Leonardo da Vinçi. Уолтер Айзексон

Чтение книги онлайн.

Читать онлайн книгу Leonardo da Vinçi - Уолтер Айзексон страница 8

Leonardo da Vinçi - Уолтер Айзексон Tarixi yaradanlar

Скачать книгу

isə heyrətamiz heç nə yox idi. Qeyd dəftərçələrindən birində Leonardo diqqətli müşahidə aparmağın üsulu haqqında danışır: «Hadisənin və ya əşyanın bütün detallarını ayrı-ayrılıqda nəzərdən keçirmək lazımdır». Da Vinçi bunu, bir növ, kitab oxumaqla müqayisə edirdi: nə qədər ki kitabı bütöv halda görürük, orada nədən bəhs edildiyini, hansı mənaların ehtiva olunduğunu bilmirik. Bilmək üçün kitabı sözbəsöz oxumaq lazımdır. Müşahidə edərkən də addım-addım irəliləmək lazımdır. Hərəkəti müşahidə edərkən Leonardo xüsusilə diqqətli təsir bağışlayırdı. «İynəcə dörd qanadla uçur, ön qanadlar açılanda arxa qanadlar yığılır» – təsəvvür edirsinizmi, iynəcənin[20]

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

      Примечания

      1

      Notarius – müxtəlif sənədləri, hüquqi aktları təsdiq etmək vəzifəsi daşıyan rəsmi şəxs

      2

      Kardinal – katolik kilsəsində Roma papasından sonra ali dini rütbə

      3

      Mesenat – elm, təhsil və mədəniyyətə himayədarlıq edən və ona maliyyə dəstəyi verən xeyriyyəçi

      4

      Renessans (İntibah dövrü) – Qərbi və Mərkəzi Avropa ölkələrinin mədəniyyət tarixində orta əsr mədəniyyətindən yeni dövr mədəniyyətinə keçid dövrü

      5

      Dukat – İtaliyada qədim zamanlarda gümüşdən, sonralar isə qızıldan düzəldilmiş pul vahidi

      6

      Traktat – ictimai-fəlsəfi mövzuda mühakimə xarakterli elmi əsər

      7

      İmpressionist – sənətdə realizmi qəbul etməyən, ictimai məsələlərdən yan keçən, daha çox ötəri təəssüratları canlandırmağa çalışan, məzmunun zərərinə olaraq formaya həddindən artıq önəm verən idealist cərəyanın (impressionizmin) tərəfdarı

      8

      Perfeksionist – həm özünə, həm də ətrafdakılara həddən artıq tələbkar yanaşan, məsuliyyət anlayışını dəhşətli dərəcədə şişirdən insan

      9

      Freska – suvağı qurumamış divar və ya tavan üzərində sulu boyalarla çəkilmiş şəkil

      10

      Odometr – velosiped, motosikl və s. kimi nəqliyyat vasitələrinin təkərlərinin fırlanması vasitəsilə gedilən yolun uzunluğunu ölçən cihaz

      11

      Bombardalar – müxtəlif çaplı ilk artilleriya qurğuları

      12

      Katapult – qədimdə qalaların mühasirəsi zamanı ox, daş və s. atmaq üçün işlədilən qurğu; mancanaq

      13

      Fut – 30 sm 48 mm-ə bərabər uzunluq vahidi

      14

      Bibliya – xristianlığın əsasını təşkil edən və müqəddəs hesab olunan kitab

      15

      Humanist – XIV əsrdə İtaliyada təşəkkül tapan və sonradan digər Avropa ölkələrində geniş vüsət alan humanizm cərəyanının tərəfdarı. Latın mənşəli sözdür, mənası «insani» deməkdir. Humanistlər hesab edirdilər ki, hər kəs şəxsiyyət kimi inkişaf etmək azadlığına malikdir. Bu inkişaf isə yalnız onun öz qabiliyyətləri sayəsində mümkündür.

      16

      Tonallıq – musiqi ladının (kökünün), xromatik qammanın bu və ya digər pərdəsinin düzülüşündən asılı olaraq çıxardığı səslərin səciyyəvi xüsusiyyəti

      17

      Alleqorik – hər hansı bir mücərrəd məfhumun, fikrin, ideyanın konkret bədii surətdə əyani ifadəsi (ədəbiyyatda, heykəltəraşlıqda, rəssamlıqda)

      18

      Qrotesk – təsviri sənət, teatr və ədəbi əsərdə insan və əşyaları eybəcər – komik təsvir edən fantastik ifrat mübaliğə

      19

      Difraksiya – fizikada işıq, səs və radioelektrik dalğaların qarşılaşdığı bəzi maneələri aşaraq keçməsi hadisəsi

      20

      İynəcə – cücülər sinfinə aid heyvan

/9j/4AAQSkZJRgABAQEAYABgAAD/2w

Скачать книгу


<p>20</p>

İynəcə – cücülər sinfinə aid heyvan