Bəyaz diş. Джек Лондон
Чтение книги онлайн.
Читать онлайн книгу Bəyaz diş - Джек Лондон страница 2
Səhər Henrini yuxudan Billin ədəbsiz şəkildə deyinməsi oyatdı. O, dirsəklənib baxanda Bill tonqalın böyründə, itlərin arasında durub hirsindən yumruğunu yellədirdi.
− Hey! − Henri qışqırdı: − Nə olub?
− Froq qaçıb.
− Ola bilməz…
− Deyirəm qaçıb da…
Henri yorğanı atıb dərhal itlərə tərəf cumdu. Onları diqqətlə saydı, şimalı lənətləyən Bill kimi, o da söyməyə başladı.
− Froq qoşquda ən güclü it idi, − Bill dilləndi.
− Özü də hamısından ağıllıydı, − Henri əlavə etdi.
Səhər yeməyi canlarına yatmadı, qalan dörd iti kirşəyə qoşdular.
Bugünkü səhər də əvvəlkilərin tayı oldu. Səyyahlar dinməzcə qarlı çöllərlə gedir, sakitliyi yalnız onları daban-dabana izləyən, lakin gözə görünməyən təqibçilərin məşum ulartısı pozurdu.
Axşamayaxın onlar yer seçib dayandılar. Henri xörək hazırlamağa başladı. Bill itlərlə məşğul oldu. O, itləri hindusayağı bağlayırdı, Henri də köməyə gəldi. İtlərin boynundakı xaltanı cilovla yoğun, uzun bir ağaca sarıyıb onun bir ucunu yerə basdırdılar. Ağacın qol-budağı itlərə boyunlarına keçirilmiş kəməri gəmirməyə mane olacaqdı.
Henri başını məmnun-məmnun tərpətdi:
− Tayqulağı ancaq bu yolla saxlamaq olar. İndi qayışı çeynəyib qıra bilməz. Beləcə, salamat olarlar…
− Gəl bir olmasın! − Bill dedi. − Əgər səhər bircəciyi qaçıb getsə, onda dilimə kofe vurmayacam.
− Guya, onlar bilmirlər ki, bizim heç nəyimiz yoxdur? − Henri uzanaraq düşərgəni mühasirəyə alan göz halqalarını göstərdi. − Bir-iki güllə atsaydıq, bəlkə, qorxardılar. Günbəgün daha da yaxınlaşırlar. Gözünü oddan çək, o tərəfə bir bax! Gördün?
Qaranlıq düşən kimi təqib başlanırdı. Vəhşilər tez-tez yer dəyişdirir, itlərin canına vəlvələ salırdılar. Ulartıdan qorxan itlər qaçmağa çalışırdılar. Ona görə də onları bağlamaq lazım gəlirdi. Alovun ətrafa düşən işığında bir vəhşi tonqala tərəf sürünürdü. Bu, dişi canavar idi, sürü qəsdən onu qabağa verirdi.
Bill və Henri yatdılar, oyananda isə Spanker adlı itin qaçdığından xəbər tutdular. Tayqulaq öz qayışını gəmirə bilməyib Spankerin qayışını qoparmışdı.
Dostlar canavarların quduzlaşdığını və girlərinə nə keçsə, dağıdacaqlarını bilirdilər. Ona görə də bacardıqları qədər ehtiyatlı olmalı idilər.
Bir azdan Billə Henri az əvvəl ötüb keçdikləri döngədə yavaşca irəliləyən dişi canavarı gördülər. Onun tükləri sarımtıl-qırmızıya çalsa da, canavardan çox itə bənzəyirdi. Hündürlüyü iki fut1, uzunluğu isə beş fut olardı.
Bill canavarın üstünə qışqırıb, onu hədələdi. Amma heyvan onlardan qorxmurdu. Bill canavarı vurmaq üçün tüfəngi qaldıranda o qaçıb gizləndi. Görünür, silahı tanıyırdı.
Həmin gün dostlar vaxtından əvvəl düşərgə saldılar. Əlbəttə ki, üç it altı itin gücündə deyildi. Vəhşilər o qədər yaxına gəlirdilər ki, itlər qorxudan özlərini itirirdilər. Bill əmin idi ki, canavarlar gec-tez onları da parçalayacaqlar. O, onları quruda yaşayan köpəkbalıqlarına bənzədirdi. Henri isə dostuna ürək-dirək verməyi, onu ovundurmağı düşünürdü. “Bill ruhdan düşüb. Sabah onu ovundurmaq lazımdır. Ayıltmaq lazımdır onu”.
ACLIQ HARAYI
Bu gecə itlərin heç biri qaçmamışdı. Səhər dostlar yola düşdülər. Yolda kirşə nəyəsə ilişib aşdı. Elə bu an Henri ilə Bill Tayqulağın qaçıb uzaqlaşdığını gördülər. Onlar iti səsləsələr də, it dayanmadı.
Bill tüfəngə əl atmaq istəsə də, bədbəxtlikdən, tüfəng aşmış kirşənin altında qalmışdı. Onu çıxarmaq isə xeyli vaxt alacaqdı. Tayqulaq öz səhvini anlayanda artıq gec idi. Canavarlar onu hər tərəfdən üzük qaşı kimi dövrəyə almışdılar. İt geriyə qaçmağa çalışır, amma bacarmırdı. Həmin vaxt Bill tüfəngi aşmış kirşənin altından çıxarmağa müvəffəq oldu. Onu əlinə alıb qətiyyətlə irəli yeridi.
− Hara gedirsən, Bill? − deyə Henri dostunun çiyinlərindən yapışdı.
− Bəsdir! Onlar daha it görməyəcəklər!
Henri kirşənin üstündə oturub gözləməyə başladı. Görəsən, bunun axırı necə olacaq? Əlindən daha nə gələrdi ki?
Bill gözdən itmişdi. Tayqulağın bu vəhşilərin cəngindən qurtarması çətin məsələ idi. Henri bilirdi ki, haradasa Bill də canavarlarla qarşılaşacaq. Və hər şey bir anda baş verdi. Dalbadal üç güllə səsi gəldi. Zingilti, inilti və ulartı səsləri bir-birinə qarışsa da, tez kəsildi. Henri Billin canavarlarla əlbəyaxa döyüşməsini sanki gözləri ilə görmüşdü. O, uzun müddət kirşənin üstündə oturub kədərli gözlərini bir nöqtəyə zillədi.
Nəhayət, Henri yorğun-yorğun ayağa qalxdı, elə bil bütün günü bədənini əzmişdilər. Kirşəni birtəhər düzəltdi. Qarın üstünə səpələnmiş əşyaları yenə kirşənin üstünə yığdı. İtləri qoşdu. Qayışlardan birini öz çiyninə keçirtdi və itlərlə birlikdə kirşəni dartmağa başladı. Amma çox getmədi, qaranlıq düşən kimi dayandı, düşərgə saldı və bacardıqca çox quru odun yığdı. İtləri yedizdirdi, özü də şam etdi, sonra düz tonqalın yanında yer saldı.
Tənha qalmış Henri gecəni yatmadı. Canavarlar onu ölüm dövrəsinə almışdılar və bu son ovlarını necə parçalayacaqlarını düşünürdülər. İtlər də qorxudan Henriyə sığınmışdılar. Canavarlar tonqala yaxınlaşanda itlərdən hürüşmə qalxırdı. Henri arabir ocaqdan çubuq çıxarır və canavarlara tolazlayırdı. Odun vəhşilərdən birinə dəyəndə, onlar qorxaraq geri çəkilirdilər.
Səhərə yaxın Henri yuxulu gözlərini ovuşdurub ayağa qalxdı. Yemək hazırlayıb toqqasının altını bərkitdi. Saat doqquz idi. Gün işığı canavarları qovmuşdu. Henri gecədən bəri ürəyində götür-qoy elədiyi işləri görməyə girişdi. Cavan küknar ağaclarından qırıb onları iki qoşa, hündür ağacların arasına elə düzdü ki, sanki iki ağac arasında körpü yarandı. Sonra kirşədəki qayışları körpünün üstündən
1