Şəhrizad. Vahid Məmmədli

Чтение книги онлайн.

Читать онлайн книгу Şəhrizad - Vahid Məmmədli страница 6

Автор:
Жанр:
Серия:
Издательство:
Şəhrizad - Vahid Məmmədli

Скачать книгу

Söhbətov anadan agent doğulub. Onu cəlb etməyə

      ehtiyac yoxdur. Özü, biz istəməsək də, gəlib hər şeyi deyəcək. Sən gizli əməkdaşları müəyyən elə.

      – Oldu, yoldaş rəis, – deyib Cəbrayılov getdi.

      Xırçınlıdakı hadisələrdən sonra onun və yoldaşlarının hər yerdə

      axtarıldığını Məmmədrəsul yaxşı bilirdi. Qaçaq həyatı onu da, yoldaşlarını da bezdirmişdi. İlyas bəy son zamanlar israr edirdi ki, Arazı keçib İrana qaçsınlar. Başqa yerlərə də üz tuta bilərdilər…

      Səhərin ayazı Məmmədrəsulu üşütsə də ona ana südü qədər doğma

      olan bu təmiz havanı ciyərlərinə çəkdi. “Qürbət… Qürbət… Qürbətin havası onu boğacaqdı… Bu havadan, bu meşədən, bu gözəllikdən qürbətdə vardımı? Əlbəttə var… Orda da torpaq, bu səfalı meşədən var… Amma Məmmədrəsulun damarlarından axan qan olduğu qəriblikdə kiminsə tənəsinə dözəcəkmi? Orda da Məmmədrəsul bəy olacaqmı? Amma qaçaq olsan belə, ətrafında sədaqətli dostlar, doğmalar var. Qürbət gözəl ola bilər. Amma qürbət nə vaxtsa yenidən Vətənə daha xoşbəxt qayıtmaq üçündür…”

      Gözləri doldu. Anası, atası gözləri önündə dayandılar. Sanki onlar

      xəyal deyil, canlı idilər. Anası, – igid balam, çoxdandır sənə öz əlimlə hazırladığım yorğan-döşəkdə yatmırsan. Nə yaman qocalmısan, can bala. Mən səni belə qoyub getməmişdim axı…

      Növbə atasına çatdı: – Məmmədrəsul, namusuna, qeyrətinə heyranam, oğul. Bilirəm qisasımızı almağa çalışırsan. Qürbətə getməyəcəyini bilirəm. Amma yerini dəyiş, oğul. Düşmən sənin bir addımlığındadır.

      Anasının ətrini duydu. Atasının dediyi söz bir xəbərdarlıq idi.

      Yerimizi dəyişməliyik… Amma öncə mən Şəhrizadı görməliyəm.

      Anamın ətrini yalnız ondan, əziz bacımdan ala bilərəm…

      Gecənin qaranlığında Şəhrizad və Talıb yatağında, Turqay ilə

      Ilyas isə aralarında yatmışdılar. Qapı asta-asta döyülürdü. “Tuk… Tuk… Tuk…”

      Şəhrizad gözlərini açdı. Talıb da oyandı.

      – Aman Allah, xeyirdirmi, görəsən?

      – Gecənin bu vaxtı kim ola?

      Talıb cəld yerindən qalxıb, qapıya tərəf getdi. Gələn Məmmədrəsul

      idi. Zil qara saqqalın, uzanmış saçların arxasından bir zamanlar bütün mahalda ad çıxarmış Məmmədrəsul bəyin gözləri baxırdı…

      Şəhrizad qardaşına sarıldı, göz yaşlarını saxlaya bilməyib,

      – Bəyim, atam, bu dünyada tək ümidim…, – dedi.

      Məmmədrəsul bacısını sakitləşdirdi,

      – Bax, gəldim… Səni gördüm, daha heç bir dərdim yoxdur…

      Sonra Məmmədrəsulla Talıb ilə bir-birinə sarıldılar.

      Baş vermiş qanlı hadisədən sonra hələ də özünü günahkar sayan Talıb bəy başını aşağı saldı. O hər zaman düşünürdü ki, kaş Əmiraslan bəy ona "Şəhrizadı da götür qaçın Şuşaya", deyəndə ona qulaq asmayaydı. Kaş o, son damla qanına kimi vuruşaydı, amma qayınları, həm də əmisi oğlanları olan Abbasqulu, Allahyar, İmamyar, Ramazan, Hüseyn ölməyəydilər. Onlar kimi igidlərin əvəzi yox idi. İndi Məmmədrəsul da çöllərə düşməzdi…

      Məmmədrəsul yuyunub çörək yedikdən sonra dedi:

      – Son vaxtlar yaman əl-ayağa düşüblər. Çaqqalların da sayı artıb…

      Dedim bir də sizi nə vaxt görəcəm… Hər an, hər şey ola bilər…

      Şəhrizad:

      – Allah qorusun, bəy. Sən Allah, özünü qoru, – dedi.

      Talıb:

      – Eh, Şəhrizad, indi onu hər yerdə axtarırlar, Xırçınlıdakı

      hadisədən də sonra lap azğınlaşıblar, – dedi.

      – Mən qisasımı almamış, heç yerə gedən deyiləm. O Qüdsini qanına

      qəltan edəcəm…

      – Məmmədrəsul, axı biz hələ dəqiq bilmirik Qüdsi bizim arxamızca

      nə üçün gəlmişdi. Bəlkə də bizi qorumaq üçün… Amma belə alındı…

      – Sən nə danışırsan, Talıb bəy, xeyir ola, mahala girən kimi

      qırmızıları birinci bizim kəndə gətirir, orda bizi görməyib arxamızca təqib edir… O cavab verəcək…

      Şəhrizad da, Talıb da bilirdilər ki, Əmiraslan bəyin kiçik oğlunu

      dediyindən döndərmək mümkün deyil…

      Məmmədrəsul ayağa qalxıb getmək istəyəndə Şəhrizad onun qarşısını kəsdi:

      – Bəyim, hara gedirsən? Dədəmin, qardaşlarımın iyini səndən

      almamış bizi qoyub getmə.

      – Kür daşıb, Şəhrizad. Meşə su içindədir. Yerimizi dəyişməliyik.

      Yoldaşlarım məni gözləyir. Allah bilir bir də səni görə biləcəmmi?

      Şəhrizad hönkürdü. Qardaşının boynunu qucaqlayıb, sanki onu son dəfə görürmüş kimi buraxmaq istəmədi.

      Məmmədrəsul qapıdan çıxıb getsə də, onun xəyalı uzun müddət gözləri önündən getmədi…

      ***

      Camaatı kolxoz binasında toplamışdılar. 1931-ci il, mayın 18-i idi…

      Fövqəladə komissiyasının əməkdaşı Qeybəli Cəbrayılov iclasda gəlişinin məqsədini açıqladı:

      – Yoldaşlar, dünən Şoranlıda baş verən daşqınla əlaqədar, respublika Baş Prokurorunun müavini Qüdsi Hacıyev yoldaş oraya getmişdi. İnqilabın düşmənləri onu qətlə yetiriblər. Sovet hakimiyyəti neçə illərdi ki, bərqərar olsa da, proletar inqilabının düşmənləri, bəylərin, qolçomaqların tör-töküntüləri meşələrdə, dağlarda gizlənərək xaincəsinə inqilabın rəhbərlərinə, xalqın layiqli nümayəndələrinə

Скачать книгу