Bir dəqiqə axmaqlıq. Энтони де Мелло

Чтение книги онлайн.

Читать онлайн книгу Bir dəqiqə axmaqlıq - Энтони де Мелло страница 3

Жанр:
Серия:
Издательство:
Bir dəqiqə axmaqlıq - Энтони де Мелло Hikmət

Скачать книгу

alt="screen_20_49_114"/>

      – Sənin sakitliyinin sirri nədədir?

      – Qaçılmaz olanla tam barışmağımda, – Ustad cavab verdi.

***

      – Xoşbəxt olmaq üçün nə etmək lazımdır?

      – Malik olduğunla qənaətlənməyi öyrənmək lazımdır.

      – Bəs, ümumiyyətlə, nəyi isə arzulamaq olar?

      – Olar, – Ustad cavab verdi, – əgər özünü bir dəfə doğum evində rast gəldiyim bir ata kimi aparsan. Tibb bacısı ona demişdi:

      – Bilirəm ki, oğlan arzusunda idiniz, lakin sizin qızınız oldu.

      – Əşi, heç nə olmaz, hər şey normaldır. Axı mən onsuz da düşünürdüm ki, əgər oğlan olmasa, yəqin, qız olacaq.

      Xeyli yaşı olan bir şagird evinin yandığını eşidib oraya qaçdı. Qayıtdıqdan sonra hər kəs ona təskinlik verməyə başladı.

      Ustad isə yalnız bunu dedi:

      – Əvəzində indi ölmək daha asan olacaq.

      Məbəd üçün daha geniş bina tikmək ehtiyacı yarananda bir sahibkar milyon dollarlıq çek yazaraq Ustadın qabağına qoydu. O isə çeki götürərək dedi:

      – Çox yaxşı. Mən bunu qəbul edirəm.

      Sahibkar məyus oldu. Məbləğ çox böyük idi, Ustad isə heç ona təşəkkür də etmədi.

      – Mən milyon dollarlıq çek yazdım, – deyə sahibkar Ustadın diqqətini cəlb etmək istədi.

      – Hə, mən gördüm.

      – Düzdür, mən zənginəm, amma milyon dollar böyük məbləğdir.

      – Sənə təşəkkür etməyimi istəyirsən?

      – Məncə, siz bunu etməlisiniz.

      – Mən niyə? Verən təşəkkür etməlidir, – Ustad dedi.

***

      Ustadın sosial təminat sisteminə münasibəti təəccüb doğururdu. O gah bunu qətiyyətlə müdafiə edir, gah da ona laqeyd yanaşırdı.

      Bu cür qeyri-sabit olmağına verdiyi izah da çaşqınlıq yaradırdı. O deyirdi:

      – Yaxşılıq etmək istəyən gərək bütün qapıları döysün. Sevən kəsə isə qapılar həmişə açıqdır.

      Şagirdlər mötəbər bir jurnalda Ustadın təliminin lağa qoyulduğunu eşidəndə məyus oldular.

      Ustad isə kefini pozmadan:

      – Heç kimin gülmədiyi bir şey həqiqi ola bilərmi? – dedi.

      – Aydınlanmış insan üçün, – Ustad dedi, – dünya mövcud olduğu vəziyyətdə də mükəmməldir.

      – Bəs bağban? – kimsə soruşdu. – O da mükəmməldir?

      Məbədin bağbanı qozbel idi.

      – Əgər onun həyatdakı qisməti budursa, onda bağban mükəmməl qozbeldir.

***

      Şagirdlər həyatda hər şeyin mükəmməl olduğunu heç cür qəbul edə bilmirdilər. Ona görə də Ustad daha aydın dildə izah etməli oldu:

      – Həyatımızın və hətta bizim günahlarımızın iplərindən Tanrı çox gözəl naxışlar toxuyub. Lakin biz bunu görmürük, çünki xalçanın yalnız astarına baxırıq.

      Bir qədər də lakonik şəkildə əlavə etdi:

      – Çoxlarının parıldayan daş parçası zənn etdiyində zərgər brilyant görür.

      Ustad deyirdi ki, insanın əzab çəkməyinin səbəbi onun dünyada dəyişdirilə bilməyən heç nəyin olmamasına inamındadır.

      Əsasən də bir nəfərin mağaza sahibinə dediyi bu sözləri xatırlatmağı sevirdi:

      – Mənə satdığınız radionun səslənmə keyfiyyəti çox yaxşıdır, ancaq mən onu başqası ilə əvəz etmək istərdim – daha maraqlı verilişlər yayımlayanla.

      – Sən məhz nəyi tapmağa can atırsan?

      – Rahatlığı, – ziyarətçi cavab verdi.

      – Öz eqosunu müdafiə etməyə çalışanlara əsl Rahatlıq təkcə narahatlıq gətirir.

      Ustad ona baxmağa və ondan xeyir-dua istəməyə gələn bir qrup dini fanatikə bic təbəssümlə demişdi:

      – Qoy İlahi Rahatlıq sizə heç vaxt rahatlıq verməsin!

      Səyahətdən qayıdan Ustad başına gələn və onun fikrincə, həyatın metaforası ola biləcək bir əhvalat danışdı:

      “Bir dəfə qısa müddətlik dayanacaq zamanı o, rahat bir kafeyə yollandı. Menyuda dadlı şorbalar, müxtəlif souslar və digər cəlbedici xörəklər vardı.

      Ustad şorba sifariş etdi.

      – Siz bu avtobusdansınız? – ofisiant qadın nəzakətlə maraqlandı.

      Ustad başı ilə təsdiqlədi.

      – Onda şorba yoxdur.

      – Bəs buğda bişirilmiş düyü və kerri sousu? – təəccüblənmiş Ustad soruşdu.

      – Əgər siz bu avtobusdansınızsa, yoxdur. Təkcə sendviç sifariş edə bilərsiniz. Xörəklərin hazırlanma-sına bütün səhərimi sərf etmişəm, sizinsə on dəqiqədən çox vaxtınız qalmayıb. Mən imkan verə bilmərəm ki, vaxtınızın darlığından dadını layiqincə qiymətləndirə bilməyəcəyiniz xörəyi yeyəsiniz”.

      Ustadda dəbdəbəlikdən əsər-əlamət yox idi. Onun nitqi elə hey qəfil və kəskin gülüşlərlə müşayiət olunurdu, bu isə dini məsələlərə və özünə ciddi yanaşanları karıxdırırdı.

      – Bu adam əsl kloundur! – məyus olmuş bir ziyarətçi bildirdi.

      – Yox-yox,

Скачать книгу