Şauşenkdən qaçış. Стивен Кинг

Чтение книги онлайн.

Читать онлайн книгу Şauşenkdən qaçış - Стивен Кинг страница 6

Şauşenkdən qaçış - Стивен Кинг Ekranlaşdırılmış əsər

Скачать книгу

style="font-size:15px;">      O güldü. (Səbəbini yalnız üç həftədən sonra həmin çəkici görəndə anladım.)

      ‒ Əgər çəkici görən olsa, əlinizdən alınacağından, yəqin ki, xəbəriniz var. Əlinizdə çay qaşığı belə görsələr, əmin olun, onu da alacaqlar. Hə, fikriniz nədir? Burada, həyətin ortasında oturub daşları taqqıldatmaq istəyirsiniz?

      ‒ Sizi inandırıram ki, mənim məqsədim bu deyil. Fikirləşib daha yaxşı bir şey taparam.

      ‒ Onun qiyməti neçə ola bilər? ‒ maraqlandım. Endinin soyuq, sakit, azca istehzalı ünsiyyət tərzi xoşuma gəlməyə başlamışdı. Əgər siz bu lənətə gəlmiş deşikdə mənim qədər vaxt keçirsəydiniz, başa düşərdiniz ki, bağıra-bağıra danışan, davakar, ağzından söyüşdən başqa bir söz çıxmayan haylı-küylü adamlardan necə bezmək olar. Endi, demək olar, dərhal xoşuma gəlmişdi.

      ‒ Səkkiz dollar, ‒ o cavab verdi. ‒ Ancaq mən anlayıram ki, siz də bu işlə öz ziyanınıza məşğul olmursunuz.

      ‒ Adətən, mən malın qiymətinin üstünə on faiz qoyuram. Amma söhbət, təhlükəli olmasa da, müdiriyyətin gözünə dəyə bilən şeylərdən gedirsə, qiyməti artırıram. Axı mən özüm də bütün mexanizmlərin problemsiz işləməsi üçün kiminsə ovcuna nəsə qoymalı oluram… Belə deyək: on dollar.

      ‒ Razılaşdıq.

      Mən maraqla ona baxdım, azca gülümsədim:

      ‒ Yəni sizin bu qədər pulunuz var?

      ‒ Bəli, ‒ Endi çiyinlərini çəkdi.

      Uzun müddətdən sonra onun daha çox pulu olduğunu bildim. Haradasa beş yüz dollar. Onları özü ilə içəri gətirə bilmişdi. Əlbəttə, həbsxanaya düşəndə sizi başdan-ayağa yoxlayırlar. Yoxlayan uşaqlar əmin olun ki, üstünüzdən tapa biləcəkləri hər şeyi əlinizdən alacaqlar. Lakin təcrübəli, yaxud Endi kimi fərasətli adam yoxlamada bu şanlı oğlanları barmağına dolaya bilər. Bunun min bir yolu var.

      ‒ Çox gözəl, ‒ mən dedim, ‒ bir də ki, ümid edirəm, tutulsanız, nə edəcəyinizi bilirsiniz.

      ‒ Məncə, bilirəm, ‒ Endi cavab verdi və onun boz gözlərindəki ifadənin dəyişməsindən hiss etdim ki, mənim nə demək istədiyimi anladı. Bu, çox da nəzərə çarpan dəyişiklik deyildi, sadəcə, Endinin gözlərindən ani olaraq bir istehzalı parıltı ötüb- keçdi.

      ‒ Sizi tutsalar, çəkici yerdən tapdığınızı söyləməlisiniz. İki-üç həftəlik təkadamlıq kameraya düşəcəksiniz. Təbii ki, oyuncağınızı itirəcəksiniz və şəxsi işinizə bir qeyd əlavə olunacaq. Mənim adımı heç bir halda çəkmək olmaz. Tapmısınız, vəssalam, oyan-buyanı yoxdur. Əgər məni satsanız, sizinlə daha heç bir ortaq işimiz olmayacaq. Heç bir işimiz: mən sizin üçün nə viski, nə də bayram münasibətilə şokolad gətizdirəcəyəm. Bundan əlavə, uşaqlardan xahiş edəcəyəm ki, sizə həbsxanada davranış qaydalarını qısaca izah etsinlər. Mən sərt tədbirlərin tərəfdarı deyiləm, anlayın, amma özümü necəsə qorumalıyam, yoxsa biznesimin axırı yaxşı olmaz. Məncə, bu, tam təbii istəkdir.

      ‒ Bəli, razıyam. Narahat olmaya bilərsiniz.

      ‒ Narahat olmaq kimi axmaq vərdişim yoxdur. Belə bir yerdə bu, mənasız və gülməli olardı…

      O, başı ilə sağollaşıb yoluna davam etdi. Üç gündən sonra, camaşırxanada nahar fasiləsi zamanı o mənim yanımdan ötdü, nə bir söz dedi, nə də mənə tərəf baxdı. Amma fırıldaqçı qumarbazlara xas cəldliklə ovcuma pul basdı. Bu oğlan şəraitə çox tez uyğunlaşmağı bacarmışdı!

      Çəkic artıq məndə idi. O düz bir gün mənim kameramda qaldı və bu alətin eynilə Endinin təsvir etdiyi kimi olduğunu gördüm. Əlbəttə, həmin alətin köməyi ilə buradan qaçmağın mümkünlüyünü düşünmək gülünc idi. Buna ən azı altı yüz il vaxt lazım gələrdi. Ancaq mən yenə də tərəddüd içində idim. Əgər çəkicin iti ucu nə vaxtsa kiminsə başına ensə, o yazıq bir də heç vaxt bizim gözəl həyətimizə gəzməyə çıxmayacaq… Mən artıq Endinin “bacılar”la problemi yarandığını eşitmişdim və çox ümid edirdim ki, çəkic onlar üçün nəzərdə tutulmayıb.

      Ümidlərim özünü doğrultdu. Səhərisi, sübh tezdən, “qalx” komandasının səslənməsinə iyirmi dəqiqə qalmış mən çəkici Erniyə ötürdüm. Belə bir yaxşı oğlan vardı, 1956-cı ildə buradan gedənə qədər beşinci bölmənin dəhlizini süpürürdü. O, dinməzcə çəkici götürdü və mən növbəti on doqquz il ərzində Endinin bu alət vasitəsilə törətdiyi hər hansı xoşagəlməz hadisə barədə heç nə eşitmədim.

      Növbəti bazar günü Endi həyətdə mənə yaxınlaşdı. Sizə deyim ki, yaman gündə idi. Alt dodağı partlayıb şişmişdi, ətrafı gömgöy göyərmiş sağ gözü ancaq yarıya qədər açılırdı, yanağı sıyrılmışdı. “Bacılar”la aralarındakı gərginlik davam edirdi, amma Endi bu barədə bir söz belə söyləmədi.

      ‒ Alətə görə təşəkkür edirəm, ‒ o bunu deyib aralandı.

      Maraqla ona göz qoyurdum. O, bir neçə addım gedib dayandı, əyilib yerdən balaca daş götürdü. Sonra üstünün tozunu təmizləyib onu diqqətlə nəzərdən keçirdi. Həbsxana paltarında ciblər nəzərdə tutulmayıb. Amma vəziyyətdən çıxış yolu tapmaq hər zaman mümkündür. Daş paltarın qolunda gözdən itdi və Endi yoluna davam etdi…

      Mən ona heyran qalmışdım. Problemlərindən şikayətlənmək əvəzinə o, sakitcə yaşamağa davam edir, həyatını mümkün qədər maraqlı etməyə çalışırdı. Ətrafda minlərlə insan hadisələrə bu cür münasibət bəsləməyə qadir deyil, özü də təkcə burada yox, həbsxana divarlarından kənarda da belədir. Onu da deyim ki, Endinin sifəti dünənki münaqişə nəticəsində eybəcər hala düşsə də, dırnaqları son dərəcə səliqəli və təmiz idi.

      Növbəti altı ay ərzində onu nadir hallarda gördüm. Bu vaxtın çoxunu Endi təkadamlıq kamerada keçirdi.

      V fəsil

      İndi isə “bacılar” haqda bir neçə kəlmə deyim. Başqa həbsxanalarda belələrini ayrı cür adlandırırlar. Sonralar “canilərin kraliçaları” adı dəbə mindi. Amma Şauşenkdə onları həmişə “bacılar” çağırıblar. Sözün düzü, elə böyük fərq görmürəm. Necə adlandırılmasından asılı olmayaraq mahiyyət dəyişmir.

      Həbsxana divarları arxasında sodomiyanın5 çiçəklənməsi indi heç kim üçün sirr deyil. Burada təəccüblü heç nə yoxdur. Bir xeyli kişi uzun müddət təcrid olunmuş vəziyyətdə qalır və tələbatını ənənəvi üsulla ödəyə bilmir. Buna görə də azadlıqda yalnız qadınlarla münasibətdə olan çoxları aşıb-daşan istəklərindən başlarına hava gəlməsin deyə kişilərlə cinsi əlaqəyə girməyə məcbur olur. Ancaq mənim fikrimi bilmək istəsəniz, deyərdim

Скачать книгу


<p>5</p>

Sodomiya – qeyri-ənənəvi seksual davranış formalarını (insanla heyvan arasında, kişi ilə kişi arasında və s.) özündə ehtiva edən termin