Qoca və dəniz. Эрнест Миллер Хемингуэй

Чтение книги онлайн.

Читать онлайн книгу Qoca və dəniz - Эрнест Миллер Хемингуэй страница 5

Qoca və dəniz - Эрнест Миллер Хемингуэй Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

ancaq onlara həm də yazığı gəlirdi. Daim dən axtaran, amma dimdiyinə heç nə keçməyən xırda, zərif su qaranquşlarının halına yaman acıyırdı. Qoca fikirləşdi: “Yazıq quşların həyatı bizimkindən qat-qat ağırdır. Əlbəttə, yırtıcı quşları demirəm. İndi ki okean belə amansızdır, su qaranquşu kimi zəif quş niyə yaradılıb? Doğrudur, dəniz çox vaxt mərhəmətli olur. Amma coşanda üzünü görmə. Elə aşır-daşır ki, göz açmaq olmur. Yem axtaran bu yazıq quş dəhşətli fırtınalarda dənizə baş vurmalı olur, dimdiyinə keçən xırda balığı dalğaların əlindən alır. Bir şey çıxmayanda civildəşə-civildəşə fəryad qopardırlar, elə bil şikayətlənib dərdləşirlər. Bu cılız məxluq hüdudsuz okeanın əzəməti qarşısında heç nədir”.

      Qoca dənizi ürəkdən sevirdi. İspaniyada dəniz aşiqləri onu la mar – pəri deyə əzizləyirdilər. Arabir acıqları tutanda pisləsələr də, çox vaxt hörmətlə yad edirlər. Üzgəc əvəzinə kəndirə tıxac bağlayan, köpəkbalığının qaraciyəri tapılmayanda çoxlu pul qazanmaq üçün motorlu barkasda balıq tutmağa gedən cavanlar ona rəqib kimi baxır, onu erkək adlandırırlar. Onlar lazım oldu-olmadı dənizi lənətləyirlər. Qoca üçünsə dəniz hər şey idi, onun həyatı idi. Ona ilahə kimi baxırdı. Bu ilahə insan oğluna nələr vermir?! O nə qədər səxavətli, nə qədər lütfkardır! Dəniz qəzəblənib qocanı incidəndə, üz döndərib heç nə verməyəndə belə balıqçı ondan şikayətlənmirdi. Neyləmək olar, dənizin təbiəti belədir. “Ay qadını ehtirasa gətirdiyi kimi, dənizi də coşdurur”, – qoca düşündü.

      Okean sakit olduğundan qoca balıqçı özünü gücə salmadan aramla avar çəkirdi. Sualtı axın olan yerlərdə dalğalar qayığı sürükləyib aparır, işi xeyli asanlaşdırırdı.

      Dan yeri söküləndə balıqçı ətrafa göz gəzdirib düşündüyündən çox-çox uzaqlara üzdüyünü gördü. “Su dərin olan yerlərdə düz bir həftə qarmaq atdım, bir dənə də balıq tuta bilmədim, – fikirləşdi, – bu gün bopito, albanor balıqları çox olan yerlərdə bəxtimi sınayacağam. Bəlkə də, axtardığım iri balıq onların arasındadır”.

      Dan söküləndə qoca qarmaqlara yem keçirib tilovları suya atdı. Ləpə qayığı aparırdı. Tilovlardan birincisi qırx, ikincisi yetmiş beş, üçüncüsü yüz, dördüncüsü isə yüz iyirmi beş dəniz sajını dərinliyə düşdü. Qoca qarmaqlara cərgə ilə sardina taxmışdı; hamısının da gözlərini qarmağa keçirmişdi, beləliklə, qarmaqlar yarımdairə yem çələngi əmələ gətirirdi. Bu da dənizdəki balıqları şirnikdirib aldadacaqdı; həm də iri balıqlar yemə yaxınlaşmaqdan qorxmayacaqdı, çünki qarmağın hər tərəfində eyni dadı, eyni ləzzəti duyacaqdı.

      Oğlanın verdiyi bir cüt təzə tunes balığını qoca ən dərinə atdığı tilovlara keçirmişdi, o biri iki tilovdan birinə abı skumbriya, o birinə sarı ümrin balığı taxmışdı, ötən dəfə bunlardan istifadə etməyinə baxmayaraq, yemlər yaxşı qalmışdı. Əla növ sardinanın iyi balıqları çəkib qarmağa keçirəcəkdi. Qələm yoğunluğunda yaşıl elastik çubuqlar kəndirə bağlanmışdı; balıq qarmağa toxunan kimi çubuq suya əyiləcəkdi. Kəndirə hər biri iki dəniz sajını uzunluğunda iki ip də bağlanmışdı; bu iplərin də ucuna ehtiyat üçün başqa ip düyülmüşdü. Bu da qarmağı udası balığa üç yüz dəniz sajını qədər məsafədə sərbəst üzməyə imkan verəcəkdi.

      Qoca yavaş-yavaş avar çəkir, üç yaşıl çubuğun batmağını güdürdü, kəndirləri də düz saxlayırdı ki, lazımi dərinliyə sərrast getsin. Hava artıq işıqlanmışdı, günəş çıxaçıxda idi.

      Günəş dənizdən azca baş qaldıranda qoca dənizə səpələnmiş başqa qayıqları gördü. Onlar axın istiqamətində üzürdü. Ancaq sahildən o qədər də uzaqlaşa bilməmişdilər. Gün altında bərq vuran su göz qamaşdırırdı. Bir azdan daha dənizə baxmaq olmurdu, suya dəyib qayıdan günəş şüaları ox kimi qocanın gözlərinə batırdı. O, nəzərlərini yayındırıb okeanın qara rəngə çalan dərinliklərinə kəndirlərin çatıb-çatmadığını izləyirdi. Tilovu elə sərrast buraxır, qarmağı elə düz yönəldirdi ki, birbaşa gedib yem axtaran balıqlar olan yerə düşürdü. O bu işin ustad sənətkarı sayılırdı. Balıqçılardan heç kəs qarmağı, tilovu, kəndirləri qoca kimi hədəfə tuşlaya bilmirdi. Elə bil qoca tünd qaranlıq suların ayrı-ayrı dərinliklərində üzən balıq növlərini ora öz əliylə qoymuşdu. Balığın harada olduğunu gözüyumulu bilirdi. Başqa balıqçılar qarmaqlarını axının ixtiyarına verib elə bilirdilər ki, yüz sajın dərinlikdə şikar onları gözləyir; əslində isə qarmaq altmış dəniz sajınından dərinə getmirdi.

      “Mən tilovu həmişə düz atıram, – qoca düşündü, – amma nədənsə bəxtim gətirmir. Kim bilir, bəlkə, bu gün tale üzümə güləcək, həmişə bir olmur ki… İşimdə diqqətli olmaq mənim adətimdir. Amma bəxtin gətirməsi də böyük şeydir. Nə olaydı, tale üzümə güləydi, işlərim düzələydi”.

      İki saat idi günəş doğmuşdu. İndi qoca gündoğana baxanda günəşin tellərini güzgüləndirən dəniz gözlərini o qədər də qamaşdırmırdı. Göz işləyən yerdə yalnız üç qayıq vardı, onlar da zorla seçilirdi, elə bil sahildən qopmamışdılar.

      Qoca fikirləşdi: “Lap uşaqlıqdan gün gözümü qamaşdırır. Amma gözlərim hələ də yaxşı görür, xarab olmayıb. Gün batanda düz ortasına baxıram, gözlərimə qaranlıq çökmür, hərçənd günəş qürubçağı da bərk şölələnir, telləri adamın gözünə batır”.

      Qoca birdən başının üstündə yırtıcı bir quşun dövrə vurduğunu gördü. Quş uzun qara qanadlarını geniş açıb qəfildən üzüaşağı şığıdı, qanadlarını gərib suya baş vurdu, sonra göyə qalxıb dövrə vurmağa başladı.

      Qoca ucadan dedi:

      – Yəqin, buralarda yem görüb, yoxsa boş-boşuna belə hərlənməz.

      Astadan avar çəkə-çəkə yırtıcı quşun dövrə vurduğu yerə getdi. Qoca tələsmirdi. O, tilovları sərrast yönəltmək üçün kəndirləri azca qaldırıb təzədən suya saldı, suyun axınını qabaqlamaq üçün qayığın sürətini artırdı, sonra vaxtaşırı tilovları tarazlamağa başladı. Yırtıcı quş göydə görünəndən sonra o, əvvəlkinə nisbətən bir az cəld hərəkət edirdi.

      Quş qanadlarını geniş açıb daha da yüksəyə qalxmışdı, yenə dövrə vurmaqdaydı. Birdən sürətlə aşağıya cumdu. Qoca bunu sezib dənizə baxdı. Qanadlı balıqlar sudan sıçrayıb uçur, hoppana-hoppana yerini dəyişirdi.

      – Durnabalığı, – qoca bərkdən qışqırdı, – gör necə də iridir!

      Kürəkləri sudan çıxartdı, oturacağın altından xırda bir tilov götürdü, kəndirə balaca bir qarmaq bağlamışdı. Qoca sardinalardan birini bu qarmağa taxıb tilovu suya atdı, kəndirin o biri ucunu qarmaqdakı halqaya bağladı. Başqa bir qarmağa da sardina sancıb kəndirlə bir yerdə oturacağın altındakı sərin yerə qoydu. Təzədən yerinə oturdu, avar çəkə-çəkə göyə baxdı. Yırtıcı quş lap alçaqdan uçurdu. Quş birdən

Скачать книгу