Çarli Çaplin. Питер Акройд

Чтение книги онлайн.

Читать онлайн книгу Çarli Çaplin - Питер Акройд страница 8

Жанр:
Серия:
Издательство:
Çarli Çaplin - Питер Акройд Tarixi yaradanlar

Скачать книгу

– Çarli cavab verdi.

      Hər halda, Çaplində elə təəssürat yaranmışdı ki, Mak onu dəvət etdiyinə artıq peşman olub.

      Sonralar Sennet qəhrəmanımızı kinofilmlə bağlı hər şeyə təəccüblənən balaca, utancaq ingilis kimi xatırlayacaqdı. Şübhəsiz, Çaplin elə də karıxmamışdı, sadəcə, ətrafdakı hər şeyə diqqətlə, maraqla baxmışdı. Həmin dövrün amerikalı aktyorlarından biri Çester Koklinin (1886–1971) dediyinə görə, Çarli heç nədən gözünü çəkmir, konkret və peşəkar suallar verirdi. Məsələn, bu cür: niyə səhnələr xronoloji ardıcıllıqla çəkilmir? Niyə çəkilmiş materialların neqativinə baxırlar? İştirakı güman edilən personaja necə reaksiya vermək olar?

      Bir neçə gün ərzində Çaplin artistlərin və dekorasiyaların arasında boş-boşuna gəzinmişdi. Ona rol vermirdilər. Görünür, bu gənc aktyorla nə eləmək lazım olduğunu hələ heç kim bilmirdi. Nəhayət, gözlənilən an çatdı. «Keystoun» studiyasının gənc rejissoru Henri Lermana küçə fırıldaqçısı rolu üçün aktyor lazım oldu.

      «Dolanışıq üçün pul qazanmaq» filmi ekranlara 1914-cü il fevralın 2-də çıxdı. Çaplin həmin filmdə ilk dəfə kino aktyoru kimi çıxış edirdi. Filmdə Çaplin hiyləgər və yaltaq idi, ancaq ondan sanki hər an ciddi təhlükə gözləmək olardı. O, qızın əlini öpür və bu öpüşlər çiyinə qədər gedib çıxır. Bu, Çarlinin növbəti icadı idi. Həmin tryuku ekranda ilk dəfə o etmişdi. Çarlinin artıq bir yığın mimikası var idi – qəribə baxışlar, müxtəlif təbəssümlər, qaşlarını oynatmaq… Bundan başqa, Çaplin sonralar məşhur olan yerişini də ilk dəfə məhz həmin filmdə sınaqdan keçirmişdi.

      Çarli əmin idi ki, Lermanın ondan xoşu gəlməyib və gülməli tryukların bir hissəsini qəsdən kəsib. Ancaq gənc aktyor öz təcrübəsizliyini də anlayırdı – o yenə əvvəlki kimi bir az donuq və həddindən artıq əsəbi idi. Görünür, roldan Sennetin özü də razı qalmamışdı. Əlbəttə, film «Keystoun» kinostudiyasının standart məhsullarından fərqlənmirdi. Ancaq qəzetlərdə fırıldaqçı rolunu oynayan aktyorun yüksək səviyyəli komik olduğu yazılmışdı.

      Beş gün sonra Çaplinin iştirakı ilə ikinci filmin – «Uşaq avtomobili yarışları»nın çəkilişləri başlandı. Bu filmdə o, başqalarının işinə qarışan və heç kimin sevmədiyi qəribə adam obrazını yaradır. Çarli artıq öz xarakterik kostyumundadır – dar pencək, enli şalvar… Onu, doğrudan da, avara hesab etmək olar. Şlyapası başına balaca gəlirdi, çəkmələri isə ayaqlarına xeyli böyük idi. Burnunun altına qısa bığ yapışdırılmışdı. Əlində bambukdan qayrılmış əl ağacı var idi. Çarli ilk dəfə bu filmdə siqareti atıb sağ çəkməsinin dabanı ilə vurmuşdu. Bir az dəlisov görünsə də, o artıq orijinal idi, özünəməxsus idi!

      Bir həftə sonra, fevralın 9-da «Meyblın son dərəcə çətin vəziyyəti» adlı film nümayişə çıxdı. Bir çoxlarının fikrincə, Çaplinin nadir komediya üslubu və məşhur Avara obrazı məhz bu qısametrajlı filmdə doğulub. Filmin operatorlarından biri sonralar xatırlayırdı: «Onun qrim otağının olduğu pavilyon15 hələ də gözümün qabağındadır. Otaqdan çıxanda gedə-gedə sanki məşq edir. Onun yerişi, əl ağacı, şlyapası… Bunlar o vaxt gülməli görünürdümü? Hə, görünürdü. Çünki yeni idi…» O, Karnonun məzhəkələrindəki əyyaş personajının eynisi idi: xanımın ayağına ilişib şlyapasını çıxararaq üzr istəyir, sonra zibil qabına ilişir, yenə karıxmış halda şlyapasını qaldırır. Əl ağacını fırladır və öz şlyapasını vurub salır.

      Çaplin hətta məşqlərdə də çəkilişlərdəki kimi məsuliyyətli idi. Odur ki ətrafdakı texniki heyət və aktyorlar daim gülürdü. Sennet də onlardan geri qalmırdı. Çaplin başa düşürdü ki artıq, hər şey qaydasındadır.

      Beləliklə, «Meyblın son dərəcə çətin vəziyyəti» filmindəki rolu Çaplinin onu məşhurlaşdıran ilk obrazı kimi tarixə düşdü. O, şlyapası, əl ağacı, qısa, dar pencəyi, əzik qalstuku ilə birlikdə əsl Avaraya çevrildi. Çaplin həmişə bu obrazın üstündə işləmiş, onu daim cilalamışdı.

      «Meyblın son dərəcə çətin vəziyyəti» filminin çəkilişindən iki-üç gün sonra Çarli bu dəfə «İki leysan arasında» filmində rol almağa başladı. Bu filmdə onun partnyoru artıq Kiston polislərinin bosu kimi məşhurlaşmış amerikalı komik və aktyor Ford Sterlinq (1882–1939) idi.

      Çaplin şöhrət pillələri ilə qalxır

      Göründüyü kimi, «Keystone» kinostudiyası hədsiz sürətlə işləyirdi. Təsəvvür edin ki, 1914-cü ilin martında Çaplin 12–16 dəqiqə davam edən dörd qısametrajlı filmə çəkilmişdi.

      Artıq rejissor Corc Nikolsdur (1864–1927). O, 1908–1927-ci illərdə nə az, nə çox, düz 221 filmin meydana gəlməsində iştirak edib. Çaplin ona müxtəlif səhnələr və tryuklar təklif edirdi. Ancaq hər dəfə eyni cavabı alırdı: «Bizim vaxtımız yoxdur! Vaxtımız yoxdur!» Başqa aktyorlar rejissorun tərəfini tuturdular. Gənc ingilis isə fərqli idi: onunla işləmək elə də asan deyildi. Bu «yaramaz uşaq» nəinki rejissorlardan, hətta partnyorlarından, dekorasiyadan, bir sözlə, hər şeydən narazı idi.

      Sennet xatırlayır ki, ilk günlər onu təkliyi sevən qəribə adam hesab edirdilər. Çaplin küçələrdə veyillənir, gördüyü hər şeyə xüsusi diqqət kəsilir, aldığı yaxşı məvacibə baxmayaraq, suvağı tökülmüş mehmanxanada yaşamağa üstünlük verirdi. Ancaq bütün bunların gənc aktyorun işləmək həvəsinə qəti dəxli yox idi. Çaplin studiyaya hamıdan tez gəlir, hamıdan gec gedirdi. Bundan başqa, necə oynadığı barədə Sennetin fikrini öyrənir, səhvlərini tutmaq üçün videokadrları dönə-dönə izləyirdi. Üstəlik, montaj16 sənətinə yiyələnmişdi.

      Çarlinin rol aldığı «Conni kinoda» filmindən bir həftə sonra «Qarışıq tanqo» ekrana çıxdı. Bu filmdə Çaplin avara deyil, qəşəng geyinmiş gənc idi. Onun 24 yaşı olsa da, yaşından daha cavan təsir bağışlayırdı. Ümumiyyətlə, «Qarışıq tanqo»da Çarlinin aktyorluq istedadı bir az da parlaq görünürdü.

      «Onun sevimli məşğuliyyəti» filmində Çaplin və «Gonbul» obrazının ifaçısı, amerikalı aktyor və komik, eləcə də ssenarist və rejissor Rosko Arbakl (1887–1933) fırlanan qapılarla, ofisiantlarla, barın başqa daimi müştəriləri və dik pilləkənlərlə mübarizə aparan kefli rolunu oynamışdı. Xüsusilə Çaplinin hərəkətləri öz qəribəlikləri ilə çox gülməli idi. Artıq heç bir şübhə yox idi ki, gənc Çaplin kino ekranında tamam yeni bir obrazın təcəssümüdür. Yeri gəlmişkən, Çaplinin ilk Hollivud macərası da elə həmin dövrə aiddir. Ancaq bu barədə bir qədər sonra…

      Haqqında danışdığımız vaxtlarda Çarli ilə dövrünün parlamaqda olan amerikalı kino aktrisası Peqqi Pirs (1894–1975) arasında sevgi münasibətləri yarandı. Peqqi «Onun sevimli məşğuliyyəti» filmində Çarlinin partnyoru idi. Ancaq onların yaxın münasibəti nəticəsiz qaldı. Miss Pirs gənc aktyordan onunla nikah kəsdirməsini tələb etdi. Çaplin isə evlənməyə

Скачать книгу


<p>15</p>

Pavilyon – kino, foto şəkilləri çəkmək üçün xüsusi avadanlığı olan bina, habelə filmin ayrı-ayrı səhnələrini çəkmək üçün kinostudiya binasındakı dekorasiya

<p>16</p>

Montaj – çəkilmiş filmin, yaxud ədəbi və ya musiqi əsərlərinin ayrı-ayrı parçalarının bədii və məna cəhətdən tam şəkildə bir araya toplanması