Bir dəqiqə axmaqlıq. Энтони де Мелло

Чтение книги онлайн.

Читать онлайн книгу Bir dəqiqə axmaqlıq - Энтони де Мелло страница 4

Жанр:
Серия:
Издательство:
Bir dəqiqə axmaqlıq - Энтони де Мелло Hikmət

Скачать книгу

style="font-size:15px;">      Ustadın hər cür sitayişlərə laqeyd münasibəti şagirdləri heyrətləndirirdi.

      – Özünüzə sitayiş üçün bir obyekt tapın və o sizi, həqiqətən, vacib olandan – məhəbbətə aparan şüurdan yayındıracaq – deyə Ustad təkrarlamağı sevirdi.

      Sözlərinin sübutu kimi “Allah, Allah!” deyə qışqıran, amma bu zaman tamamilə şüursuz olaraq pislik edən adamları qınayan İsanı misal gətirirdi.

      Şagird Ustada pərəstiş edir və onu Tanrının həqiqi təcəssümü sayırdı.

      – Mənə izah et, Ustadım, – o soruşdu, – sən bu dünyaya nə üçün gəlmisən?

      – Sənin kimi axmaqlara vaxtlarını Ustadlara pərəstiş etməklə boş yerə itirməməyi öyrətmək üçün.

***

      Bir dəfə Ustad ona çox böyük ehtiram bəsləyən şagirdə banan verdi, şagird isə bu hədiyyəyə elə həyəcanla yanaşdı ki, onunla nə edəcəyini də bilmədi.

      Ustada bu haqda xəbər verəndə özünəxas açıqlıqla dedi:

      – O axmağa deyin ki, onu yesin.

      Təzə şagird yoldaşlarının birindən soruşdu:

      – Nəyə görə məbəddə Ustadın yanında yaşamağım mənə, demək olar ki, heç nə vermir?

      – Bəlkə, bu, ona görə belədir ki, sən məbədə ondan mənəvi keyfiyyətlər əxz etməyə gəlmisən?

      – Bəs deyə bilərsənmi, sən özün bura nə üçün gəlmisən?

      – Onun səndəllərini necə bağladığına baxmaq üçün.

***

      Ustadın ən adi işləri necə yerinə yetirməsini – oturmasını, yaxud gəzməsini, çay içməsini, ya da milçək qovmasını müşahidə etmək maraqlı idi. O hər şeyi qəribə bir zərifliklə edirdi və adama elə gəlirdi ki, Ustad Təbiətlə elə bir harmoniyadadır ki, sanki bu hərəkətləri o deyil, Kainatın özü yerinə yetirir.

      Bir dəfə ona banderol gəldi. Şagirdlər sanki tilsimlənmiş halda, böyük heyranlıqla onun hərəkətlərini – ipin düyününü necə boşaltmasını, kağızı açmasını və orada olanı üzə çıxarmasını seyr edirdilər: – sanki bu, adi bağlama deyil, canlı bir məxluq idi.

      – Bir dəfə dərk edəcəksən ki, artıq sahibi olduğun şeyi axtarırsan, – deyə Ustad hər işdə çox səy göstərən şagirdə bildirdi.

      – Bunu bəs indi niyə dərk etmirəm?

      – Çünki sən çox cəhd edirsən.

      – Onda nə edim, heç səy göstərməyim?

      – Sakit ol və gözlə, hər şeyin öz vaxtı var.

      Tanrının dostluğunu və ya mərhəmətini qazanmaqdan ötrü yaxşılıq edən adamlara Ustad, adətən, bu əhvalatı danışırdı:

      “Böyük bir insan kütləsi sabun istehsal edən şirkətin “Kadillak” markalı maşın qazanmaq üçün apardığı müsabiqədə iştirak edirdi.

      İştirakçılardan soruşurdular:

      – “Cənnət ətri” sabunu nə üçün xoşunuza gəlir?

      Bir qadın səmimi etiraf etdi:

      – “Kadillak”ım olmağını istədiyim üçün”.

      – Artıq dörd aydır, sənin yanına gəlirəm, amma sən hələ mənə heç bir üsul, texnika öyrətməmisən.

      – Üsul? – Ustad soruşdu. – Deyə bilərsənmi, sənə necə üsul lazımdır?

      – Elə üsul ki, onun köməyi ilə mən daxili azadlığa nail ola bilim.

      Ustad ucadan güldü:

      – Doğrudan da, çox böyük məharətə sahib olmaq lazımdır ki, üsul adlandırılan tələnin köməyi ilə azadlıq əldə edəsən.

      Şagirdlərdən biri belə fikir irəli sürdü ki, Ustadın öz dini təcrübələrini mükəmməlləşdirmək vaxtı yetişib. Bunu eşidən Ustad ucadan güldü və bir tələbə haqqında bu hadisəni danışdı.

      – Sizin anatomiyaya aid daha müasir nəşriniz yoxdur? Təklif etdiyiniz bu kitabın azı on yaşı var, – deyə tələbə kitab dükanının satıcısına müraciət etdi.

      – Qulaq as, oğul, son on ildə insan bədənindəki sümüklərin sayı artmayıb, – satıcı cavab verdi.

      – Və son on min ildə də heç nə artmayıb, – Ustad əlavə etdi.

      Vaiz məşhur natiq kimi tanınırdı. Amma bir dəfə dostlarına etiraf etmişdi ki, onun natiqliyi öz effektliyinə görə Ustadın azsözlü mülahizələri ilə müqayisə edilə bilməz.

      Ustadın yanında bir həftə qaldıqdan sonra bu sirri tapmışdı.

      – Ustad danışanda onun sözləri sükut yaradır. Mənim nitqimsə, təəssüf ki, fikir yaradır.

***

      Sanskrit3 dilini öyrənən alim Ustadın sanskritcə necə ahəngdar şeir söyləməsinə heyran olmuşdu.

      – Mən həmişə bilirdim ki, yer üzündə İlahiliyi sanskritdən daha gözəl ifadə edə bilən dil yoxdur!

      – Axmaq olma! – Ustad ona dedi. – İlahiliyin dili sanskrit deyil, Səssizlikdir.

***

      Bir dəfə Ustad bir tapmaca verdi:

      – Rəssam və musiqiçi ilə sufi arasında ümumi olan nədir?

      Cavabı bilən olmadı.

      – Hər üçü bilir ki, ən mükəmməl nitqi söz yaratmır, – Ustad dedi.

      Ustad rəssama dedi:

      – Uğura nail olmaqdan ötrü hər bir rəssama, yaxud bəstəkara uzun müddət səylə çalışmaq lazımdır. Bəzilərinə bu zəhmət zamanı öz eqosundan qurtulmaq

Скачать книгу


<p>3</p>

sanskrit – Hind-Avropa dillərinə mənsub olan qədim hind ədəbi dillərindən biri.