.

Чтение книги онлайн.

Читать онлайн книгу - страница 3

Автор:
Жанр:
Серия:
Издательство:
 -

Скачать книгу

vura biləcəyindən ehtiyat edirdi.

      Qoca kömək üçün baytara müraciət etdi. Əsaslı müayinədən sonra həkim bildirdi ki, tutuquşuda heç bir quş xəstəliyi və ya sətəlcəm tapmayıb. Tutuquşu, sadəcə, siqaret çəkən sahibini yamsılayırmış.

      PAYINI ALACAQSAN!

      Dayısı Co həftəsonu onlara gəldiyi üçün balaca Cimmi çox sevinirdi. Sevimli dayısının onunla bir otaqda yaşayacağı və bir çarpayıda yatacağı xəbərini heyranlıqla qarşıladı.

      Gecə otaqda işıq sönəndən sonra Cimmi nəyisə xatırladı.

      – Op! – o səsləndi. – Az qala unutmuşdum!

      O, çarpayıdan sıçradı və onun yanında dizləri üstə durdu. Co dayı uşaqla həmrəy olduğunu göstərmək istədi və özü də çarpayının digər tərəfində dizi üstə durdu.

      – Oy! – Cimmi titrək səslə pıçıldadı. – Dayı, səhər anam sənin nə etdiyini görəndə payını verəcək! Axı güvəc çarpayının bu tərəfindədir!

      BABANIN KOSTYUMU

      – Mən istərdim ki, sən tutduğun mövqeyə uyğun geyinəsən. Təəssüflənirəm ki, sənə bu cır-cındırı geyinməyə icazə vermişəm.

      – Amma mən kifayət qədər yaxşı geyinmişəm axı.

      – Yaxşı görək! Babandan nümunə götür. O, həmişə qəşəng geyinmişdir. Onun libası həmişə bahalı və əla tikilmiş olub.

      – Ha-ha-ha! Bax elə burdaca səni tutdum! Axı mən elə babamın kostyumundayam!

      YAD İDEYALAR

      Filosofun bir cüt ayaqqabısı var idi. Bir dəfə o, çəkməçidən onları təcili düzəltməsini xahiş elədi.

      – Atelye artıq bağlanır, – çəkməçi cavab verdi, – ona görə də mən sizin ayaqqabınızı indi təmir edə bilməyəcəyəm. Sabah onun dalınca gələrsiniz.

      – İş ondadır ki, mənim yalnız bir cüt ayaqqabım var və mən onlarsız, sadəcə, gəzə bilmərəm.

      – Narahat olmağa dəyməz! Mən sizə birgünlük nimdaş bir ayaqqabı verərəm.

      – Necə? Kiminsə ayaqqabısını geymək? Siz məni kim hesab edirsiniz?

      – Yad birinin ayaqqabısını geyməyə niyə razı olmursunuz ki? Siz ki öz beyninizdə başqalarının fikir və ideyalarını gəzdirməyə etiraz etmirsiz?

      SEKS HAQQINDA

      Ata yeniyetmə oğlundan soruşdu:

      – Bu gün məktəbdə nə keçmisiniz?

      – Seks haqqında mühazirələr, – deyə oğlan cavab verdi.

      – Seks haqqında mühazirələr? Yaxşı, sizə nə dedilər ki?

      – Əvvəl bir keşiş danışdı və izah etdi ki, nə üçün biz bununla məşğul olmamalıyıq. Sonra həkim bizə dedi ki, bununla necə məşğul olmamalıyıq. Axırda isə məktəbin direktoru məruzə ilə çıxış edib dedi ki, bununla harada məşğul olmamalıyıq.

      PREZİDENTİN DİLEMMASI

      Amerika prezidenti Uilyam Hovard Taft bir dəfə bir ziyafətdə iştirak edir və orada onun kiçik oğlu atası barədə onu hörmətdən salan bir fikir söyləyir.

      Qonaqlar oğlanın ədəbsiz hərəkətindən şoka düşürlər və otağa ağır bir sükut çökür.

      – Sən onun barəsində nə ölçü götürəcəksən? – missis Taft soruşur. – Cəzalandıracaqsan?

      – Əgər onun dedikləri mənə bir ata kimi ünvanlanmışdısa, onda, əlbəttə, o, cəzasını alacaq. Yox, əgər o, Amerika Birləşmiş Ştatlarının prezidentinə müraciət edirdisə, onda onun bunu etməyə qanuni konstitusiya hüququ var.

      Nəyə görə prezidentə aid olan ədalətli tənqidi ata barəsində etmək olmaz?

      SOYEN ŞAKUNUN GÜNDÜZ YUXUSU

      Altmış bir yaşında olarkən müəllim Soyen Şaku həyatdan köçdü. O, qarşısına qoyduğu vəzifəni sağlığında yerinə yetirə bilmişdi – gələcək nəsillər üçün, özündən sonra digər dzen3 müəllimləri ilə müqayisədə, daha zəngin, daha mükəmməl təlim qoymuşdu. Deyilənə görə, onun şagirdləri isti yay günlərində nahardan sonra bir qədər yatmağı sevirdilər; baxmayaraq ki müəllim özü bir dəqiqəsini belə hədər yerə sərf etmirdi, o heç vaxt buna görə şagirdlərini məzəmmət etməmişdi.

      On iki yaşında olarkən o artıq Tenday məktəbinin fəlsəfi nəzəriyyəsini öyrənməyə başlamışdı. Bir dəfə çox qızmar bir yay günü idi; müəllim də yaxınlıqda deyildi; balaca Soyen uzanaraq üç saat davam edən dərin bir yuxuya gedir. O, Ustad qəfil otağa daxil olarkən oyanır, amma artıq gec idi: budur, qapının ağzında yerə sərilib qalıb.

      – Xahiş edirəm, bağışlayın məni. Xahiş edirəm, bağışlayın, – yerdə uzanmış şagirdin üstündən keçən müəllim sanki uşağa deyil, hansısa möhtərəm qonağa üzrxahlıq edirdi.

      Həmin gündən Soyen gündüzlər bir daha yatmadı.

      ANANIN ŞAPALAĞI

      Balaca bir oğlan uşağı küçə ilə bərk qaçırdı. Küçəni dönərkən bir adamla toqquşdu.

      – Allahım! – yoldan keçən səsləndi. – Sən hara belə tələsirsən?

      – Evə, – uşaq cavab verdi. – Tələsirəm, çünki evdə anam məni şapalaqlamalıdır.

      – Sən evə anandan bir neçə şapalaq almaq istədiyinə görə tələsirsən? – heyrətlənmiş yolçu soruşdu.

      – Yox. Amma əgər atam evə məndən tez gələrsə, onda şapalaqları o vuracaq.

      Uşaqlar bizim güzgümüzdür. Onlar sevgi mühitində yaşadıqca bunu əks etdirirlər. Sevgi olmayanda isə əks etdirməyə bir şey qalmır.

      QULAQBURMASI

      Nəsrəddin uşağa səhəngi verərək quyuya su dalınca getməyi tapşırdı. Ancaq uşaq hələ bir addım da atmamış ona bir qulaqburması da verib üstünə qışqırdı:

      – Əlindən salsan, özündən küs!

      Yoldan ötən bir nəfər dözmədi:

      – Günahsız

Скачать книгу


<p>3</p>

dzen – Çin və Şərqi Asiya buddizmində əsas məktəblərdən biri. Geniş mənada aydınlanma haqqında təlimdir.