Hekayələr. Проспер Мериме
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Проспер Мериме страница 5
O, məni kəşfiyyatdan yenicə qayıtmış kapitana təqdim etdi. Bu kapitan (onu sonralar lap yaxından tanımaq mənə müyəssər olmadı) hündürboylu, qarabuğdayı, sərt xasiyyətli, eybəcər sifətli bir adam idi. Əvvəllər adi, sıravi əsgər olmuş, sonralar çiynindəki rütbəni və döşündəki xaç nişanını döyüş meydanında qazanmışdı. Onun xırıltılı və zərif səsi nəhəng bədəni ilə qətiyyən uyuşmurdu. Deyilənlərə görə, İena döyüşündə bir tərəfdən dəyib o biri tərəfdən çıxan güllə onun səsini bu hala salmışdı.
Fontenblo hərbi məktəbini qurtardığımı bilən kimi onun sifətinin ifadəsi dəyişdi. Dedi:
– Mənim leytenantım dünən həlak oldu…
Mən onun: “Onu siz əvəz etməlisiniz, siz isə bunu etmək iqtidarında deyilsiniz” demək istədiyini dərhal başa düşdüm. Dilimin ucuna kobud bir söz gəldi, ancaq hövsələmi basıb özümü saxladım.
Bizim düşərgədən iki top gülləsi məsafəsində yerləşən Şövörino5 istehkamının arxasında iri, narıncı ay doğmuşdu; həmişə doğduğu kimi. Ancaq bu gecə o mənə təsəvvürəgəlməz dərəcədə böyük görünürdü. İstehkam ayın haləsində bir neçə anlığa qara rübəndə büründü. O, püskürmə zamanı vulkanın konusşəkilli kraterini xatırladırdı.
Mənim yanımda dayanan bir nəfər yaşlı əsgər ayın rənginə diqqət yetirərək dedi:
– Gör nə qırmızıdır! Bu o deməkdir ki, bu məşhur istehkam bizə baha başa gələcək!
Mən həmişə mövhumatçı olmuşam və əsgərin bu falçılığı belə bir anda məni xüsusilə təşvişə saldı. Mən uzandım, ancaq yata bilmədim. Qalxdım və bir müddət Şövörino kəndinin hüdudlarındakı təpəlikləri ağuşuna alan nəhəng, ucu-bucağı görünməyən tonqal sırasına tamaşa etməyə başladım.
Gecənin sazağı iliyimə işləyəndə gəlib tonqalın yanında uzandım, əsgər şinelimi səliqə ilə üstümə çəkdim və dan yeri sökülənə qədər yatmaq niyyətilə gözlərimi yumdum. Yuxum ərşə çəkilmişdi. İlan vuran yatdı, mən yatmadım. Bu boyda düzəngaha yığışmış minlərlə adamın içərisində bir nəfər dost-tanış olmadığını öz-özümə fikirləşdim. Əgər yaralansaydım, xəstəxanaya, savadsız, kütbeyin həkimlərin əlinə düşəcəkdim. Cərrahiyyə əməliyyatları haqqında nə eşitmişdimsə, hamısı bütün təfərrüatı ilə gəlib gözlərimin qabağında dayandı. Ürəyim tez-tez, həyəcanla döyündü. Döş cibimdəki yaylığımı və pul kisəsini sipər kimi cəld sinəmin üstünə qoydum. Yorğunluq məni əldən salmışdı; hər an, hər dəqiqə ötdükcə bədənimin ağrıları yavaş-yavaş sakitləşir, sonra nədənsə beynimdə nəhs fikir yenidən təkidlə baş qaldırır və yerimə qor doldururdu. Nəhayət, yorğunluq öz işini gördü. Sübh tezdən qalxma işarəsi veriləndə mən daş kimi yatmışdım.
Biz sıraya düzləndik, adlar oxundu, sonra tüfəngləri baş-başa çatdıq. Bütün bunlar bir günü də sakit keçirəcəyimizdən xəbər verirdi.
Saat üçə yaxın adyutant6 xüsusi əmrlə gəldi. Silahlarımızı yenidən götürməli olduq, atıcılarımız çölə səpələndilər və hər kəs öz yerini tutdu; biz də yavaş-yavaş onların ardınca getdik və iyirmi dəqiqə keçəndən sonra rusların bütün ön dəstələrinin arxaya çəkildiklərini və istehkama girdiklərini gördük.
Bir topçu dəstəsi gəlib bizim sağ tərəfimizdə, digəri isə sol tərəfimizdə yerləşdi; hər ikisi də güclü dəstə idi. Onlar düşmən üzərinə sıx atəş açmağa başladılar, qarşı tərəf də var gücü ilə cavab zərbəsi endirdi və çox keçmədi ki, Şövörino istehkamı qatı tüstü-duman içində görünməz oldu. Çala-çuxur bir yer bizi rusların atəşindən mühafizə edirdi. Nadir hallarda üstümüzə gələn düşmən qumbaraları (ruslar, əsasən, bizim topçularımızı nişan alırdılar) ya başımızın üstündən sovuşub keçir, ya da ki, yaxınlıqda düşüb partlayaraq toz-torpağı, xırda daş-kəsəyi üstümüzə sıçradırdı.
Hücuma keçmək əmri verilən kimi kapitanım mənə elə mənalı baxdı ki, istər-istəməz əlimi iki-üç dəfə təzəcə düzəltdiyim bığıma çəkdim. Açığını deyim ki, mən qorxmurdum və istəmirdim ki, kimsə mənim qorxduğumu ağlına gətirsin. Bu qumbaralar isə əksinə, məni dəyanətimi daha da möhkəmləndirməyə sövq edirdi. Hiss edirdim ki, üstümü almış təhlükə sovuşub. Məni öz şəxsi inamım valeh etmişdi və kefim də elə kök idi ki, Parisdə, madam B.-nin Provans küçəsindəki salonunda Şövörino istehkamının alınması barədə necə həvəslə danışacağımı düşünürdüm.
Polkovnik bizim alayın qarşısından keçdi. O, mənə müraciətlə dedi:
– Hə, sizin üçün bu, ilk döyüş olduğundan, deməli, möhkəm vuruşmalısınız.
Otuz addımlıq məsafədə partlayan qumbaranın zərbindən qoluma sıçrayan toz-torpağı çırpıb təmizləyərək əsl cəngavər görkəmilə gülümsədim.
Deyəsən, qumbaralarının hədəfə dəymədiyini rusların özləri də hiss etdilər. Çünki onlar qumbaraları minomyot mərmilərilə əvəz etdilər. Bunlar da, yəqin ki, yerləşdiyimiz xəndəkdə bizi tuta bilərdi. Lap yekə bir qəlpə mənim papağımı başımdan aldı və yanımdakı adama dəyib öldürdü.
– Təbrik, edirəm! – Papağımı yerdən təzəcə qaldırmışdım ki, kapitan mənə müraciətlə dedi. – Siz bütün günü rahat ola bilərsiniz, payınızı aldınız!
Məhkəmə salonunda olduğu kimi, döyüş meydanında da özünü doğruldan “heç ola bilməz ki, güllə eyni yerə iki dəfə dəysin” aksiomunun nə demək olduğunu yaxşı başa düşürdüm. Mən papağımı yenidən başıma qoydum, təşəxxüslə, özümü sındırmadan cavab verdim:
– Yanındakıları, heç olmasa, bir nəfər salamlamalıdır, yoxsa yox?
Bu sarsaq zarafat, görünür, lap yerinə düşdü.
– Sizi təbrik edirəm, – kapitan mənə müraciətlə yenidən sözə başladı, – daha sizə ölüm yoxdur və bu axşam bölüyə siz komandanlıq edəcəksiniz, çünki əlimin içi kimi bilirəm ki, indi mənim növbəm çatıbdır. Hər dəfə mən yaralananda yanımdakı zabit güllədən ölür. – O, astadan, demək olar ki, utana-utana əlavə etdi: – Nədənsə onların adları həmişə “P” hərfilə başlayırdı.
Özümü ağıllı, təmkinli apardım, mənim yerimə kim olsaydı, belə hərəkət edərdi. Kim olsaydı, peyğəmbərcəsinə deyilmiş bu sözlərdən mənim kimi heyrətlənərdi. Hərbi xidmətdə təzə adam olduğum üçün öz hisslərimi hələ heç kimlə bölüşə bilməzdim və heç kimə etibar da edə bilməzdim. Buna
5
6