Odisseya. Гомер

Чтение книги онлайн.

Читать онлайн книгу Odisseya - Гомер страница 4

Odisseya - Гомер Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

Bizimki isə dəyişkəndir. Müharibədən sonra mən bir çox ölkələrdə oldum və hər yerdən özümə sərvət topladım, vətənimə bu sərvətlə geri dönəndə əziz qardaşımın öldürüldüyünü bildim. Qoy onların yarısını itirmiş olaydım, amma qardaşımı sağ görəydim. Hələ müharibədə biz necə ərənlər itirdik! Hamısı üçün çəkdiyim acı ürəyimdədir. Lakin heç birimiz cəsur Odisseyin payına düşən bədbəxtlikləri çəkməmişik. Sağ, yoxsa ölmüş olduğu hələ də bilinmir. Onun dərdini ən çox çəkənlərsə qoca atası Laert, gənc arvadı Penelopa və Odissey müharibəyə yollananda hələ körpə olan Telemahdır.

      Bu sözləri eşidəndə Telemah kövrəldi və gözündən axan bir damla yaşı gizlicə sildi, lakin bu da Menelayın nəzərindən yayınmadı. Elə bu vaxt Menelayın gözəlliyi ilə məşhur olan arvadı Yelena ziyafət masasına buyurdu. Əyləşib iki yeni qonağa fikir verdi və onlardan birinin Odisseyə çox oxşadığını dedi. Menelay da onun fikrini bölüşdüyünü bildirdi. Belə olduqda Nestorun oğlu danışdı:

      – Xalqların hökmdarı Menelay! Sən haqlısan, qarşındakı bu gənc Odisseyin oğludur, mənsə müdrik Nestorun oğluyam. Atam məni onun yanında göndərib ki, sənin hüzuruna gətirim.

      Bunun ardınca Menelay Odisseyin qəhrəmanlıqlarından danışmağa başladı. Yelena isə Odisseyin dilənçi geyimində Troyaya daxil olduğunu, heç kəsdə şübhə oyatmadan şəhəri gəzib onun özünü və müdafiə sistemini öyrəndiyini nəql etdi. Menelaysa Odisseyin köməyi ilə Troyaya taxta atın içində daxil olmaları haqqında danışdı. Bu zaman onlardan bir neçəsinin, elə Menelayın özünün də Yelenanın səsini eşidən kimi ona cavab vermək istəmələrindən, lakin ağlı ilə seçilən Odisseyin buna imkan verməməsindən, bununla da Troyanı zəbt eləmək planının baş tutmasından bəhs etdi.

      Telemah isə Menelaya dedi:

      – Sən atam haqqında belə danışdıqca mənim ürəyim daha da ağrıyır, çünki belə bir adamı itirdiyimi anlayıram. İndi isə, mümkünsə, bizə yatmağa izin ver, çünki çox yorğunuq.

      Yelena elə o dəqiqə qonaqlar üçün yataqların salınmasını əmr etdi, hər şey hazır olduqdan sonra hamı yatmağa yollandı.

      Səhər açılınca Menelay Telemahın yanına yollanıb soruşdu:

      – Telemah, mənə söylə görüm, səni buraya gətirən səbəb nədir? Xalqınınmı dərdi var, özününmü?

      Telemah cavab verdi:

      – Hörmətli Menelay, sənin yanına atam haqqında soruşmaq üçün gəlmişəm. Evimin hər tərəfini həyasız adaxlılar tutub var-dövlətimi talan edir, anamla evlənmək istəyirlər. Ona görə də sənə yalvarıram, əgər atamın ölümü barədə nə isə bilirsənsə, mənə danış.

      Menelay dənizdə olduğu vaxt bir dəniz qocası ilə söhbət etdiyini danışdı və dedi ki, qocadan eşitdiyinə görə, Odissey nimfa Kalipsonun əsarətindədir.

      Həmin vaxt adaxlılar Odisseyin evində oyunlar təşkil edib özlərini nizəatma və diskatma üzrə yarışlarda sınayırdılar. Antinoy məşhur nəsildən olduğu üçün baş tərəfdə əyləşmişdi. Onun yanına bir həmyerlisi yaxınlaşaraq Telemahın nə vaxt Pilosdan dönəcəyini soruşdu, o, Telemaha səyahət üçün öz gəmisini verdiyini, indi də gəminin özünə lazım olduğunu dedi. Adaxlılar bunu eşidəndə təəccüb içində qaldılar. Onların heç ağlına da gəlməzdi ki, Telemah artıq Pilosa yollanıb. Onlara elə gəlirdi ki, Telemah tək qalmaq üçün dağlarda-dərələrdə gəzir. Antinoy gəmi sahibindən soruşdu:

      – Düzünü de görüm, Telemah nə vaxt yola düşüb? Kimlərlə gedib? Səndən gəmini məcburən alıb, yoxsa öz xoşunla vermisən?

      Gəmi sahibi gəmini öz xoşu ilə, Telemaha kömək etmək istədiyi üçün verdiyini və onunla birlikdə itakalı gənclərin könüllü olaraq səyahətə çıxdıqlarını, həm də Odisseyin dostu Mentorun onlarla birlikdə getdiyini dedi. Amma o, bircə şeyə təəccüblənirdi ki, artıq neçə gündür İtakanı tərk edən Mentora bir gün öncə rast gəlib. O bunları deyib getdi. Antinoy isə qəzəbdən qızarıb hirslə dedi:

      – İşlər çox pisdir! Bu səyahət bizə qarşı çevrilə bilər! Heç bu balaca gədənin belə bir səyahətə çıxacağını təsəvvürümə gətirməzdim! Bir tədbir görmək lazımdır. Mənə bir gəmi və iyirmi yoldaş tapın ki, onu körfəzdə pusaq. Onu dönərkən tutmaq lazımdır.

      Təklifi hamı bəyəndi. Lakin bu, Penelopadan gizli qalmadı. Söhbəti eşidən carçı ona hər şeyi xəbər verdi.

      Eşitdiklərindən dərin kədərə düçar olan Penelopa Afinaya dua etməyə başladı və ona oğlunun ölümdən və pisniyyətli adaxlılardan qurtulması üçün yalvardı. Afina da onun yalvarışını eşitdi.

      Antinoy isə etibar etdiyi iyirmi nəfər seçib onlarla birlikdə sahilə getdi. Orada Antinoyun əlaltıları gəmini dənizə çıxarıb lövbər atdılar, gəminin dirək və yelkənlərini isə endirdilər. Bu yolla onlar körfəzə girən gəmilərin nəzərini cəlb etməyəcəkdilər.

      Afina isə artıq yatmış, lakin yuxusunda da rahatlıq tapa bilməyib oğlu üçün narahat olan Penelopanı sakitləşdirmək istədi. Bunun üçün onun uzaqda yaşayan bacısının ruhunu Penelopanın yuxusuna göndərdi. O, Penelopaya Telemah üçün narahat olmamağı məsləhət görüb onun evinə sağ-salamat dönəcəyini dedi.

      Adaxlılarsa şam yeməklərini bitirib İtakadan azca aralı olan kiçik bir adanın limanında pusquda duraraq Telemahı gözləməyə başladılar.

      Beşinci nəğmə

      Alyanaqlı Eos səhəri açanda ilahlar məşvərətə toplaşdılar. Afina baş verənləri danışdıqdan sonra Zevs dedi:

      – Hermes, sən Kalipsonun yanına yollan və nimfaya de ki, biz Odisseyin evə dönmək qərarını vermişik. O, taxta parçalarından sal düzəltməli və onun üzərində iyirmi gün üzərək gedib Sheriya torpaqlarına çatmalıdır. Orada feakiyalılar ona layiq olduğu hörməti göstərəcək, gəmi, mal-mülk verib yola salacaqlar, o da öz yurduna dönəcək.

      Hermes Zevsin əmrinə tabe olub yola düşdü və bir göz qırpımında Kalipsonun adasına gəldi. Nimfanın yaşadığı mağaraya girəndə yandırılmış ətirli otların gözəl qoxusunu hiss etdi. Hermes hər yanın gözəlliyi və nimfanın nəğmə oxuyan valehedici səsi qarşısında bir anlıq donub-qaldı. Lakin o, tez özünə gəlib mağaraya daxil oldu. Kalipso onu görən kimi tanıdı, çünki ilahlar bir-birini tanımaya bilməz. Amma Odissey Hermesin gözünə dəymədi, o, çılpaq qayalardan birinin üstündə oturub doğma yurdu üçün göz yaşı axıdırdı.

      Kalipso Hermesi xoş üzlə qarşılayaraq dedi:

      – Mənim evimə pənah gətirən hörmətli Hermes! Səni burada tez-tez

Скачать книгу