Qoca və dəniz. Эрнест Миллер Хемингуэй
Чтение книги онлайн.
Читать онлайн книгу Qoca və dəniz - Эрнест Миллер Хемингуэй страница 6
Sahil tərəfdə buludlar dağ kimi ucalırdı. Onların arxasındakı təpələr göyümtül-boz rəngdə idi. Limanboyu elə bil yaşıl bir xətt uzanırdı. Su tünd-mavi rəngə çalırdı; dəniz bənövşəyi görünürdü. Qoca balıqçı dənizin dərinliklərinə göz yetirəndə qaranlıqda üzən al-əlvan planktonları gördü. Onlar gün işığında rəngdən-rəngə çalırdı. Qoca balıqçı tilovların ipini yoxlayıb yan-yörəsinə göz gəzdirdi, dənizdə saysız-hesabsız plankton olduğunu görüncə bərk sevindi. Plankton varsa, mütləq balıq da olmalıdır. Gün bir xeyli qalxmışdı. Sahildə buludların silsilətək ucalması havanın xoş olacağından xəbər verirdi. Yırtıcı quş uçub getmişdi. Gün altında sarıyaçalan Sarqas yosunlarından başqa suyun üzündə heç nə görünmürdü. Qırmızı portuqal fiziliyası – həlməşiklər də az-çox gözə dəyirdi. Qayıq bu an həlməşiklərin arasıyla üzürdü. Fiziliya birdən böyrü üstə çevrildi, sonra əvvəlki vəziyyətini alıb cəld üzməyə başladı; o, bir yard məsafəyə öldürücü zəhər saçan bənövşəyi qol-budağını dalınca sürüyüb apardı.
– Ay qancıq, – qoca onun qarasınca deyindi; astadan avar çəkə-çəkə diqqətlə dənizə baxdı. Sabun köpüyünə oxşayan əlvan fiziliyanın qovuğu altında, qol-budağı arasında xırda balıqlar üzürdü; fiziliyanın buraxdığı zəhər xırda balıqlara xətər yetirə bilmir, amma adama çox tez, çox da pis təsir edir: zəhər ifraz eləyən bənövşəyi rəngli sürüşkən qol-budaqlar tilovun kəndirlərinə dolanıb qalırdı. Qoca qarmağa keçmiş balığı çıxarmaq üçün əllərini suya salanda kəndirə sarınmış fiziliyanın zəhər saçan qol-budağı biləklərinə yapışırdı. Zəhər qana keçəndə bədən elə göynəyirdi, elə bil onu qamçı ilə döyürdülər. Dözülməz, dəhşətli ağrılar başlayırdı.
Al-əlvan qovuqcuqlar çox cəlbedici idi. Ancaq bu bərli-bəzəkli məxluqlar dənizin ən hiyləgər, ən amansız sakinləriydi.
Qoca balıqçı onlara yaxşı bələd idi; onu da bilirdi ki, iri dəniz tısbağaları bu qovuqcuqları iştahla, ləzzət ala-ala yeyir. Hər dəfə bu mənzərəni görəndə dayanıb həvəslə tamaşa edərdi. Bağalar gözlərini yumub – gözlərinə ziyan dəyə bilərdi – yemə girişərdi. Onlar qovuqcuqları qol-budağı qarışıq içəri ötürürdülər. Qoca balıqçı bu tamaşadan xoşlanırdı. Fırtına vaxtı ləpələr sahilə çoxlu fiziliya tullayırdı. Tufan yatandan sonra qoca onları tapdalaya-tapdalaya gəzirdi. Yeridikcə qovuqlar onun qabarlı ayaqları altında qalıb partlayırdı, bu da ona ləzzət edirdi.
Qoca yaşıl tısbağaları yaman sevirdi, çünki onlar çox baha qiymətə satılırdı. Həm də çox incə, cəld idilər.
Tısbağaların portuqal fiziliyalarını hərisliklə yeməsi qocanın onlara məhəbbətini daha da artırırdı. Tısbağalar cinsi əlaqə məsələsində çox qəribə, şıltaq idilər. Bu canlıların yekə başı, yöndəmsiz sarı zirehi balıqçının o qədər də xoşuna gəlmirdi.
Çanaqlı bağa haqqında olan qorxulu əfsanələrə qoca inanmırdı; uzun illər xüsusi gəmilərdə bağa tutmağa getmişdi. Onun bağalara yazığı gəlmirdi, istər xırda, istər iri, istərsə lap bir ton ağırlığında olsun. Çoxlarının bağadan acığı gəlirdi, çünki onu kəsib doğrayandan bir saat sonra da ürəyi işləyir.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.