Baskervillərin iti. Артур Конан Дойл

Чтение книги онлайн.

Читать онлайн книгу Baskervillərin iti - Артур Конан Дойл страница 5

Baskervillərin iti - Артур Конан Дойл Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

bu anda kebin yan pəncərəsindən qarasaqqallı bir adam göründü. O bizi görən kimi çığıraraq sürücüyə nəsə dedi, sürücü də kebi küçə ilə sürətlə sürdü. Holms dönüb ətrafına baxdı ki, görsün boş ekipaj varmı, lakin ekipaj yox idi.

      – Ax, məlun! – Acığından Holmsun rəngi ağarmışdı. – Gör bizimki necə gətirmədi! Uotson, siz o adamın üzünü gördünüzmü?

      – Üzünü yox, saqqalını gördüm.

      – Mən də… Çox güman ki, onun saqqalı qondarma saqqaldır.

      Holms bu rayonun poçt kontorlarından birinə girdi; kontorun rəisi qollarını açaraq onu sevinclə qarşıladı.

      – Hə, Vilson, mən görürəm ki, xırdaca işdə sizə necə kömək etdiyimi yadınızdan çıxarmamısınız!

      – Ser, siz nə danışırsınız, bunu heç yaddan çıxartmaq olar?! Mən sizə öz təmiz adımla, hətta, bəlkə, həyatımla minnətdaram!

      – Dostum, siz bunu şişirdirsiniz!.. Vilson, mənim yadımdadır, sizin yanınızda Kartrayq adlı bir oğlan vardı; zirək uşağa oxşayırdı.

      – Bəli, ser, o, indi də yanımda işləyir.

      Rəisin çağırışına on dörd yaşlı bir oğlan gəldi: onun üzündən cəldlik və ağıllılıq yağırdı. O gəlib bizim qabağımızda dayandı və Holmsa böyük bir hörmətlə baxmağa başladı.

      Holms dedi:

      – «Mehmanxanalar üzrə məlumat» kitabını mənə verin. Təşəkkür edirəm. Kartrayt, bura baxın: bax bu, Çerinq-kross rayonunda olan iyirmi üç mehmanxananın adıdır. Siz bu mehmanxanaların hamısını bir-bir gəzməlisiniz. Hər qapıçıya bir şillinq verərsiniz. Alın, bu da iyirmi üç şillinq. Deyərsiniz ki, mən dünən səbətlərdən atılan zibilə baxmaq istəyirəm. Səbəbini belə izah edərsiniz ki, çox mühüm bir teleqramı səhvən başqa bir ünvana veriblər, mənə əmr olunub, onu tapım. Başa düşdünüz?

      – Bəli, ser, başa düşdüm.

      – Amma əslində, siz «Tayms» qəzetinin bir neçə yerdən qayçı ilə kəsilmiş səhifəsini axtaracaqsınız. Bax «Tayms» qəzetinin həmin nömrəsi budur, bizə bax bu səhifə lazımdır. Axşamüstü, işin nə yerdə olması haqqında mənə, Beyker-stritə teleqram vurun… İndi isə, Uotson, biz gərək iki min yeddi yüz dörd nömrəli sürücünü tapaq. Ancaq əvvəlcə qonaqlarımızla görüşməliyik.

      Beşinci fəsil

      İtirilən izlər

      Biz mehmanxanaya girəndə vestibül növbətçisi dedi:

      – Ser, Henri Baskervil sizi yuxarıda gözləyir. O xahiş etmişdir ki, qonaqlar gələn kimi onları mənim yanıma gətirin.

      Biz yuxarı mərtəbəyə qalxdıq, pilləkən başında ser Henri Baskervilə rast gəldik. O, acığından qıpqırmızı qızarmışdı, toz basmış köhnə ayaqqabısının bir tayını əlində tutmuşdu. Bizi görən kimi çığıraraq dedi:

      – Yoxsa məni bu mehmanxanada axmaq-zad hesab eləyirlər? Mən belə zarafatlara yol vermərəm! O səfeh mənim ayaqqabımı tapmasa, dava salacağam! Mister Holms, mənim də zarafatdan xoşum gəlir, amma buradakı oyunbazlar, deyəsən, bu dəfə bir balaca şit eləyiblər…

      – Hələ də itən ayaqqabınızı axtarırsınız?

      – Bəli, onu axtarıram, tapmayınca sakit olmayacağam!

      – Axı siz deyirdiniz ki, itən ayaqqabı açıq-qəhvəyi rəngdədir?

      – Bəli, ser, əvvəl itən qəhvəyi ayaqqabım idi, amma indi bu əhvalat qara ayaqqabının da başına gəlib.

      Henri xidmətçini hədələyib sonra üzünü Holmsa çevirdi:

      – Mister Holms, belə boş şeylərlə sizi narahat etdiyim üçün, rica edirəm, məni bağışlayın…

      – Bu “boş” şeylərdən ötrü narahat olmağa dəyər.

      – Deyəsən, bu məsələ sizi maraqlandırır?

      Holms dalğın halda dedi:

      – Bəli, bu, doğrudan da, qəribədir…

      Biz nahar edərkən vaxtımızı çox xoş keçirtdik və bizi bir araya toplayan məsələyə ötəri toxunduq. Ancaq ser Henrinin otağına keçəndən sonra Holms ondan gələcək işləri haqqında bəzi şeylər soruşdu.

      – Mən Baskervil-holla gedəcəyəm.

      – Nə vaxt?

      – Bu həftənin axırında.

      Holms:

      – Mən sizin bu qərarınızı düzgün hesab edirəm, – dedi. – Londonda sizi güdürlər, indi mənim buna heç şübhəm yoxdur. Lakin belə böyük bir şəhərdə onların kim olduğunu və sizdən nə istədiklərini təyin etmək çətindir. Əgər onlar pis niyyətlə hərəkət edirlərsə, siz təhlükə qarşısındasınız… Doktor Mortimer, Dartmurda sizin qonşularınızın, ya da dostlarınızın arasında qarasaqqal bir adam varmı?

      – Xeyr, yoxdur… yox, dayanın… Əlbəttə var! Ser Çarlzın lakeyi Berrimorun saqqalı qaradır.

      – Belə! O, indi haradadır?

      – Baskervil-holda. Ev onun himayəsində qalıb.

      – Yoxlamaq lazımdır, görək o doğrudanmı Londonda yox, Baskervil-holdadır.

      – Bunu necə etmək olar?

      – Mənə bir teleqraf kağızı verin. «Ser Henrini qəbul etməyə hazırsınızmı». Adresini də belə yazırıq. «Baskervil-holl, mister Berrimora». Orada sizə ən yaxın olan teleqraf şöbəsi haradadır? Qrimpendə! Çox gözəl! İkinci teleqramı da Qrimpenə, teleqraf şöbəsi rəisinin üstünə göndəririk. Yazırıq ki, «Xahiş olunur Berrimora göndərilən teleqramı onun öz əlinə verəsiniz. Orada olmasa, geri göndərin. «Norsamberlend» mehmanxanasına, ser Henri Baskervilə». Belə. Berrimorun öz yerində olub-olmamasını axşamüstü biləcəyik.

      Baskervil dedi:

      – Çox gözəl! Yeri gəlmişkən, qoy bir şey soruşum: doktor Mortimer, bu Berrimor deyilən necə adamdır?

      – O, malikanəni idarə edən mərhum Berrimorun oğludur. Baskervil-holda yaşayan Berrimorların dördüncü nəslidir. Mənim bildiyimə görə, o da, onun arvadı da çox abırlı adamlardır.

      Holms soruşdu:

      – Ser

Скачать книгу