Səlahəddin Əyyubi. Петр Ефимович Люкимсон

Чтение книги онлайн.

Читать онлайн книгу Səlahəddin Əyyubi - Петр Ефимович Люкимсон страница 9

Səlahəddin Əyyubi - Петр Ефимович Люкимсон Tarixi yaradanlar

Скачать книгу

sıravi döyüşçülər arasında Səlahəddinin nüfuzunu daha da yüksəltdi. Üstəlik, vəziri Misirin mütləq hakiminə çevirdi. Bununla belə, onun vəziyyəti hələ də xeyli dərəcədə qeyri-müəyyən idi. Məsələ burasındadır ki, Səlahəddin Misirə Dəməşq hakiminin – Nurəddinin əmriylə əmisinə qoşulub gəlmişdi. Belədə formal da olsa, onun əmirlərindən biri sayılırdı. Lakin hakimiyyətin şirinliyini dadan Səlahəddin artıq özünü kimdənsə, o cümlədən Nurəddindən asılı vəziyyətdə görmürdü. Bu vəziyyətdən çıxış yolu axtaran sultanın qarşısında bir neçə əngəl vardı. Maneələrin ən böyüyü isə o idi ki, ətrafındakı suriyalı əmirlər Misirdə şiəliyi ləğv edib yerində «əsl» islam məzhəbini – sünniliyi bərqərar etmək istəyirdilər. Elə Nurəddinin də istəyi bu idi. Ona görə də Səlahəddinə dəfələrlə təklif eləmişdilər ki, xəlifə əl-Ədidi gizlicə aradan götürsün, bununla da Misir «həqiqi» xəlifənin – Bağdad xəlifəsinin təsir dairəsinə keçsin. Lakin bir sıra səbəblər üzündən Səlahəddin bu təklifi qəbul etməyə tələsmirdi. Birincisi, o, əlini gənc xəlifənin qanına bulaşdırmaq istəmirdi. Xəstəhal bir şəxsə əl qaldırmaq, sui-qəsd təşkil etmək Səlahəddinin xarakterinə zidd idi. İkincisi, əl-Ədid hələ ki ona mane olmur, əksinə, bütün qərarları ilə hesablaşırdı. Elə isə, onu aradan götürmək nəyə lazımdır?! Üçüncüsü: Səlahəddin anlayırdı ki, əl-Ədidin hakimiyyətdən uzaqlaşdırılması Nurəddinin özünü Suriya ilə bərabər Misir sultanı da elan etməsinə gətirib çıxara bilərdi. Belədə isə Səlahəddin tamamilə ondan asılı vəziyyətə düşəcəkdi. Nurəddinə savaş açmaq barədə isə hətta düşünməyə də dəyməzdi: çətin ki gənc vəzirin suriyalılardan ibarət ordusu Dəməşq hakiminə qarşı döyüşməyə razı olardı. Nəhayət, dördüncüsü, şiəlikdən sünniliyə qəfil dönüş bu iki məzhəbin tərəfdarları arasında qarşıdurmaya, hətta vətəndaş müharibəsinə gətirib çıxara bilərdi.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

      1

      Səlcuqlar – XI əsrin ortalarından etibarən Kiçik Asiya ərazisində, İran və İraqda böyük dövlət qurmuş köçəri türkmən qəbilələri

      2

      Atabəy – Böyük Səlcuq dövlətinin süqutu (1154-cü il) nəticəsində meydana gəlmiş sultanlıqların başçılarının titulu

      3

      Fatimilər – 909–1171-ci illərdə, əsasən, Şimali Afrikada mövcud olmuş xilafət. Tunisdə qurulmuş, 996-cı ildə paytaxtı Qahirəyə köçürülmüşdür. Hazırkı Mərakeş, Əlcəzair, Liviya, Livan və Misirlə yanaşı, sonralar indiki İordaniya, Fələstin, Suriya, eləcə də Siciliya, Malta, Korsika və Sardiniyanı da öz hökmranlığı altında birləşdirmişdir. Fatimilər şiə məzhəbinə mənsub idilər. Bu dövlət adını Məhəmməd peyğəmbərin qızı Fatimədən götürmüşdür.

      4

      Cəngavər – orta əsrlərdə Qərbi və Mərkəzi Avropada hərbi-zadəgan silkinə mənsub şəxs, ağır silahlı süvari döyüşçü

      5

      Dinar – keçmişdə Yaxın Şərqin bəzi ölkələrində qızıl pul

      6

      Sufi – burada: dindən, dini göstərişlərdən əsla kənara çıxmayan adam

      7

      Səlib yürüşləri – Qərbi Avropa ölkələrinin Fələstini və başqa əraziləri istila etmək məqsədilə 1096–1272-ci illərdə Yaxın Şərqə hərbi səfərlərinin ümumiləşdirilmiş adı. Tarixdə cəmi səkkiz Səlib yürüşü məlumdur.

      I Səlib yürüşü ovaxtkı Roma papası II Urbanın çağırışı ilə 1096-cı ildə başlayıb, üç il davam edib və xristianların Qüdsü ələ keçirməsi ilə nəticələnib.

      1147–1150-ci illəri əhatə edən II Səlib yürüşü zamanı xristianlar biabırçı məğlubiyyətə uğrayaraq ölkələrinə əliboş geri dönüblər.

      1189–1192-ci illəri əhatə edən III Səlib yürüşünün məqsədi Qüdsü Səlahəddin Əyyubinin əlindən geri almaq idi. Xaçlılar Akka başda olmaqla bir çox əhəmiyyətli şəhəri tutsa da, Qüdsün yenidən ələ keçirilməsinə nail ola bilmədilər.

      Ümumiyyətlə isə xristianlar yalnız VI Səlib yürüşü zamanı (1228–1229) Qüdsü tutmağa nail oldular. Lakin 1244-cü ildə müsəlmanlar bu müqəddəs şəhəri geri almağı bacardılar.

      8

      Bədəvi – köçəri, çöllü

      9

      Cihad – dini əqidə uğrunda müharibə, dini yaymaq yolunda səfərbərlik

      10

      Nubiya – Afrikanın şimal-şərqində, müasir Misirin cənubunda, Sudanın şimalında yerləşən bölgə

      11

      Əsrar – yarpaqlarından narkotik maddə alınan bitki

/9j/4AAQSkZJRgABAQEAYABgAAD/4QBORXhpZgAATU0AKgAAAAgABAMBAAUAAAABAAAAPlEQAAEAAAABAQAAAFERAAQAAAABAAAOw1ESAAQAAAABAAAOwwAAAAAAAYagAACxj//bAEMABQMEBAQDBQQEBAUFBQYHDAgHBwcHDwsLCQwRDxISEQ8RERMWHBcTFBoVEREYIRgaHR0fHx8TFyIkIh4kHB4fHv/bAEMBBQUFBwYHDggIDh4UERQeHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHh4eHv/AABEIAwwCmwMBIgACEQEDEQH/xAAfAAABBQEBAQEBAQAAAAAAAAAA

Скачать книгу