Drakula. Брэм Стокер
Чтение книги онлайн.
Читать онлайн книгу Drakula - Брэм Стокер страница 4
19 may
Gecə qraf mənə üç məktub yazdırdı. Məktublardan biri işimin bitməyinə az qaldığı və tezliklə evə dönəcəyim barədə idi. İkincisində bir gündən sonra qəsri tərk edəcəyimi, üçüncüsündə isə artıq qəsrdən çıxıb Bıstritsə çatdığımı yazdım. Bu məktublar yaxınlarımın narahatlığını aradan qaldırmaq məqsədi güdürdü. Əvvəl etiraz etmək istədim. Amma qrafı şübhələndirmək olmazdı. Başa düşərdi ki, mən artıq çox şey bilirəm və dərhal işimi bitirərdi. Məktublara hansı tarixi qoymaq lazım olduğunu soruşdum. Bir az fikirləşdikdən sonra dilləndi:
– Birincisi – iyun ayının 12-si, ikincisi – 19-u, sonuncusu – 29-u…
Öləcəyim günü bilirəm. Tanrı, mənə kömək ol!
28 may
Buradan qaçmağın, ən azı gizli məktub göndərməyin yolunu tapmışam. Qəsrin həyətində qaraçı dəstəsi məskən salıb. Pəncərəmdən onlarla əlaqə qurmuşam.
Nişanlım Minaya stenoqrafik işarələrlə məktub yazdım. Hər şeyi olmasa da, əsas mətləbi ona anlatdım. Bütün ürəyimi açsaydım, yazıq qız huşunu itirərdi. Houkinsə isə yazdım ki, dərhal Mina ilə görüşsün. Məktuba qızıl sikkə bağlayıb pəncərəmin dəmir barmaqlıqlarından aşağı atdım. Ümid edirdim ki, qaraçılar nə istədiyimi başa düşdülər.
Bir azdan qraf gəlib yanımda oturdu. Əlində iki məktub var idi.
– Bunları mənə qaraçılar verdilər. Biri sizdən əziz dostumuz Piter Houkinsədir. Digəri… – qraf ikinci məktubu açarkən kağızda qəribə simvollar gördü və möhkəm qəzəbləndi. – …digəri isə dostluqdan və qonaqpərvərlikdən sui-istifadənin bariz nümunəsidir. Amma imza qoyulmayıb. Deməli, bizə aidiyyəti və ziyanı yoxdur.
Qraf ikinci məktubu çırağın alovunda yandırdı.
– Houkinsə məktubunuzu isə göndərəcəyəm. Ancaq gərək bağışlayasınız, bilmədən məktubu açdım. Təzədən yapışdırmazsınız? – deyərək o, zərfi mənə uzatdı. Sakitcə yapışdırdım və geri qaytardım.
Qraf otaqdan çıxdı. Açar səsi eşitdim. Bir az gözləyib qapını dartdım: kilidlənmişdi.
İki saat sonra qraf qayıtdı. Divanın üstündə mürgülədiyimi görüb olduqca nəzakətlə:
– Yuxunuz gəlir, dostum? – dedi. – Bu gecə söhbətə qala bilməyəcəm, işim var. Ümid edirəm ki, sakit yatacaqsınız.
Qəribədir, bütün ümidini itirmiş adam necə rahatlanır! O gecəni çox gözəl yatdım.
31 may
Bu gün oyananda istədim çantamdan vərəq və zərfləri çıxarıb cibimə qoyum ki, üstümdə olsunlar, imkan düşəndə məktub yazım, qeydlər aparım. Sürpriz dalınca sürpriz! Bütün sənədlərim və kağızlarım itmişdi. Dolabı açdım ki, gələndə əynimdə olan pencəyimin ciblərinə baxım. Pencəyim də yox idi. Qraf hamısını götürmüşdü.
17 iyun
Səhər həyətdən at ayaqlarının tappıltısı gəldi. Sevincdən yerimdən sıçrayıb qapıya tərəf qaçdım. Qapım bayırdan bağlanmışdı. Pəncərənin qabağına cumub var gücümlə qışqırdım. Həyətdəki adamlar mənə baxıb gülüşdülər. Sonra arabalardan 50 nəhəng yeşik götürdülər, həyətin bir küncünə yığdılar və pullarını alıb getdilər.
24 iyun
Dünən gecə qraf öz otağına tez getdi, qapısını da bağladı. Tez pilləkənin başındakı pəncərənin qabağına qaçdım və gözləməyə başladım. Bir azdan qraf otağının pəncərəsindən çıxdı. Mənim kostyumumu geymişdi, əlində isə qara torba vardı. Başa düşdüm ki, şəhərə gedir. Mənim paltarımı geyib ki, hamı elə bilsin şəhərdə gəzən, poçt qutusuna məktub salan özüməm.
Otağıma qayıtdım. Bir neçə saatdan sonra qrafın otağından tükürpədici nalə səsi gəldi. Dərhal da kəsildi. Ardından dərin sükut çökdü. Dəhşətdən ürəyim partlayırdı. Otaqdan çıxmaq istədim, qapım bağlı idi. Yenə həbs olunmuşdum. Çarəsizlikdən oturub ağladım.
Həyətdən iztirab dolu qışqırıq eşidildi. Pəncərədən baxanda darvazanın ağzında saçları sifətinə dağılmış bir qadın gördüm. O da məni gördü, diz çöküb əllərini uzatdı, dəli kimi bağırdı: “Bədheybət, uşağımı qaytar!”
Qadın saçlarını yolur, sinəsinə döyür, hönkürürdü. Birdən yerindən sıçrayıb giriş qapısına tərəf atıldı, daha onu görə bilmədim, ancaq çığırtısını eşidirdim.
Qalanın başından qrafın soyuq, amiranə səsi gəldi. Nə dediyi anlaşılmırdı. Canavarlar ulaşdılar və açıq darvazadan həyətə doluşdular. Qadın susdu. Ona yazığım gəlmirdi, ölsə yaxşı idi. Çünki uşağının başına nə gətirildiyini bilirdim.
Bəs mən nə edim? Bu qəsrdən necə qaçım?
25 iyun, səhər
Hələ bir dəfə də gündüz qrafı görməmişəm. Ancaq gecələr peyda olur. Bircə otağına düşə bilsəydim… Necə? Qapısı həmişə bağlıdır.
Pəncərədən çıxıb kərtənkələ kimi divarla süründüyünü görmüşəm. Bəlkə, mən də onun kimi edim, pəncərəsindən içəri girim? Riskə gedəcəyəm. Ölümdən betər məni nə gözləyir ki? Tanrım, kömək ol! Qayıtmasam, əlvida, Mina!
Həmin gün, sonra
Birtəhər, daşlardan tuta-tuta qrafın pəncərəsinə çatdım. Otaq boş idi. İçəri girdim. Bir küncə çoxlu sayda qədim qızıl əşyalar yığılmışdı. O biri küncdə gözümə qapı dəydi. Açıq olduğuna təəccübləndim. Qapının kandarından aşağı pilləkən düşürdü. Ehtiyatla endim.
Kəskin iyli tuneldən keçib balaca kilsəyə oxşayan bir yerə çatdım. Məzarlığa bənzəyirdi. Qaraçıların gətirdiyi yeşiklər burada idi. Hamısının içinə torpaq doldurulmuşdu. Birində isə qraf uzanmışdı! Nə yatana, nə də ölənə bənzəyirdi. Donuq gözləri açıq qalmışdı, nəfəsi gəlmirdi, ürəyi də döyünmürdü.
Otağların açarları üstündə olduğunu düşünüb ciblərini axtarmaq istəyirdim ki, ilan vurmuş kimi əlimi geri çəkdim. Qraf mənim burada olduğumu bilmirdi, amma donuq gözlərindəki dərin nifrətdən vahimələndim. Tələsik geri qayıdıb pəncərədən çıxdım və gəldiyim