Baskervillərin iti. Артур Конан Дойл
Чтение книги онлайн.
Читать онлайн книгу Baskervillərin iti - Артур Конан Дойл страница 6
– Belə de! Daha kimə?
– Vəsiyyətnamədə müxtəlif adamlara çatacaq çoxlu xırda məbləğlər, xeyriyyə işləri üçün böyük ianələr göstərilmişdir. Bütün irs isə ser Henriyə qalmışdır.
– Tutaq ki, bizim gənc dostumuzun başına bir iş gəldi… Hərçənd bu, yaxşı fikir deyil, ancaq məni bağışlayın… Onda bu irsə kim sahib olacaq?
– Baskervil-holl, ser Çarlzın uzaq qohumları olan Desmondlara çatacaq. Ceyms Desmond ahıl bir adamdır, özü də keşişdir, Vestmorlenddə yaşayır.
– Təşəkkür edirəm. Bütün bu məlumat son dərəcə maraqlı məlumatdır. Siz heç mister Ceyms Desmondu görmüsünüzmü?
– Bəli, görmüşəm, bir dəfə o, ser Çarlzın yanına gəlmişdi. Ceyms Desmond üzdən çox möhtərəm adama oxşayır. Yadımdadır, ser Çarlz ona pul vermək istədi, nə qədər dilə tutdusa, Desmond qəbul etmədi.
Holms Henri Baskervilə müraciət etdi:
– Ser Henri, sizi Devonşirə tək buraxmaq olmaz. Siz gərək özünüzlə sədaqətli bir adam aparasınız, elə bir adam ki, o, həmişə sizin yanınızda olsun.
– Mister Holms, doğrudanmı siz özünüz getməyə razı olursunuz?
– İş böhranlı vəziyyət alsa, mən birtəhər vaxt tapıb sizin yanınıza gələrəm. Mənim məsləhət gördüyüm adam budur, – holms mənə işarə etdi. – Çətin dəqiqələrdə ona arxayın olmaq olar, mən bunu öz təcrübəmdə görmüşəm.
Mən qətiyyən belə bir təklif gözləmirdim, lakin ser Henri mənim cavabımı gözləmədən əlimi bərk-bərk sıxaraq silkələdi.
– Doktor Uotson! Bu sizin tərəfinizdən böyük yaxşılıq olardı! Baskervil-holla getsəniz və orada mənimlə bərabər qalsanız, mən bunu heç vaxt unutmaram!
Mən dedim:
– Mən sərgüzəştli həyatı sevirəm. Məmnuniyyətlə sizinlə Baskervil-holla gedərəm.
Holms:
– Doktor Uotson, işin gedişi haqqında mənə yazılı surətdə müfəssəl hesabat göndərərsiniz.
Biz ayağa qalxdıq, xudahafizləşib ayrılmaq istəyirdik ki, birdən ser Henri çığırdı və sevinə-sevinə bucaqdakı şkafın altından açıq-qəhvəyi ayaqqabısının tayını çıxartdı.
– Bu da mənim itən ayaqqabım!
Şerlok Holms fikirli halda dedi:
– Qoy başqa məsələlər də belə asanlıqla həll olunsun!
Doktor Mortimer:
– Hər halda, bu, çox qəribədir, – dedi. – Nahardan qabaq mən bütün otağı axtarmışdım.
İkicə günün içərisində gözümüz qarşısında dalbadal bir neçə izahedilməz hadisə baş vermişdi: qəzet sözlərindən düzəlmiş məktub, kebdəki naməlum, saqqallı adam, əvvəl qəhvəyi rəngli təzə ayaqqabının, sonra da köhnə qara ayaqqabının bir tayının itməsi, indi də qəhvəyi ayaqqabının tapılması…
Beyker-stritə gedərkən Holms kebdə bircə kəlmə də danışmadı. Onun çatılmış qaşlarından, gərgin baxışlarından aydın olurdu ki, o da mənim kimi, sanki bir-biri ilə bağlı olmayan bu qəribə hadisələrin məntiqini tapmaq istəyir. Evə gələndən sonra o öz kabinetinə girdi, qatı tütün tüstüsü içində fikrə dalaraq bütün günü bayıra çıxmadı.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.