Hekayələr. Проспер Мериме

Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Проспер Мериме страница 4

Hekayələr - Проспер Мериме Hekayə ustaları

Скачать книгу

baş vəkilə göndərəcəyim izahata düşəcəkdir.

      Mateo lap astadan:

      – Bədbəxtlik! – dedi.

      Onlar artıq dəstənin yaxınlığında idilər. Jianetto xərəyin üstündə uzanmışdı, dəstə də yola düşməyə hazır idi. Jianetto Mateonun Qambanın yanınca gəldiyini gördükdə çox qəribə bir tərzdə gülümsədi, sonra evin qapısına tərəf çevrildi, evin astanasına tüpürərək dedi:

      – Satqının evi!

      Yalnız ölümünü gözünün qabağına alan adam cürət edib Falkoneyə satqın deyə bilərdi. Belə təhqirin əvəzi ən azı karlı bir şillə ola bilərdi. Mateo bərk sarsılmışdı. O, əllərilə başını tutdu, başqa heç bir hərəkət etmədi.

      Atasının gəldiyini görən Fortünato evə girmişdi. Az sonra o, əlində süd dolu kasa, yenidən göründü. Gözlərini yuxarı qaldırmadan süd kasasını Jianettoya tərəf uzatdı.

      – Rədd ol yanımdan! – məhbus dəhşətli səslə bağırdı. Sonra isə voltijerlərdən birinə tərəf çevrilərək dedi:

      – Mənə bir az su ver içim, dost.

      Əsgər böyründən asdığı mehtərəsini əlinə aldı və quldur bir az bundan əvvəl ona güllə atan adamın verdiyi suyu içdi. Bundan sonra o xahiş etdi ki, əllərini arxasında yox, sinəsində çarpazlayıb bağlasınlar.

      – Kefim istədiyi kimi yatmaq istəyirəm, – dedi.

      Onun istəyini məmnuniyyətlə yerinə yetirdilər. Bundan sonra zabit yola düşmək üçün işarə verdi. Bayaqdan bəri sakitcə dayanıb ona cavab verməyən Mateo ilə vidalaşdı və cəld addımlarla düzənliyə tərəf uzanıb gedən cığıra düşdü.

      Mateo kəlmə kəsənə qədər təxminən on dəqiqə keçdi. Onun matı-qutu qurumuşdu. Uşaq həyəcanla gah anasına, gah da tüfənginə söykənib qəzəbini içəridə boğa-boğa onu diqqətlə süzən atasına baxırdı.

      Nəhayət, Mateo sakit, ancaq onu tanıyan hər kəsə bəlli vahiməli səslə dedi:

      – Yaxşı başlayırsan!

      Gözləri yaşla dolmuş uşaq özünü atasının ayaqlarına atmaq üçün irəliləyərək qışqırdı:

      – Ata!

      Mateo onun üstünə bağırdı:

      – Mənə yaxın gəlmə!

      Uşaq dayandı, atasına bir neçə addım qalmış yerində heykəl kimi dondu və hönkür-hönkür ağladı:

      Cüzeppa uşağa yaxınlaşdı. O, Fortünatonun köynəyinin altından çıxan saatın zəncirini görmüşdü.

      – Bu saatı sənə kim verib? – deyə ciddi tərzdə soruşdu.

      – Serjant əmi.

      Falkone saatı qamarladı və onu var gücü ilə daşa çırpıb xıncım-xıncım elədi.

      – Arvad, – Mateo üzünü Cüzeppaya tərəf çevirib soruşdu: – Bu uşaq məndəndir?

      Cüzeppanın mis rənginə çalan sifəti körüyə atılmış pul kimi qızardı.

      – Mateo, sən nə danışırsan?! Kiminlə danışdığını başa düşürsənmi?

      – Yaxşı! Onda bil və agah ol ki, bu, bizim nəsildə satqınlıq eləyən ilk uşaqdır.

      Fortünatonun hönkürtüsü və hıçqırığı getdikcə güclənirdi. Falkone isə gözünü ona zilləyib heykəl kimi dayanmışdı. Nəhayət, o, əlindəki tüfəngin qundağını yerə vurdu, sonra onu çiyninə atdı, makiyə tərəf gedən yola düşdü və Fortünatoya sarı qışqırdı ki, onun ardınca gəlsin. Uşaq itaət etdi.

      Cüzeppa Mateonun dalınca qaçdı və onun əlindən tutdu. Şəvə kimi qara gözlərini ərinin gözlərinə zilləyərək, onun qəlbindən keçəni oxuyurmuş kimi titrək səslə:

      – Bu sənin oğlundur! – dedi.

      – Burax məni! – deyə Mateo cavab verdi. – Mən onun atasıyam.

      Cüzeppa oğlunu qucaqlayıb öpdü və ağlaya-ağlaya qayıdıb daxmaya girdi. O, müqəddəs Məryəmin şəkli qarşısında diz çökərək bərkdən yalvarmağa başladı…

      Bu zaman Falkone vadiyə uzanan cığırla irəliləyirdi. O, təxminən iki yüz addım aralandıqdan sonra kiçik bir yarğanın üstündə dayandı və tullanıb yarğana düşdü. Tüfəngin qundağı ilə torpağın bərkliyini-boşluğunu yoxladı və nəm torpağın asanlıqla qazılacağını öz-özlüyündə yəqinləşdirdi. Qəlbindəki niyyət üçün elə buranın əlverişli olduğunu düşündü.

      – Fortünato, get, o böyük daşın yanında dayan.

      Atası ona nə dedisə, uşaq əməl etdi, sonra daşın dibində diz çökdü.

      – Dua et!

      – Ata, ata! Məni öldürmə!

      – Dua et! – Mateo dəhşətli səslə bağırdı.

      Uşaq dili topuq vura-vura və hönkürə-hönkürə müqəddəs kitabın “Ata” və “İnanc” fəsillərini əzbərdən söyləməyə başladı.

      Mateo uşağın dediyi hər cümlənin axırında “amin!” deyirdi.

      – Bildiyinin hamısı elə budur?

      – Ata, “Məryəm ana”nı da bilirəm, həmin bu duanı mənə xalam öyrədib.

      – Çox uzundur, ancaq eybi yoxdur, onu da oxu!

      Uşaq duanı axıra kimi oxudu. Onun səsi getdikcə öləziyirdi.

      – Qurtardın?

      – Ah, ata! Rəhm elə! Məni bağışla! Bir daha belə eləmərəm! Kapral əmidən xahiş edərəm ki, Jianettonu bağışlasın!

      O, yenə nəsə deyirdi. Mateo tüfəngini doldurdu, onu üzünə qaldırıb tuşladı və dedi:

      – Qoy Allah özü sənin günahını bağışlasın!

      Uşaq atasının dizlərini qucaqlamaqdan, günahının bağışlanması üçün yalvarmaqdan ötrü ayağa qalxmağa cəhd etdi, ancaq artıq gec idi. Mateo tətiyi çəkdi, Fortünato yerindəcə qaldı.

      Uşağın cəsədinə gözünün ucu ilə baxmayan Mateo oğlunu basdırmaq üçün bel dalınca evə tərəf yollandı. Bir neçə addım atmışdı ki, qan-tər içində ona tərəf qaçan Cüzeppa ilə rastlaşdı.

      Arvad

Скачать книгу