Molla Nəsrəddin lətifələri. Группа авторов

Чтение книги онлайн.

Читать онлайн книгу Molla Nəsrəddin lətifələri - Группа авторов страница 2

Жанр:
Серия:
Издательство:
Molla Nəsrəddin lətifələri - Группа авторов Folklor

Скачать книгу

bu gün keyfim çox sazdır. Sənə bir şey bağışlamaq istəyirəm. Amma bilmirəm nə bağışlayım ki, öz ürəyindən olsun.

      Molla deyir:

      – Qibleyi-aləm sağ olsun, elə sən hər nə bağışlasan, mənim ürəyimdən olar.

      Teymur deyir:

      – Onda qoy mən bir-bir sayım, sən özün seç! Ya on qızıl, ya bir at, ya bir sürü qoyun, ya da bir bağ. Hansını istəyirsən?

      Molla deyir:

      – Əgər mənim ürəyimi soruşursansa, mən istəyirəm sən sübut eləyəsən ki, doğrudan da, ədalətli bir şahsan.

      Teymur deyir:

      – Necə?

      Molla deyir:

      – Əgər mən on qızılı cibimə qoyub ata minsəm, qoyunları qabağıma salıb bağa getsəm, sən sübut eləmiş olarsan ki, ədalətli şahsan.

      Teymur deyir:

      – İştahan pis deyil. Əgər heç birisini verməsəm?

      Molla deyir:

      – Heç bir şey. Sübut eləmiş olarsan ki, elə Teymurləngsən ki, varsan.

      TEYMURUN SUALI

      Teymurləng bir gün Mollaya deyir:

      – Molla, sənə bir hikmətli sual vermək istəyirəm. De görüm, o nədi ki, bu dünyada nə yetişib, nə yetişir, nə də yetişəcək?

      Molla deyir:

      – Bizi işə götürəndə sənin bizə təyin elədiyin maaş.

      SƏNİ POZARAM, ÖZÜMÜ YAZARAM

      Yenə də günün birində Teymurləng Mollaya əmr eləyir ki, sarayda olan axmaqların siyahısını tutub ona versin. Molla Teymurun fikrini başa düşür. Bilir ki, o, adları axmaqlar siyahısına düşmüş əyanları ələ salıb oynatmaq, bununla da əylənmək istəyir. Molla bunu da başa düşür ki, sonra bu əyanların hamısı ona düşmən olacaq. Çox fikir-xəyaldan, götür-qoydan sonra böyük bir kağız götürüb başında yazır: "Teymur sarayındakı axmaqlar".

      Varağın ortasında da iri xətlə bircə Teymurun öz adını yazıb ona verir.

      Teymur axmaqlar siyahısında təkcə öz adını görcək dəli olur. Cin vurur təpəsinə. Soruşur:

      – Bu nədir?

      Molla deyir:

      – Axmaqların siyahısıdır.

      Teymur deyir:

      – Demək, sənin fikrincə, bu sarayda bircə axmaq var, o da mənəm?

      Molla deyir:

      – Bəli, qibleyi-aləm! Səndən axmağını tapa bilmədim.

      Teymur dəli kimi qışqırıb soruşur:

      – Sən nə ilə sübut eləyə bilərsən ki, mən axmağam.

      Molla deyir:

      – Qibleyi-aləm sağ olsun! Sən özün mənə tapşırdın ki, saraydakı axmaqların siyahısını tutum. Demək, sən özün bilirsən ki, buraya yığılan vəzir-vüzəranın, vəkil-vükəlanın hamısı da olmasa, çoxu axmaqdır. İndi ki sən özün bunların axmaq olduqlarını bilə-bilə bu saraya yığmısan, özlərini də belə hörmət-izzətlə saxlayırsan, demək, ən böyük axmaq elə sən özünsən də…

      Teymur baxır ki, Molla yaman yerdən tutub, sözünün qabağında söz deyə bilməyəcək. Bir az fikirləşib deyir:

      – Yaxşı, əgər mən sənə sübut eləsəm ki, bunların heç birisi axmaq deyil, hamısı ağıllı adamlardırlar onda necə?

      Molla deyir:

      – Onda elə yenə də siyahıda bircə sənin adın qalacaq.

      Teymur soruşur:

      – Niyə?

      Molla deyir:

      – Ona görə ki, axmaqların siyahısını tutmağı sən mənə əmr eləmisən. Əgər sübut olunsa ki, sarayda axmaq yoxdur, olanların hamısı ağıllıdır, onda, demək, əsl axmaq sənsən ki, ağıllı adamları axmaq hesab eləyirsən.

      Teymur görür yenə də tutmadı. Lap dəli olur. Deyir:

      – İndi mən sübut edəcəyəm ki, bu sarayda bircə axmaq var, o da sənsən, onda?

      Molla deyir:

      – Yenə də siyahıda sənin adın qalacaq.

      Teymur soruşur:

      – O niyə?

      Molla deyir:

      – Ona görə ki, ağıllı adam axmaqların siyahısını tutmağı axmağa tapşırmaz.

      Teymur deyir:

      – İndi mən cəlladı çağırıb sənin o dilini dibindən kəsdirsəm necə?

      Molla deyir:

      – Onda siyahıdan sənin adını pozub öz adımı yazaram ki, bir də heç kəs axmaqlıq eləyib sənə sözün düzünü deməsin.

      CÜCƏLƏRİM DANIŞIR

      Molla Nəsrəddin şəhərin bütün mollalarını təngə gətirmişdi. Axırda mollalar yığışıb onun əlindən Teymurləngə şikayət edirlər. Molla baxır ki, bu işin axırı yaxşı olmayacaq. Çox götür-qoydan sonra özünü verir vəzirin yanına, yanı cücəli bir toyuq da rüşvət aparır ki, onu Teymurləngin hüzurunda müdafiə eləsin.

      Sabahısı gün şikayət edən mollalar və Molla Nəsrəddin Teymurləngin əmri ilə hüzura gəlirlər. Mollalar şikayətlərini eləyirlər, qurtarandan sonra vəzir irəli yeriyib Molla Nəsrəddini Teymura tərifləməyə başlayır. Teymurləng vəzirə də qulaq asandan sonra üzünü Molla Nəsrəddinə tutub deyir:

      – Yaxşı, de görüm, sən öz günahsızlığın barədə nə danışacaqsan?

      Molla cavab verir:

      – Şah sağ olsun! Mənim danışmağıma ehtiyac yoxdur, mənim toyuğum cücələri ilə bərabər lazımi qədər mənim xeyrimə danışdı.

      BADIMCAN MƏSƏLƏSİ

      Bir gün Molla Teymurlənglə bir süfrədə əyləşib xörək yeyirmiş. Ortalığa badımcan boranısı gətirirlər.

Скачать книгу