1
Tiran – ölkəni zorakılıqla idarə edən hökmdar, diktator
2
Amazonlar – qədim yunan mifologiyasında yalnız qadın döyüşçülərdən ibarət olan tayfa
3
Egist – Mikena hökmdarı Atreyin qardaşı oğlu; həddi-büluğa çatanda Atreyi öldürdüyünə görə onun oğulları Aqamemnon və Menelay tərəfindən Mikenadan qovulmuş, qardaşlar Troyaya yollandıqdan sonra Aqamemnonun arvadı Klitemnestranı yoldan çıxarıb Aqamemnonu qətlə yetirmişdir. Orest atasının intiqamını alaraq anasını və Egisti öldürmüşdür.
4
Siklop – qədim yunan mifologiyasında təkgözlü div; ehtimal olunur ki, Homer bu obrazı oğuz mifologiyasındakı Təpəgöz obrazından götürüb.
5
Kifara – qədim yunan simli musiqi aləti; kifarada yalnız kişilər ifa edərdilər.
6
Gərdunə – cəng arabası
7
Stiks – qədim yunan mifologiyasına görə, yeraltı səltənətdən axan çay; Stiks həm də ilahə sayılır və o öz övladları ilə birlikdə Zevsə atasına qarşı apardığı müharibədə ən birinci kömək edənlərdən olmuşdur. Buna görə də Zevs ona and içilmək hüququnu verir. Stiksin sularına and içmiş ilah öz andını tutmazsa, onda düz birilllik yuxuya gedir və doqquz il müddətinə Olimpdən qovulur.
1
2
3
4
Siklop – qədim yunan mifologiyasında təkgözlü div; ehtimal olunur ki, Homer bu obrazı oğuz mifologiyasındakı Təpəgöz obrazından götürüb.
5
6
7