Elmi yanlışlıqlar-təbiət və insan. Ариф Алиев
Чтение книги онлайн.
Читать онлайн книгу Elmi yanlışlıqlar-təbiət və insan - Ариф Алиев страница 6
Uzun müddətdir ki, kərgədanlar nə ətinə, nə dərisinə, yalnız burunlarının üstündə yerləşən buynuzlarına görə ovçular tərəfindən təqib edilir, öldürülürlər. İndi də bəzi Asiya ölkələrinin “qara bazarlar”ında otra çəkisi 3 kiloqram olan kərgədan buynuzunun yüz minlərlə dollar qiyməti var. Sözün əsl mənasında buznuzları başına bəla olan kərgədanlar təbiətdə nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş heyvanlar arasında dördüncü yeri tuturlar.
İnsanların çoxu əmindir ki, kərgədan buynuzu sıx hörülmüş cod tüklərdən ibarətdir. Əvvəllər elmdə də belə qəbul edilmiş, kitablarda belə yazılmışdı. Lakin mikroskop altında aparılan tədqiqatlar bu təsəvvürün yanlış olduğunu üzə çıxardı: kərgədan buynuzu olduqca nazik, keratin adlanan buynuz maddəsi liflərindən hörülüb. Keratin – zü laldır, o, insanın saç və dırnaqlarında, heyvanla rın caynaqlarında, zirehlərində, quşların lələklərində olur. Lakin kərgədan yeganə canlıdır ki, buynuzu bütün lüklə keratindən ibarətdir, bərk özəyi yoxdur, sadəcə dəriyə birləşir. Onun kəllə sümüyünə baxsanız, heç vaxt ağlınıza gəlməz ki, bu, buynuzlu heyvanın kəlləsidir.
Gərkədan buynuzu tüklərdən deyil, buynuz maddəsi liflərindən hörülüb.
Kərgədan buynuzu dırnaq kimi uzanır. İndiyədək bəlli olan ən böyük buynuzun uzunluğu 158 santimetr olub. Bu buynuzun başlıca funksiyasından alimlər hələ baş aça bilməyiblər. Kərgədanlar ondan silah kimi istifadə etmirlər, yalnız itələşirlər, döyüşdə isə iti dişlərini işə salırlar. Amma müşahidə edilib ki, buynuzunu itirmiş dişi kərgədan balalarını böyütməyin qayğısına qalmır.
Planetimizdə 60 milyon il bundan əvvəl məskunlaşmış, uzunluğu 2,5 metrə, çəkisi 4 tona çatan bu nəhəng heyvanların kökü kəsilmək üzrə olduğunu dedik. Kərgədan buynuzundan təbabətdə, bəzək əşyalarının, silahların hazırlanmasında istifadə edirlər. Ərəb dünyasında dəstəyi kərgədan buynuzundan düzəldilmiş xəncərin xüsusi qiyməti var. Cənub-Şərqi Asiyada onu üyüdüb toz halına salırlar, müxtəlif dərmanlara qatırlar. Kərgədan buynuzunun müalicəvi keyfiyyətləri geniş tədqiq edilməyib, ancaq Çində, Hindistanda, Vyetnamda və s. inanırlar ki, o, yüksək qan təzyiqinin, qızdırmanın, epi lepsiyanın, cinsi xəstəliklərin müalicəsində əvəzsizdir.
Qını və dəstəyi kərkədan buynuzundan olan nadir yəmən xəncəri “cambiya”nın qiyməti yüz min dollarlarla ölçülür.
Kərkədanı xilas etmək üçün ekoloji təşkilatlar qoruq lar yaradır, xüsusi layihələr həyata keçirirlər. XX əsrin sonunda Afrikada sağ qalmış 11 min kərgədandan 8900- ü Cənubi Afrika Respublikasında qoruqlarda saxlanılırdı. 2011-ci ildə təbii şəraitdə yaşayan kərgədanların məhv olmasının qarşısını almaq məqsədi ilə beynəlxalq layihə hazırlandı. Xilasedici dəstələr brakon yerləri qabaq lamağa çalışaraq kərgədanları izləyir, onları uzaqdan atılan iynələrlə yatızdırır, keyləşdirmədən sonra buynuzlarını deşib içinə zəhərli maddə tökürdülər. Həmin maddənin heyvanlara ziyanı olmur, amma buynuzu insanların istifadəsi üçün yararsız hala salırdı. Lakin bu plan da gözlənilən səmərəni vermədi. Səbəbini, yəqin ki, başa düşürsünüz: kərgədanı öldürməyincə, brakonyer onun buynuzunun zəhərli olub-olmadığını ayırd edə bilməz.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.