Təbii fəlakətlər. Şahin Əhmədov

Чтение книги онлайн.

Читать онлайн книгу Təbii fəlakətlər - Şahin Əhmədov страница 5

Təbii fəlakətlər - Şahin Əhmədov Elmi-kütləvi ədəbiyyat

Скачать книгу

rus vulkanoloqu Y.Marxininin fikrincə, Yer tə-kindən çıxan bütün lava və kül maddələri, demək olar, bütün Yer qabığını – litosferi, vulkandan çıxan qazlar isə atmosferi və planetin okeanlarını əmələ gətirmişdir.

      Cavan vulkanlar, adətən, Yer səthində qurşaqlarla və ya qruplarla yerləşir. Onlar Yer örtüyünün iri hissələri birləşən yerlərdə, litosfer plitələrində toplaşır. Bunlara misal olaraq iri Sakit okean hövzəsində çox məşhur “Sakit okean vulkanik alovlu halqası”nı göstərmək olar.

      Belə plitələrə planetin bütün vulkanlarının 99 faizi aid edilir. Belə görünür ki, vulkanlar litosfer plitələrini və blokları ayıran Yer təkinin sınıq yerləri ilə əlaqədardır və Yer kürəsinin böyük dərinliklərinə kimi uzanır.

      İnsana bədbəxtlik gətirən müasir vulkan püskürmələri nə vaxt və niyə baş verir? Hansı qüvvələr vulkanı işə salır, hansı səbəblər onu püskürməyə vadar edir?

      Bu od püskürən nəhənglər alimlərə Yerin daxilinə nəzər salmaq üçün pəncərə rolunu oynasa da, təəssüf ki, yuxarıdakı əhəmiyyətli suallara elm hələ də cavab verə bilmir. Məsələnin həllində biz indiyədək fərziyyə və təxəyyül mərhələsindən çıxmamışıq.

      Yer səthinə ancaq vulkan kanallarının ağızları çıxır ki, buradan da Yerin dərinliklərindən lava və qazlar tullanır. Vulkan fəaliyyətinin mexanizmləri isə Yerin təkində gizlənir və alimlər üçün əlçatmazdır.

      Məlumdur ki, maqmatik ocaqlar vulkanları bilavasitə püskürmədə iştirak edən qaz və lavalarla təmin edir. Lakin hələ də püskürmənin özünün harada və nəyin təsiri altında başladığı məlum deyil. Bəlkə, ona zəlzələ kömək edir? Yaxud dəyişən atmosfer təzyiqi?

      Bütün bu və bir çox digər suallar açıq qalmaqda davam edir.

      Vulkanlar və kosmos

      Uzaq dünyalara nəzər saldıqda alimlər başa düşdülər ki, vulkanik proseslər təkcə Yer planetinə xas deyil. Yer qrupuna aid olan bütün planetlərdə və xarici planetlərin iri peyklərində axmış süxurlar və relyefin xarakterik quruluşu mövcuddur. Bu isə onu təsdiq edir ki, vulkanlar orada da fəaliyyət göstərir.

      Venerada vulkan

      1979-cu il martın 4-də ABŞ-ın “Voyacer-1” kosmik gəmisi Yupiterin İo peykində hündürlüyü 150 kilometr olan və işıqsaçan nəhəng qaz məşəli şəklində vulkan püskürməsi qeydə almışdır. Sonrakı müşahidələr tullantıları 280 kilometrə qalxan və fəaliyyət göstərən 6 vulkan müəyyən etdi. Bundan başqa, onlarca “yatmış” vulkan kraterləri aşkarlandı. Onlar quruyub bərkimiş lava axınları ilə əhatə olunmuşdu. Belə kraterlərdən birinin diametri 300 kilometrə çatırdı.

      Rus alimi N.Kozırev isə teleskopun köməyi ilə Ayın Alfons və Aristarx kraterlərində Kamçatka vulkanlarının qaz-ları ilə müqayisə edilən qazların ayrıldığını aşkar etdi. Bu ona Aydakı qədim vulkan fəaliyyətinin indiyə qədər davam etdiyini təsdiqləməyə imkan verdi.

      Müxtəlif məlumatlara əsaslanan planetoloqlar belə nəticəyə gəlirlər ki, bulud örtüyü ilə bağlı olan Venerada da vulkanlar, geniş lava sahələri var və müasir vulkan püskürmələri baş verir.

      Vulkan püskürməsini qabaqcadan xəbər vermək olarmı?

      Hələ qədim zamanlarda Kamçatkada qeyri-adi gücə malik faciəli püskürmələr baş vermişdi. Ksudar, Avaça, Uzon və digər vulkanların püskürməsi zamanı vulkan maddələri bir neçə kilometr hündürlüyə qalxmış və iri ərazilərə səpələnmişdi. On və yüz min illər bundan əvvəl baş verən faciələrin şahidləri yatmış vulkanlar və bir də püskürmə maddələri, lava və küldür.

      Mauna-Loa vulkanı

      İnsan həmişə belə fəlakətlərdən qorunmaq üçün yol axtarıb. Bizə artıq məlumdur ki, hələ üç yüz il bundan əvvəl Siciliyada Etna vulkanının püskürməsi zamanı Katani şəhərinin sakinləri lava axınının qarşısına müxtəlif maneələr qoymaqla onun səmtini dəyişməyə cəhd etmişlər. Lakin bütün bu tədbirlər hamısı son anda, özü də tələm-tələsik görülürdü. Aydın məsələdir ki, bu heç vaxt elə də xeyir gətirə bilməzdi.

      Bizim dövrdə daha etibarlı mühafizə tədbirləri mövcuddur. Nisbətən yaxınlarda İslandiyanın Heymaey adasında vulkan püskürməsi vaxtı şəhərə doğru yaxınlaşan güclü lava axınını belə dayandırmışlar: onu fasiləsiz olaraq soyuq dəniz suyu ilə sulayır, bəzən isə hətta aviasiyanın köməyinə də müraciət edirdilər. Bombardman vasitəsilə lava axınlarının mənbəyini və onların tunellərini dağıdırdılar. Mühafizə tədbirləri nəticəsində bütöv bir lava axınının istiqamətini dəyişmək mümkün oldu. Keçən əsrin 30-cu illərində Havay adasında Mauna-Loa vulkanının püskürməsi zamanı da məhz bu şəkildə hərəkət edilmişdir.

      Aydındır ki, püskürmənin qarşısını almaq hazırda mümkün deyil. Lakin insanlar hələ çoxdan qorxulu təhlükələr haqqında əvvəlcədən necə xəbər tutmağı fikirləşməyə başlamışlar. Vulkanın püskürməsini əvvəlcədən xəbər vermək mümkündürmü?

      Əvvəlcədən xəbər verilmiş zəlzələ

      Püskürmənin proqnozlaşdırılması ilə müxtəlif ölkələrin alimləri məşğul olurlar. Bu istiqamətdə Klyuçi vulkan stansiyasının, sonra isə Rusiya Elmlər Akademiyası Vulkanologiya İnstitutunun vulkanoloqları çox iş görmüşlər.

      Ümumiyyətlə, uzunmüddətli və qısamüddətli proqnozlar mövcuddur.

      Onlardan birincisi fəaliyyət göstərən vulkanların rayonlaşdırılması nəticəsində əldə olunur. Kamçatka və Kuril adaları üçün belə rayonlaşdırma hələ 1960–62-ci illərdə aparılmışdır.

      Onun əsas işi vulkan püskürmələri ilə bağlı təhlükəli zonaları müəyyənləşdirməkdir. Bu məsələ zamanı çoxlu müxtəlif amillər nəzərə alınır: vulkanların quruluşu, onların keçmişdəki fəaliyyət xarakteri, vulkan maddələrinin və ərazi relyefinin öyrənilməsi, sınıqların və çatların analizi.

      Püskürmənin qısamüddətli proqnozu isə hər şeydən əvvəl vulkan zəlzələlərinə əsaslanır. Bu, püskürmənin əsas müjdəçisidir.

      Zəlzələnin səbəbi Yer təkində sınıq, çat və üfüqi yerdəyişmə pozuntularıdır. Bu pozuntulardan təkanlar yaranır, sonra isə dağ süxurlarında eninə və uzununa elastik dalğalar əmələ gəlir. Bunlar isə bütün istiqamətlərə yayılır. Elə bu dalğalar da zəlzələ yaradır. Onları seysmoqraf adlanan xücusi cihazlar tutur və qeydə alır.

      Müəyyən

Скачать книгу