Gizli laborotoriya. Энид Блайтон
Чтение книги онлайн.
Читать онлайн книгу Gizli laborotoriya - Энид Блайтон страница 7
Sirr
Uşaqlar heyrətlə sakitcə əllərini cibinə salıb qəsrin üstündə dövrə vuran dolaşalara tamaşa edən Kventin əmiyə baxırdılar. O, hələ uşaqları görməmişdi. Timmi hürərək hamıdan qabaq Corcun atasına tərəf qaçmağa başladı, uşaqlar da onun dalınca götürüldülər. Deyəsən, Kventin əmi onların gəlişinə bir o qədər də sevinməmişdi.
– Oho, bu nə sürprizdir! – o, zorla gülümsəyərək dedi. – Sizin burada olduğunuzu bilmirdim.
– Nə danışırsan, Kventin! – Fanni xala məzəmmətlə dilləndi. – Mən özüm axırıncı dəfə adada olanda sənin bloknotuna bu gün gələcəyimizi yazmışdım ki, yaddan çıxarmayasan.
– Doğrudan? Bilirsən, düzünü deyim ki, mən heç o bloknota baxmamışam, ona görə də yadıma düşməyib, – Kventin əmi bunu deyib uşaqlarla görüşdü.
– Kventin əmi, bəs siz harada idiniz? – Dik soruşdu. – Biz bütün adanı qarış-qarış axtardıq, amma sizi tapa bilmədik.
– Mən? Harada olacağam, öz laboratoriyamda!
Uşaqlar heyrətlə sakitcə əllərini cibinə salıb qəsrin üstündə dövrə vuran dolaşalara tamaşa edən Kventin əmiyə baxırdılar. O, hələ uşaqları görməmişdi.
– Sizin laboratoriyanız haradadır ki? Biz hətta qüllənin təpəsindəki balaca otağa…
– Necə?! – Kventin əmi hirslə oğlanın sözünü kəsdi. – Siz qülləyə çıxmısınız? Bu çox təhlükəlidir! Mən elmi təcrübəmə elə indicə ara verdim, ona kimi naqillər yüksəkgərginlikli elektrik mənbəyinə qoşulmuşdu!
– Hə, biz o cihazın necə işlədiyini gördük, – bu dəfə Culian dedi. – Qəribə qurğudur…
– Siz nahaq yerə adaya gəlmisiniz, – Kventin əmi başını bulayıb dedi. – Mənə işləməyə imkan verməyəcəksiniz. Deyin görüm, qüllənin içinə necə girdiniz? Qapını bağlamışdım axı…
– Düzdür, qapı bağlı idi, – Culian dedi. – Amma açar üstündə idi. Biz bilmirdik axı, içəri girmək olmaz…
– Necə, açar qapının üstündə idi? – Kventin əmi təəccüblə soruşdu. – Elə bilirdim, onu itirmişəm. Yaxşı, amma bundan sonra qülləyə yaxın getməyin! Bu çox təhlükəlidir!
– Kventin əmi, siz hələ də laboratoriyanızın harada olduğunu demədiniz? – Dik əl çəkmək istəmirdi. – Birdən-birə haradan gəlib çıxdınız?
– Mən onlara demişdim ki, tezliklə peyda olacaqsan, – Fanni xala söhbətə qarışdı. – Nə yaman sınıxmısan, deyəsən, düz-əməlli yemək yeməmisən. Sənə xeyli ərzaq qoyub getmişdim.
– Hə? – Kventin əmi yenə təəccüblə soruşdu. – Xəbərim olmayıb. Mən işləyəndə başqa heç nə barədə fikirləşə bilmirəm. Amma indi yaman acmışam. Buterbroddan qalıb?
O bunu deyib elə acgözlüklə yeməyə girişdi ki, deyərdin, bir həftədir dilinə heç nə dəyməyib.
– Kventin, belə olmaz axı! – Fanni xala ona baxıb dedi. – Özünə heç fikir vermirsən. Mən burada qalıb sənə yemək hazırlayacağam.
Kventin əmi bir anlıq tikəsini çeynəməyə ara verib narahatlıqla həyat yoldaşına baxdı.
– Yox, yox, lazım deyil! – tələm-tələsik dilləndi. – Sən mənim işləməyimə mane olarsan. Bu dəqiqə çox mühüm bir təcrübə aparıram.
– Bəs sənin bu təcrübəndən kiminsə xəbəri var? – Fanni xala soruşdu.
– Bilmirəm, – Kventin əmi çiyinlərini çəkdi. – Yəqin ki, var. Mən elə bunun üçün bura gəlmişəm. Birincisi, təcrübə apardığım yerin yaxınlığında su olmalıdır. İkincisi, yad gözlərdən nə qədər uzaq olsam, o qədər yaxşıdır. Odur ki təcrübə aparmaq üçün Kirrin adasından yaxşı yer tapmaq mümkün deyil. Axı adaya yaxınlaşmaq üçün sualtı qayaların yanından keçmək lazım gəlir, bunu isə hər adam bacarmır. Yalnız sahildəki bir neçə balıqçıdan başqa. Onlara da tapşırmışam ki, adaya heç kimi gətirməsinlər.
– Kventin əmi, xahiş edirik, bizə laboratoriyanı göstər! – Dik dedi.
– Dik, əmini bezdirmə! – Fanni xala oğlana təpindi. – Qoy rahat yeməyini yesin!
– Cavan oğlan, mənim laboratoriyam sənin nəyinə lazımdır axı? – Kventin əmi soruşdu.
– Bağışlayın, əmican, mən, sadəcə, bilmək istəyirdim ki, o harada yerləşir? Axı biz bütün adanı axtarmışdıq.
– Deməli, yaxşı axtarmamısınız! – Kventin əmi bunu deyib süfrədəki cemli bulkalardan birini götürdü. – Corc, itini kənara çək, imkan vermir, yeməyimi yeyim.
Corc Timmini süfrədən uzaqlaşdırdı. Kventin əmi Fanni xalanın nahar üçün hazırladığı bütün buterbrodları yeyib-qurtarmış, indi də şam yeməyinə saxladığı qəlyanaltıya keçmişdi. Fanni xala başını bulaya-bulaya ona baxırdı.
– Kventin, bəs sən özün təhlükədə olmadığına əminsən? – o soruşdu. – Yəni dəqiq bilirsən ki, burada səni keçən dəfəki kimi heç kim izləməyəcək?
– Əlbəttə, əminəm. Bunu eləyə bilməzlər!
– Culian, əminə siqnal barədə danışa bilərsən, – Fanni xala dedi. – İndi bunun əsl məqamıdır.
– Kventin əmi, – Culian nəzakətlə sözə başladı, – əgər sizə zəhmət deyilsə, hər səhər və axşam qüllədən bizə siqnal göndərə bilərsiniz? Onda əmin olarıq ki, başınıza bir iş gəlməyib.
– Yoxsa mən hər gün bura gəlib sənə baş çəkəcəyəm, – Fanni xala əlavə etdi.
– Biz də gələcəyik! – uşaqlar bir ağızdan dilləndilər.
Bu, Kventin əmini qətiyyən qane eləmirdi, odur ki dərhal siqnal göndərməyə razılıq verdi.
– Yaxşı, hər səhər və axşam qüllənin təpəsindən sizə siqnal verərəm. Onsuz da hər on iki saatdan bir yuxarı çıxıb naqil sistemini yoxlamalıyam. Deməli belə, sizə hər səhər və axşam saat 11-in yarısında siqnal göndərəcəyəm. Danışdıq?
– Bəs bunu necə edəcəksiniz? – Culian soruşdu. – Məsələn,