlar çayı keçib, sahil boyu hər iki tərəfə doğru irəliləmişdilər, indi də çayın Avstriya sahilində bir mil yarım sahəni əllərində saxlayırdılar. Bu, onlara təhlükə doğuracaq üstünlük verirdi, odur ki, avstriyalılar onlara orada möhkəmlənməyə imkan verməməliydilər. Mən elə güman edirəm ki, bu məsələdə hər iki tərəfin dözümlülüyü özünü büruzə verirdi, çünki çayın aşağılarındakı o biri körpüqabağı istehkam, hələ də avstriyalıların əlində idi. Avstriyalıların səngərləri aşağıda, dağın yamacında, italyanların mövqelərindən cəmi bir neçə yard aralıdaydı. Əv-vəllər sahildə şəhərcik var idi, lakin onun tozunu göyə sovur-muşdular. Bir az o tərəfdə dəmir yolu stansiyasının xarabalıq-ları və dağıdılmış körpü vardı ki, onu düzəldib istifadə etmək mümkün deyildi, çünki o hər tərəfdən görünürdü.

      Mən ensiz yol ilə aşağı, çaya tərəf getdim, maşını təpənin altındakı sarğı məntəqəsində qoyub, qarşısını dağın kəsdiyi ponton körpüsünü keçdim və dağılmış şəhərciyin yerindəki və yamacın ətəyindəki səngərləri dövrə vurdum. Hamı blindaj-larda idi. Mən üst-üstə qalanıb hazırlanmış fişəngləri gördüm, bunlardan artilleriyanı kömək üçün atəş açmağa səsləməkdən və rabitə qırılarkən siqnaldan ötrü istifadə edirdilər. Ətraf sakit, isti və palçıq idi. Mən məftil maneələrin ardında avstriyalıların mövqelərinə baxdım. Heç kəs görünmürdü. Mən blindajlardan birində tanış kapitanla birlikdə bir az içdim və körpü ilə geri döndüm.

      Dağdan aşaraq ziqzaq ilə körpüyə enən yeni geniş yol çəkilib qurtarmaqda idi. Bu yol çəkilib qurtaran kimi hücum başlan-malı idi. Yol sərt dönərək meşədən keçirdi. Plan belə idi. Hər şeyi yeni yol ilə gətirməli, boş yük maşınları və arabalar, yaralıları daşıyan sanitar maşınları və geriyə dönən bütün nəqliyyat isə köhnə ensiz yol ilə hərəkət etməli idi. Sarğı məntəqəsi Avstriya sahilindəki təpənin altında idi və yaralılar ponton körpüsü vasitəsilə xərəklə daşınmalıydı. Bu qaydanı hücum başlanandan sonra da saxlamaq nəzərdə tutulmuşdu. Mənə elə gəlirdi ki, enişin qurtardığı yerdə yeni yolun bir mildən bir az artıq məsafəsi avstriyalıların top atəşi altına düşməli idi. İş pis ola bilərdi. Lakin mən elə bir yer tapdım ki, axırıncı təhlükəli məsafəni vurub keçəndən sonra və yaralıları ponton körpüdən keçirib gətirənə kimi maşınları orada gizlət-mək mümkün olsun. Mən maşınla yeni yoldan getmək istəyir-dim, amma yol hələ hazır deyildi. Yol geniş idi, hər işə yaxşı yarayırdı, yolun döngələri dağın meşəli yamacındakı qabağı açıq olan yerlərdə çox mənzərəli görünürdü. Güclü tormozları olan maşınlar üçün eniş çətin olmayacaq, hər halda bu maşınlar aşağı boş gedəcəkdi. Mən ensiz yol ilə geriyə döndüm.

      Karabiner maşını saxladı, irəlidə, yolda mərmi partladı, biz orada dayandığımız zaman daha üç mərmi partladı. Bunlar 77 millimetrlik mərmilər idi, mərmilər havada olarkən bunların vıyıltısı, sonra bərk, qısa partlayış eşidildi, alov göründü və boz tüstü yolu bürüdü. Karabinerlər bizə işarə verdilər ki, yolumuza davam edək. Maşın partlayış olan yerlərə yaxınlaşarkən kiçik çuxurların yanından dolanıb gilin, daşın və təzəcə parçalanmış çaxmaqdaşının iyini duydum. Mən Qorisiyaya, villamıza qayıtdım və dediyim kimi, hələ növbədə olan miss Barklinin yanına getdim.

      Günorta yeməyini çox tez yedim və o saat da yenidən ingilis hospitalının yerləşdiyi villaya getdim. Villa çox böyük və qə-şəng idi və evin qarşısında gözəl ağaclar ucalırdı. Miss Barkli bağdakı skamyada oturmuşdu. Miss Ferqyuson da onunla idi. Elə bil gəlişimdən sevindilər, bir az sonra miss Ferqyuson üzr istəyib qalxdı.

      – Sizi ikilikdə qoyuram. – dedi. – Siz mənsiz çox yaxşı keçi-nirsiz.

      Miss Barkli:

      – Ellen, getməyin, – dedi.

      – Yox, mən gedirəm. Mən məktub yazmalıyam.

      – Gecəniz xeyrə qalsın, – dedim.

      – Gecəniz xeyrə qalsın, mister Henri.

      – Elə şey yazmayın ki, senzor təftiş eləsin.

      – Narahat olmayın. Mən ancaq necə gözəl yerdə yaşadığı-mızdan və bütün italyanların necə igid olduqlarından yazıram.

      – Bu qaydada davam edin, onda orden alarsız.

      – Çox şad olaram. Gecəniz xeyrə qalsın, Ketrin.

      Miss Barkli:

      – Bir azdan sizə baş çəkəcəyəm, – dedi. Miss Ferqyuson qaranlıqda gözdən itdi.

      – Yaxşı qızdır, – dedim.

      – Əlbəttə. Çox yaxşı qızdır. O, şəfqət bacısıdır.

      – Bəs siz şəfqət bacısı deyilsiz?

      – Ah, yox. Mən VAD11 deyilən dəstədənəm. Biz yaman çox işləyirik, amma bizə etibar etmirlər.

      – Bəs niyə?

      – İş olmayanda etibar etmirlər. İş çox olanda etibar edirlər.

      – Bəs fərq nədədir?

      Şəfqət bacısı bir növ doktordur. Çox oxumaq lazımdır. VAD-lar isə ancaq qısa müddətli kursları bitirirlər.

      – Başa düşürəm.

      – İtalyanlar qadınları cəbhə xəttinə bu

Скачать книгу


<p>10</p>

Xudahafiz, leytenant (italyanca).

<p>11</p>

Voluntary Aid Department (ingiliscə) döyüşən orduya xidmət edən qadın korpusu.