Drakula. Брэм Стокер
Чтение книги онлайн.
Читать онлайн книгу Drakula - Брэм Стокер страница 6
24 iyul, Uaytbi
Lüsi məni vağzalda qarşıladı. Kresşentdəki böyük bağ evlərinə getdik. Uaytbi abbatlığının qalıqları ilə şəhərin arasında kilsə ucalır. Kilsənin yanında hasarla əhatə olunmuş qəbiristanlıq var, hasarboyu skamyalar düzülüb. Buradan körfəzə və limana gözəl mənzərə açılır. Mən həmin skamyalardan birində oturmuşam. Üzü, əlləri qırışıq bir qoca ilə – adı Svezldir – söhbət edirəm. Sonra o, evə gedir, mən də qalxıram.
Artıq bir aydır ki, Conatandan xəbər yoxdur.
5 iyun
Renfild mənimçün getdikcə daha maraqlı olur. Mənə elə gəlir ki, onun nə isə bir planı var, amma nə plandır, baş aça bilmirəm. Meylini heyvanlara salıb. Milçək tutub saxlayır. Danladım, dedi üç gün vaxt verin, yığışdıraram.
18 iyun
Renfild indi də hörümçək saxlayır. Milçəklərini onlara yedizdirir.
1 iyul
Renfildə dedim, hörümçəklərinin sayını azaltsın. Yanımda yağlı bir milçəyi tutub ağzına atdı. Görəsən, hörümçəklərinin də sayını bu yolla azaldacaq?
19 iyul
Renfild sərçələrə keçib. Bir sürü sərçəsi var, hörümçək və milçəklərlə kökəldir. Bu gün mənə yaltaqlanırdı, pişik istədi. Şübhələndim, dedim, buralarda çətin tapılsın. Gözlərində qəzəb parıldadı. Bu adam əsl manyakdır.
20 iyul
Renfilddən sərçələrinin hara yoxa çıxdığını soruşdum. Dedi, buraxmışam. Günorta qulluqçu gəlib xəbər verdi ki, Renfild qusur: “Qarnından çoxlu sərçə tükü çıxır, mənə elə gəlir ki, o, quşları diri-diri udub”.
Mənim fərziyyəm təsdiqini tapır. Renfild – xüsusi növ manyakdır, ibtidaidən aliyə doğru getməklə mümkün qədər çox həyat məhv etməyə çalışır. Milçəkləri hörümçəyə, hörümçəkləri sərçəyə yedizdirdi, sərçələri isə pişiyə verməyə hazırlaşırdı. Növbəti mərhələ, görəsən, nə olacaqdı? Bəlkə, eksperimenti davam etdirməyə dəyər?..
26 iyul
Lüsidən və Conatandan narahatam. Conatandan məktub gəlmir. Lüsinin isə köhnə xəstəliyi baş qaldırıb. Gecələr yataqdan qalxıb gəzir. Anası ilə danışdım, razılaşdıq ki, qapısını bağlı saxlayaq.
3 avqust
Conatandan hələ də məktub yoxdur. Son məktubunu bir də oxudum. Onun xəttidir, amma heç özünün sözlərinə bənzəmir. Lüsi bu həftə nisbətən rahat yatıb. Hərçənd bəzən gecələr durur, qapının bağlı olduğunu başa düşəndə açar axtarır.
6 avqust
Conatandan xəbər çıxsaydı, bir az rahatlanardım. Dünəndən hava bozarıb, balıqçılar deyir, fırtına gözlənilir. Sahil gözətçisi gəlib skamyada yanımda əyləşir.
– Dənizdəki o qəribə gəmini görürsünüz? Rus gəmisinə oxşayır. Dalğalar onu oyan-buyana atır, gəmi isə hara gedəcəyini bilmir. Sahilə də yan almır, sanki idarə olunmur.
VII hissə
“Fırtına birdən başladı. Külək ulayır, ildırım çaxır, dalğalar şahə qalxırdı. Mayakın projektoru işə düşəndə bir neçə gündür dənizdə vurnuxan gəmi yenə göründü. O, sürətlə sahilə doğru gəlirdi. Nəhayət, gəminin burnu quma girib dayandı. Gəmidən yekə bir it tullanıb qəbiristanlığa doğru qaçdı. Sahil gözətçisi göyərtəyə birinci qalxdı. Sizin müxbir də onun ardınca getdi.
Göyərtədə sükana pərçimlənmiş bir ölüdən başqa heç kim yox idi. Ölünün əlində xaç vardı, biləklərinə kəndir dolanmış, sonra sükana bağlanmışdı. Sahil gözətçisi baxan kimi dedi ki, bu adam özü-özünü bağlayıb, əsl kapitan kimi sonadək vəzifəsini icra edib. Ölünün cibindən bir dəftər çıxdı”.
“Bu, Varnadan Uaytbiyə gələn rus gəmisi imiş. Yükü qumdan və taxta yeşiklərdə qara torpaqdan ibarətdir. Mənə gəmi jurnalı ilə tanış olmaq imkanı verdilər. Amma orada adamların yoxa çıxması haqqında qəribə qeydlərdən başqa maraqlı heç nə tapmadım. Kapitanın cibindən çıxan dəftər daha maraqlı idi. Özünüz əmin ola bilərsiniz:
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.