Hekayələr. Роальд Даль
Чтение книги онлайн.
Читать онлайн книгу Hekayələr - Роальд Даль страница 13
Bu, müharibənin əvvəlində, biz Liviyada italyanlarla döyüşəndə baş vermişdi. Çətin günlər idi, çünki təyyarəçilər azlıq edirdi, əvəzində çox uçmalı olurduq. Onları, şübhəsiz ki, İngiltərədən göndərə bilməzdilər, çünki döyüş Britaniya uğrunda idi. Buna görə də uzun müddət səhrada qalmaq və əcaib, qeyri-təbii həyat sürmək lazım gəlirdi. Çirkli balaca çadırda yaşayır, hər gün eyni parçdakı su ilə əl-üzünü yuyur və üzünü qırxır, sonra elə həmin parçın suyu ilə dişlərini təmizləyir, ya çayın, ya da yeməyin içindən hökmən milçək çıxarmalı olurdun. Üstəlik, bu qum fırtınaları həm çöldə, həm də çadırda eyni cür vıyıldayır və bütün bunlar hətta ən təmkinli kişini belə özündən çıxarırdı. İradəsinə hakim ola bilməyən əsgərlər yoldaşlarına partlayır və özlərinə hirslənirdilər. Onlar dizenteriyadan, «Misir ishalı»ndan, qulaq ağrısından və səhra həyatında qaçılmaz olan digər xəstəliklərdən əziyyət çəkirdilər. Başlarına C-79 italyan təyyarələrindən bombalar yağan bu kişilərin qadınları yox idi və onlar hazırda olduqları yerdə çiçəklərin bitdiyini görmürdülər. Onların, demək olar ki, heç nələri yox idi, həyat bircə qumdan, qumdan və qumdan ibarət idi. Onlar italyan CP-42-lərlə köhnə «gloster-gladiatorlar»la vuruşur, uçmayanda isə özlərinə başqa bir məşğuliyyət tapa bilmirdilər.
Bəzən birisi əqrəb tutur, onları kerosin kanistrinə salır və həşəratları ölümünə döyüşdürürdü. Eskadrilyada əqrəblər arasında həmişə bütün döyüşləri udan məğlubedilməzlər, çempionlar, öz Co Luisləri10 olurdu. Ona ləqəb verirdilər; o məşhurlaşırdı, məşq rasionu isə böyük sirr olurdu və bu sirri təkcə sahibi bilirdi. Məşq rasionunun əqrəb üçün mühüm olduğu hesab edilirdi. Bəzilərinə qaxac ət yedizdirirdilər, digərlərinə «makonaçiz» adlı iyrənc ət konservi verirdilər, üçüncüləri böcəklərə qonaq edirdilər, üstəlik, elələri də olurdu ki, onlara döyüşdən əvvəl pivə içizdirirdilər. Pivə əqrəbi guya xoşbəxt və özündən əmin edirdi. Amma pivə içən həşəratlar həmişə uduzurdular. Hərçənd böyük döyüşlər və böyük çempionlar olurdu və axşamlar uçuşlar bitəndən sonra bir qrup təyyarəçi və texnikin qumsallıqda dövrə qurduğunu görmək mümkün idi. Onlar əllərini dizlərinə dirəyib döyüşü izləyir, əqrəbləri həvəsləndirir və sanki boksçulara, ya da pəhləvanlara tamaşa edirlərmiş kimi çığırışırdılar. Sonra qələbə anı gəlir və qalib sahib şadyanalıq edirdi. O, qumun üstündə hoppanıb-düşür, qışqırır, əl-qolunu yelləyir və müzəffər həşəratın məziyyətlərini sadalayırdı. Ən görkəmli əqrəbin sahibi Xəyalpərəst adlı serjant idi. O, çempionu təkcə marmeladla yemləyirdi. Ədəbsiz ləqəbi olan və dalbadal qırx iki döyüş udan bu əqrəb günlərin bir günü məşq zamanı sakitcə öldü. Hadisə Xəyalpərəst onu nəslini davam etdirmək üçün azadlığa buraxmağa hazırlaşanda baş verdi.
Gördüyünüz kimi, səhra həyatı böyük sevinc gətirmədiyindən onu balaca sevinc əvəzləyir və uşaq oyunları yaşlı kişilərin əyləncəsinə çevrilir. Bu orda olan hər kəsə aid idi: həm təyyarəçilərə, həm mexaniklərə, həm paraşüt qablaşdıranlara, həm yemək hazırlayan kaprallara, həm də dükan sahiblərinə. Bu, Qocaya da, Gəncə də aid idi. Onlar yalvar-yaxar iki sutkalıq məzuniyyət götürə bilmiş və təyyarə ilə Qahirəyə gəlmişdilər. Mehmanxanaya gələn Qoca ilə Gənc vannanı elə səbirsizliklə gözləmişdi ki, bəlkə də, yeni evlənənlər ilk gecələrini bu qədər arzulamamışdı.
Qoca qurulandı, sonra dəsmalı belinə sarıyıb və əllərini başının altına qoyub çarpayıda uzandı. Gənc vanna otağında idi. O, başını vannanın ucuna qoyub isti sudan həzz alır və bunu inildəməklə büruzə verirdi.
– Gənc, qulaq as görüm, – Qoca dedi.
– Eşidirəm.
– Bəs indi nə ilə məşğul olacağıq?
– Qadınlarla, – Gənc cavab verdi. – Qadın tapıb şam yeməyinə dəvət edəcəyik.
– Bu sonranın işidir, – Qoca dedi. – Bu gözləyə bilər.
Axşam təzə düşmüşdü.
– Mən belə düşünmürəm, – Gənc dedi.
– Mənsə düşünürəm ki, – Qoca etiraz etdi, – bu gözləyə bilər.
Qoca bu dünyada çox yaşamış və çox şey görmüşdü. Tələsik hərəkət etmək ona görə deyildi. İyirmi yeddi yaşı vardı, eskadrilyada komandir də daxil olmaqla hamıdan çox yaşlı idi və hər kəs onun ağzından çıxana hörmətlə yanaşırdı.
– Əvvəlcə dükanları gəzək, – o dedi.
– Sonra? – vanna otağından səs gəldi.
– Sonra vəziyyətə uyğun hərəkət edərik.
Ortaya sükut çökdü.
– Qoca?
– Hə.
– Burdakı qadınlardan kimisə tanıyırsan?
– Vaxtilə tanıyırdım. Bir türk qızı vardı, dərisi bəmbəyaz idi. Adı Venka idi. Biri də Yuqoslaviyadan vardı, məndən bir baş hündür idi, Kiki deyə çağırırdılar. Hə, bir də, deyəsən, suriyalı. Amma adını xatırlamıram.
– Onlara zəng edək, – Gənc dedi.
– Sən viski gətirməyə gedəndə artıq zəng etmişəm. Heç birini tapmadım. Alınmadı.
– Elə həmişə belə olur, – Gənc dedi.
– Əvvəlcə dükanları gəzək, – Qoca dedi. – Nə qədər desən vaxtımız var.
Gənc vannadan bir saatdan sonra çıxdı. Hər ikisi bozumtul-yaşıl rəngdə təmiz şort və köynək geyinib aşağı düşdü. Onlar mehmanxananın vestibülündən keçib qızmar günəşin yandırdığı küçəyə çıxdılar. Qoca qara eynək taxdı.
– Mənə nə lazım olduğunu bilirəm, – Gənc dedi. – Gün eynəyi.
– Yaxşı. Gedək alaq.
Arabaçı saxlayıb, ona Siqurelə getməyi əmr etdilər. Gənc eynək, Qoca isə poker zərləri aldı, sonra boğanaq və qələbəlik küçədə yavaş-yavaş yeridilər.
– Qıza fikir verdin? – Gənc soruşdu.
– Eynəyi aldığın qızı deyirsən?
– Hə. Qaraşını.
– Yəqin, türk qızıdır, – Qoca dedi.
– Mənə fərq etməz, – Gənc dedi. – Amma
10