Dalğa. Светлана Туран

Чтение книги онлайн.

Читать онлайн книгу Dalğa - Светлана Туран страница 2

Жанр:
Серия:
Издательство:
Dalğa - Светлана Туран

Скачать книгу

hətta milliyyətini də dəyişdirib. İndi, guya, azərbaycanlıdır, adı da ki, Tahir.

      – Səninləyəm ey, a qonşu. Bax belə vəziyyətdə sən nə cavab verərdin?

      Hə, indi gərək Tahirin özü kimi həyasız olub, onun özünə uyğun cavab verəsən.

      – Həmişəki kimi. Susardım. Sağ olun.

      Hələ də gözlərini geniş açıb baxır. Geriyə boylan-masam da, bunu bütün vücudumla hiss edirəm. Hələ onun əlindən belə ucuz qurtulan olmamışdı. Elə bili-rəm, kiməsə şahmatda qalib gəldim.

      Görəsən, nə soruşurdu?

      Bəlkə, bir-iki kitab alım? Hərçənd ki, keçən dəfə aldıqlarımın hamısını oxumamışam. Neynim? Bu da mənim xəstəliyimdir.

      Hmm, camaat gündə bir bestseller yazır. Gəl ki, bizdə yeni kitabı bir il gözləyəsən gərək.

      – Xanım, üzr istəyirəm.

      – Sizsiniz? Salam. Yeni kitab istəyirsiniz, yəqin. Həmişəki kimi. Elədir?

      – Bəli.

      – Baxın axırıncı sıraya, görürsünüz? Murakami ilə başlayan sıranı deyirəm. Təzə gələn kitabları oraya düzmüşük. Mütləq bir şey tapacaqsınız.

      – Yaxşı. Çox sağ olun.

      Heç biri yeni deyil, köhnə əsərlərin təkrar nəşrləri-dir.

      – Amma bir az tez olun. Bu gün gec gəlmisiniz, on dəqiqədən sonra mağaza bağlanır.

      Gəl, əlimə birinci keçəni götürüm. Evə əliboş get-mək istəmirəm. Hə, bunu. İmran məndə olanı üç ilə yaxındır ki, aparıb, hələ də deyir ki, yadımdan çıxır qaytarmaq, amma gətirəcəyəm. Allah bilir, hansı qıza bağışlayıb.

      – Bulqakov “Master və Marqarita”? Əla əsərdir. Düzdür, oxumamışam, amma yaman tərifləyirlər. Oxuyun, xoşunuza gələcək.

      – Çoxdan oxumuşam, haqlısınız, xoşuma gəlir.

      – Elə? Bəs niyə yenidən alırsınız? Kiməsə hədiyyə edəcəksiniz?

      Axı satıcının nəyinə gərəkdir bu mənasız sualların cavabını bilmək?

      – Gərək ki, siz ritorik sualları sevirsiniz?

      – Başa düşmədim?

      – Salamat qalın.

      İşə bax da, kitab mağazasında işləyir, hər gün ziyalı adamlarla ünsiyyətdə olur, lakin ritorik sualın nə oldu-ğunu bilmir. Hələ bu adi satıcı qızdır. Məlum məsələ-dir, kitab satmaq üçün kitabxanaçı təhsili tələb olun-mur. Amma nahaq yerə, bəlkə də, tərsinə olsaydı, satı-cı Bulqakovu əvvəl oxuyardı, sonra tərifləyərdi.

      Ümumiyyətlə, cəmiyyətimizdə insanların sənətinə, peşəsinə, bacarığına, qabiliyyətinə görə işlə təmin olunması məsələsi hələ də həll olunmayıb. Bəlkə də, bu mənim subyektiv fikrimdir. Sadəcə olaraq, öz peşə-sini peşəkarcasına bilməyənlərlə tez-tez rastlaşıram.

* * *

      – Xırçıldayan çörək seçin, zəhmət olmasa.

      – Bilirəm, a bala, həmişə xırçıldayan istəyirsən. Yaxşı eləyirsən, cavansan, dişlərin möhkəmdir.

      Mənə çox vaxt cavan deyirlər, ya da “cavan oğlan” deyə müraciət edirlər, lakin mən özümü lap uşaqlıq-dan çox yaşlı kimi hiss edirəm. İndi də daxilən çox qo-cayam. Görəsən, bunu məndən başqa hiss edəcək bir adama rast gələcəyəm? Ya da elə bir adama rast gələ-cəyəm ki, o adam özümü cavan hiss etməyə vadar et-sin?

      II

      Bugünkü gün ildə bir dəfə olur. Bu gün ilin digər günlərinə bənzəmir. Hərçənd 90-cı illərdə ermənilərin hər bir şəhər-rayonumuzu zəbt etdikləri gün də bizim üçün matəmdir. Yenə də 20 Yanvar fərqlidir. Bəlkə, ona görə ki, bu faciə məkanca mənə yaxındır?

      Bu faciə baş verəndə mən uşaq idim, lakin hər şeyi anlayacaq qədər də böyük idim. Sarsılan tək mən ol-mamışdım, bütün millətimiz sarsılmışdı.

      Əvvəllər hər il Şəhidlər xiyabanına bu tarixdə bü-tün millət gəlir, hər bir şəhid məzarının yanından min-lərlə adam keçir, insanlar onları yad etməklə özlərinə təsəlli tapırdılar. “Doğrudur, biz sağ qaldıq, onlar gü-nahsız həlak oldular, sağ qaldığımız üçün günahkar sayıla bilmərik, o dəhşətli günü biz də xatırlayırıq, baş verənləri yada salanda bizi hələ də vahimə basır, hələ də yaxınlarımız üçün həyəcan hissi keçiririk”, – düşü-nənlər buraya gəlir, sanki sağ qaldıqlarına görə ölən-lərdən üzr istəyirdilər.

      Bir nəfər necə demişdi? “Neyləyək ki, şəhid deyil, ancaq şahid ola bildik?”

      Mən də bura hər il gəlirəm, üstəlik, təkcə 20 yanvar tarixində yox, ildə bir neçə dəfə. Maraqlıdır, Şəhidlər xiyabanına bu qədər getməyimin səbəbini özüm də anlaya bilmirəm.

      Bir şey də maraqlıdır ki, insanların 20 Yanvara olan münasibəti dəyişilib. İnsanlar bu günü, sadəcə olaraq, istirahət günü kimi qəbul edirlər. Təqvimdə bu günün hansı rəngdə olduğunun artıq fərqi yoxdur. Hamının 20 Yanvarı da, Qarabağı da bir problem kimi qəbul etməsinə baxmayaraq, nədənsə insanlarda bu hadisə-lərlə bağlı acı, kədər hissləri keçib gedib. Şəhidlər xiya-banını 20 yanvarda indi də ziyarət edənlər var, lakin gəlin heç olmasa öz-özümüzə yalan danışmayaq, ge-dənlərin müəyyən hissəsi şəhidlərin yaxınları, demək olar ki, yarısı dövlət qulluğunda çalışanlar, digər hissə-si isə ildə bircə dəfə təkcə bu gün ekskursiyaya çıxarı-lan məktəblilərdir.

      Səbəbini izah etmək çətindir. “Zaman bütün yara-ları sağaldır” deyimi yada düşür.

      Bir tanışımın mənə bir neçə il bundan əvvəl danış-dığını xatırladım. Onun atası 20 yanvarın ertəsi gün gələcəkdə “Şəhidlər xiyabanı” adını alacaq, həmin vaxtsa Kirov parkı adlanan yerdə faciə qurbanları üçün məzar qazan insanların arasında olmuşdu. O da qan-tər içində soyuq havada özünü xatırlamadan, so-yuğu hiss etmədən, yanındakı kişilər kimi qazırdı, qa-zırdı, qazırdı…

      Onu oraya gedib bunu etməyə heç kəs məcbur et-məmişdi. Bunu özü istəmişdi. Bunu günahsız ölənlə-rin qarşısında öz borcunu yerinə yetirmək, ya da bir çoxları kimi, sadəcə, sağ qaldığına görə üzr istəmək üçün etmişdi. Onu həmin an idarə edən hissin nə oldu-ğunu bilmirəm. Oğlu bircə şey dedi ki, həmin gün ata-sı oraya birinci və sonuncu dəfə getmişdi. Hər il ma-təm vaxtı oraya gedib ölənləri yad etmək bir kənara

Скачать книгу