Hekayələr. Ömər Seyfəddin

Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Ömər Seyfəddin страница 10

Автор:
Жанр:
Серия:
Издательство:
Hekayələr - Ömər Seyfəddin Hekayə ustaları

Скачать книгу

nə mükəmməl bir qadındı. Fəqət öz arvadı da məgər pis idimi? Fədakardı. Namusluydu. Qənaətcildi. Çalışqandı. Ciddiydi. Halbuki oğlu xudbin, qətiyyətsiz, israfçı, tənbəl, xaraktersiz bir sərsəriydi. Hələ balaca ikən riyakarlığa başlamışdı. Anasına: "Mən almanam! Türklər eşşəkdir!", ona isə: "Mən türkəm! Almanlığı qəbul etmərəm" deyərək ikisinin arasında gizli-gizli buz dağları yüksəldir; sonra yalanla, düzənlə hər birinin məhəbbətini ayrı-ayrılıqda oğurlar, oğurladığı iki məhəbbəti sahiblərinə qarşı bir şantaj alətinə çevirərdi. Fon Sədriştayn tamam dazlaşmış başını əlləri içinə aldı:

      – Niyə belə oldu? Axı niyə belə oldu? – deyə inlədi. Anasının yaxşı cəhətləri niyə ona keçməmişdi? Özü də pis hallara nifrət edən, sakit, ağıllı, çalışqan bir adamdı. Niyə bu xasiyyətləri oğluna keçməmişdi? Həm də Orxan kimi mükəmməl bir şəxsiyyət yalnız anasının ümidinə qalmış bir yetimdi. Həyat hekayəsinə baxılarsa, hələ bir yaşında ikən atası Çanaqqalada şəhid düşmüşdü. Qəlbi sürətlə döyünməyə başladı. Oğlunun rəzalətlərini xatırladıqca nəfəsi tıxanacaq kimi olurdu… İyirmi beş il içində min bir sıxıntı ilə gələcəkləri üçün quruş-quruş yığdıqları sərvəti bankdakı kassadan Arsen Lüpenvari adlı bir intriqaçı ilə mənimsəyib Amerikaya qaçandan bəri ər-arvad onun adını belə çəkmirdilər. Madam Sədriştayn, oğlu ağlına gəlincə özü kimi həyəcana düşər, üzü qızarar, əlləri-ayaqları titrərdi:

      – Şeytan alıb aparsın, şeytan alıb aparsın! Onun üzünü bir daha bizə göstərmə, Allahım! – deyə diz çökərək yanıqlı-yanıqlı ibadət etməyə başlar, gözlərindən acı göz yaşları axardı. İndi kim bilir haradadır? Nə türk ola bilmişdi, nə də alman… Hər millətin xaricində, hər əxlaqdan kənar, pis bir etalondu. İki işıqdan qaranlıq hasil olması kimi, anasının, atasının milliyyətlərindəki yaxşı cəhətlər də sanki onda birləşincə bir rəzalət halına keçmişdi. Fon Sədriştayn gənc yaşında millətinə məfkurə peyğəmbəri olan Orxanın ailəsini düşündü. Oğullarının bu şan-şöhrəti, bu şərəfi üçün nə qədər məsud olmuşlar, nə qədər iftixar etmişdilər! Daim xəyalın fövqündə, olmayacaq şeyləri istəyən xəstəhal bir ata qibtəsiylə: "Ah, mənim Hasibim də belə bir dahi olsaydı…" – deyirdi. Orxan bəy – hər dahi kimi onu da anası yaratmışdı.

      Görəsən, anası necə ülvi, necə mükəmməl bir qadındı? Oğlunu ilhamın, həyatın, həqiqətin təbii mənbələrinə aparan, qocaman bir millətə xilaskar hazırlayacaq qədər milli bir tərbiyə verən bir qadın əcəba necə bir vücuddu? Fon Sədriştayn, içindən ruhuna əks edən bu sualları düşünə-düşünə zəif əhvalını yordu. Kreslosunda bir tiryək sərxoşu kimi sızıldadı.

      Arvadı pəncərəni örtərkən mürgüdən oyandığı zaman günəş çoxdan batmış, hava tamamilə qaralmışdı. Körfəz, qarşı tərəf, saraylar, bütün liman, Üsküdar körpüsü, Çamlıca təpəsi elektrik “çiçəkləri”ylə bəzədilmişdi; alqış, musiqi, orkestr səsləri uğultulu bir tufan kimi hər tərəfi bürümüşdü.

      – Mən çıxacağam.

      Madam Sədriştayn soruşdu:

      – Nə üçün?

      – Gəzməyə…

      – Məqsədin şənliyi görməkdirsə, buradan daha yaxşı görünür. Küçədə nə edəcəksən?

      – Heç.

      – Özün bil…

      İkisi ta yemək zamanına qədər pəncərədən gözəl İstanbulun nur içində parlamasına uzun-uzadı baxdı. Heç biri dillənib bir söz demirdi.

      Fon Sədriştayn bu milli bayramın ertəsi günü, ondan bir gün sonra da rahatlaşmadı. Podaqra sızıltıları dayanmışdı. Lakin "sabit bir fikir" ruhuna sakitlik vermirdi. Görəsən, cahana belə bir dahi yetişdirən qadın necə bir varlıqdı?

      – Ah, bir onu görsəm… – deyirdi.

      Arzusunu unuda bilməyən xəstə bir qoca əsəbiyyəti ilə üzülür, kreslosunda otura bilmirdi. Günorta yeməyindən qalxan kimi yataq otağına keçdi, geyindi. Yoğun palıd əsasını götürdü. Süfrəni yığışdıran arvadı:

      – Hara gedirsən? – deyə soruşdu.

      – Gəzməyə.

      – Gec qalma. Axşamlar rütubətli olur.

      – Yaxşı.

      Qapıdan çıxdı. Dar, qaranlıq pilləkənləri dayana-dayana endi. Yoxuşa döndü. Ayazpaşa parkının önündəki kiçik telefon mərkəzinə girdi. Məlumat kitabında Orxan bəyin ünvanını tapdı. Telefonun dəstəyini götürdü:

      – Alo.

      – Buyurun…

      – Orxan bəyin evidirmi?

      – Bəli.

      Bu, incə bir qız səsiydi. Fon Sədriştayn təkrar soruşdu:

      – Orxan bəyin anası evdədirmi?

      – Evdədir.

      – Mən onları təbrikə gəlmək, ziyarət etmək istəyirəm. Qəbul buyurarlarmı?

      – Kimsiniz? Sizi necə təqdim edim?

      – Bir yaşlı adam, deyin.

      – Adınız?

      – Məşhur bir adam deyiləm. Sədrəddin, Anadolu Şimendifer Şirkətindən təqaüdçü məmurlardanam… Sədriştayn adı ilə tanınıram…

      – Soruşum, bir dəqiqə gözləyin.

      – . . .

      Az sonra incə səs aparatın içindən təkrar eşidildi:

      – Alo…

      – Bəli.

      – Buyurun, qəbul edəcəklər. Nə vaxt gələcəksiniz?

      – Elə indi.

      – Buyurun, əfəndi.

      Fon Sədriştayn telefon köşkündən çıxan kimi parkın önündə duran avtomobillərdən birinə mindi: "Çamlıca, Orxan bəyin evinə", – dedi. Ətrafı seyr etsə də, sanki görmür, görüşəcəyi böyük qadını düşünürdü. Ona elə gəlirdi ki, avtomobil çox ləng hərəkət edir. Üsküdar körpüsünü keçərkən dözmədi. Sürücüyə: "Bir az tez!.." – deyə rica etdi.

      On beş dəqiqəyə Çamlıcaya gəlmişdi. Sürücünün göstərdiyi dəmir barmaqlıqlı bir qapıdan girincə qarşısında açılan mənzərənin lətafətindən təəccübləndi. Geniş bir yolun iki

Скачать книгу