Hekayələr. Антон Чехов
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Антон Чехов страница 4
Feldşer başqa xəstəni çağırmışdı. Qəbul otağına qoca arvadla bir oğlan uşağı girdi.
Feldşer qaşqabağını tökərək dedi:
– Get, get!… Özündən hoqqa çıxarma!
– Onda, heç olmasa, zəli qoyun! Qoy həmişə sizə duaçı olsun.
Feldşer özündən çıxıb qışqırdı:
– Bir də ağzını açsan!.. Səfeh…
Yakov da hirsləndi, qıpqırmızı qızardı. Ancaq bir söz demədi, Marfanın qoluna girib qəbul otağından çıxartdı. Ancaq arabaya minəndə xəstəxanaya acıqlı-acıqlı və istehza ilə baxaraq dedi:
– Sizin kimi bic-haramzadaları qoyublar ora! Dövlətli adam olsaydı, küpə qoyardın, kasıb üçün bir zəliyə də heyfin gəldi. Əclaflar!
Evə çatdıqda Marfa daxmaya girib sobaya söykəndi və on dəqiqə beləcə durdu. Ona elə gəlirdi ki, əgər uzansa, Yakov zərərləri haqqında danışmağa başlayacaq və onu həmişə uzandığı üçün, işləmək istəmədiyi üçün danlayacaqdı. Yakov isə qüssəli halda ona baxır və düşünürdü ki, sabah İoanna Boqoslov, bir gün sonra isə Nikolay Çudotvorets bayramıdır, sonra bazar günüdür, daha sonra da bazar ertəsidir ki, bu da ağır gündür. Dörd gün iş olmayacaq. Marfa da, yəqin ki, bu günlərin birində öləcək. O, öz dəmir arşınını götürüb qarıya yaxınlaşdı və onun boyunu ölçdü. Sonra Marfa uzandı. Yakov da xaç vurub tabut düzəltməyə başladı.
İşini qurtardıqdan sonra gözlüyünü taxdı və dəftərinə bu sözləri yazdı:
“Marfa İvanovna üçün tabut – 2 m. 40 q.”
Bunu yazıb dərindən ah çəkdi. Qarı gözləri yumulu halda, sakitcə uzanmışdı. Lakin hava qaralanda o, birdən qocanı çağırdı:
– Yadındadırmı, Yakov, – deyə fərəhlə ona baxaraq soruşdu, – yadındadırmı, əlli il bundan qabaq Allah bizə sarışın saçlı bir övlad vermişdi. Biz onda səninlə çayın qırağında oturub mahnı oxuyardıq… söyüdün altında… – Sonra o, acı-acı gülümsəyərək əlavə etdi, – qızcığaz öldü.
Yakov bütün yaddaşını topladı, lakin nə uşağı, nə də söyüdü yadına sala bildi.
– Bu, sənin gözünə görünür, – dedi.
Keşiş gəldi, dua oxudu. Sonra Marfa sayıqlamağa başladı və səhərə yaxın öldü.
Qonşuluqda yaşayan qarılar onu yudular, geyindirib tabuta qoydular. Keşişə artıq pul verməmək üçün Yakov özü dua oxudu. Qəbir üçün ondan bir qəpik də almadılar, çünki qəbiristan keşikçisi onun xaç atalığı idi. Dörd nəfər kəndli tabutu pulla deyil, Yakova hörmət etdikləri üçün qəbiristana apardı. Tabutun dalınca qoca arvadlar, dilənçilər və iki nəfər qələndər gedirdi. Qabaqlarına çıxan adamlar xaç vururdular… Yakov da çox razı idi ki, hər şey öz qaydası ilə, şərəflə, həm ucuz, həm də heç kəs incimədən başa çatdı. O, son dəfə Marfa ilə vidalaşarkən əlini tabuta vurub fikirləşdi ki, yaxşı düzəldib.
Lakin qəbiristandan qayıtdıqdan sonra bərk qüssələndi. O, özünü pis hiss edirdi: boğazı yanır, ağır-ağır nəfəs alırdı, ayaqları süstləşmişdi, su içmək istəyirdi. Başına da cürbəcür fikirlər gəldi. Yenə də yadına düşdü ki, bütün ömrü boyu bir dəfə də olsun Marfaya acımamışdı, ona mehribanlıq etməmişdi. Bir daxmada yaşadıqları əlli iki il çox uzun sürmüşdü. Ancaq necə olmuşdusa, bu müddət ərzində o, bircə dəfə də Marfa haqqında düşünməmişdi, ona fikir verməmişdi, sanki, o, adam deyil, bir pişik, ya da it idi. Lakin Marfa hər gün sobanı yandırırdı, xörək bişirirdi, çörək bişirirdi, suya gedirdi, odun yarırdı, onunla bir çarpayıda yatırdı, toylardan sərxoş qayıtdıqda həmişə onun skripkasını hörmətlə divardan asırdı, özünü də yatağa uzandırırdı. Bunları da dinməzcə, qorxa-qorxa və qayğıkeşliklə edirdi.
Yakov bu fikirlərlə məşğul ikən Rotşild gülümsəyə-gülümsəyə və baş əyə-əyə ona tərəf gəlirdi.
– Mən sizi axtarıram, əmican, – dedi. – Moisey İliç sizə salam göndərdi və tapşırdı ki, bu saat onun yanına gələsiniz.
Lakin Yakovu məşğul edən bu deyildi. O, ağlamaq istəyirdi. “Əl çək!” – deyərək yoluna davam etdi. Rotşild yenə qabağa qaçaraq həyəcanla dedi:
– Heç belə şey olarmı? Moisey İliç inciyər! O tapşırdı ki, bu saat gələsiniz.
Yəhudinin tövşüməsi, tez-tez göz qırpması və sifətində çilin çox olması Yakova iyrənc görünürdü. Onun qara yamaqlı yaşıl pencəyinə də, zəif və sısqa bədəninə də baxmaq iyrənc idi.
Yakov çığırdı:
– Nə istəyirsən, zibil? Əl çək!
Yəhudi də qəzəblənib çığırdı:
– Xahiş edirəm, səsini ucaltma, yoxsa səni götürüb hasardan aşıraram!
Yakov çığırdı və yumruqlarını sıxaraq onun üstünə cumdu.
– Rədd ol gözümdən! İtil! Bu zir-zibildən göz açmaq olmur.
Qorxudan Rotşildin rəngi ağappaq ağardı, yerə çökdü və özünü zərbədən müdafiə edirmiş kimi əllərini yuxarı qaldırdı. Sonra yerindən qalxıb gücü yetdikcə qaçmağa başladı. Qaçarkən atılıb-düşür, heyrətlə əlini əlinə vururdu və onun uzun, arıq kürəyinin titrədiyi görünürdü. Küçədəki uşaqlar onun bu halına çox sevindilər, onun dalınca düşüb: “Cuhud! Cuhud!” – deyə çığırmağa başladılar. İtlər də hürüşə-hürüşə onun ardınca tökülmüşdü. Kim isə bərkdən qəhqəhə ilə güldü, sonra fit verdi, itlər də daha bərkdən hürüşdü… Sonra, yəqin ki, Rotşildi it tutdu, çünki o, bərk çığırdı.
Yakov örüşdə gəzirdi, sonra o, şəhərin kənarı ilə baş alıb getdi, uşaqlar da onun dalınca çığıra-çığıra deyirdilər “Bronza gəlir! Bronza gəlir!” O gəlib çaya çatdı. Burada cüllütlər civilti ilə uçuşur, ördəklər qaqqıldaşırdı. Günəş adamı yandırırdı, suyun üzü elə parıldayırdı ki, adamın gözünü qamaşdırırdı. Yakov çay qırağındakı cığırla getdi və bu zaman çay hamamından dolubədənli, qırmızıyanaqlı bir qadının çıxdığını görüb öz-özünə dedi: “Bir ona bax, su samuruna oxşayır!” Hamamın yaxınlığında uşaqlar tilovun ucuna ət bağlayıb xərçəng tuturdular. Onu görən kimi: “Bronza!” – deyə çığırmağa başladılar. Bu da böyük koğuşlu qoca söyüd ağacı! Onun başında qarğa yuvaları vardı… Birdən Yakovun