Hekayələr. Ömər Seyfəddin
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Ömər Seyfəddin страница 15
9
Məcidiyyə – Osmanlı dönəmində 20 quruşluq gümüş pul
10
Prussiya mavisi – qarayaçalan mavi rəng; tünd-göy
11
XX əsrin ortalarında Türkiyədə nəşr olunan qəzetlərin adlarıdır.
12
Təsfiyyəçilər – dili saflaşdıranlar.
13
Mirliva – Osmanlı imperiyasında briqada generalına bərabər hərbi rütbə.
14
Hürriyyət – cümhuriyyətin qurulmasını nəzərdə tutur. Türkiyədə 1923-cü ildə qurulub.
15
Adıgey təbliğatı – XIX əsrdə 50 ildən çox davam edən Qafqaz savaşı dönəmində minlərlə çərkəz ya soyqırıma məruz qalmış, ya da Osmanlı imperiyasına köçmək məcburiyyətində qalmışdır. Hazırda Şimali Qafqazda çərkəzlər öz tarixi torpaqlarında "milli azlıq" kimi qəbul olunurlar. 147 ildir torpaqlarından kənarda yaşamalı olan çərkəzlər birləşmək və intiqam almaq uğrunda dünyanın bir çox ölkələrində “Dünya Çərkəzləri Qardaşlığı”, “Adıgey Xase”, “Nart” və s. adlar altında birləşiblər. Məqsəd Qafqaz xalqlarının bir araya gəlməsi, dilinin formalaşması və müstəqillik qazanmasıdır. Yüz ildən artıqdır ki, bu təbliğat Türkiyə də daxil olmaqla dünyanın hər yerində aparılır.
16
Tək gözlüklü – XIX əsrin sonlarından XX əsrin əvvəllərinə qədər Avropada kübar cəmiyyətin kişiləri gözünün birinə yuvarlaq eynək taxırdılar
17
Antiseptik (lat. “anti” – qarşı, “septicus” – qovma) – yaradakı mikroorqanizmlərin məhv edilməsi, orqan və hüceyrələrdəki patologiyanın təmizlənməsi üçün istifadə olunan tibbi maye. Bu termin 1750-ci ildə ingilis cərrahı C.Prinql tərəfindən tibb elminə daxil edilmişdir.
18
Nargilə – qəlyan (fars.) – Şərqə xas ənənəvi bir tütün çəkmək vasitəsi; istifadəçinin bir xortum vasitəsilə sudan keçərək süzülən tüstünü içinə çəkməsini təmin edən bir qurğudur. İlk dəfə Hindistanda yaradılmışdır. XIX əsrdə dünya şöhrəti tapmışdır. Qəlyan ənənəsi sadə bir alətdən çox, Şərq mədəniyyətinin bir parçası halına gəlmişdir.
19
Qəməriyyə (ərəb. ay) – istirahət və ya söhbət etmək üçün bağlarda qurulan üstüörtülü, yanları açıq şüşəli talvar: aylı gecələri seyr etmək üçün köşk.
20
Cici – 1) əzizləmə müraciəti: türklər nəvazişlə uşağa və ya qadına deyirlər; 2) yeni, təzə: cici oyuncaq, cici paltar və s.; 3) Azərbaycanın bəzi bölgələrində anaya müraciət forması. Cici-bacı olmaq – bir-biri ilə çox yaxın olmaq, ana-bacı kimi olmaq.