Mio, mənim Miom. Астрид Линдгрен
Чтение книги онлайн.
Читать онлайн книгу Mio, mənim Miom - Астрид Линдгрен страница 6
O, daxmanın küncündəki köhnə sandığa tərəf gedib biri qırmızı, biri göy rəngli iki bürüncək çıxartdı.
– Qardaşlarımın bürüncəkləridir, – Nonno astadan dedi.
– Bəs qardaşların hanı? – soruşdum.
– Cəngavər Kato, – Nonno pıçıldadı. – Zalım cəngavər Kato onları əsir alıb.
Bu sözləri eşidən Miramis pəncərə arxasında elə kişnədi ki, elə bil kimsə onu vurmuşdu. Quzular qorxa-qorxa qoyunlara tərəf qaçışdı, qoyunlar isə yanıqlı səslə mələşdi, sanki axırları çatmışdı. Nənəm qırmızı bürüncəyi mənə, göyü Yum-Yuma verdi. Nonnoya çörək kömbəsi, bir səhəng bulaq suyu da verdi və biz yenə dərəli-təpəli yolumuza başladıq. Dostumuz Nonnonun qardaşlarının aqibəti məni məyus eləmişdi, amma yenə də gecəni çöldə keçirəcəyimə sevinirdim.
Biz təpənin ətəyində, salxım söyüdün şəffaf suya sarı əyildiyi yerdə dayandıq.
Böyük, isti bir tonqal qaladıq, dövrəsində oturub çörəkdən yedik, bulaq suyundan içdik.
Tezliklə duman çökdü və qaranlıq qatılaşdı, amma ocağın yanı isti və işıqlı idi.
Sonra bürüncəklərimizə büründük, bir-birimizə sığınıb tonqalın yanında uzandıq. Qoyun-quzu yanımızda uzanmışdı, Miramis isə yaxınlıqda ot gövşəyirdi. Biz küləyin otları xışıldatdığını eşidir, uzaqlarda yanan ocaqların şölələrini görürdük. Gecənin qaranlığında çoxlu tonqal alışırdı, axı Yaşıl Çəmənliklər adasında çobanlar hər gecə ocaq qalayırlar. Biz ot üstündə uzanıb tonqala baxır, qədim çoban nəğməsinə qulaq asırdıq.
Səmada ulduzlar sayrışırdı. Heç vaxt bundan böyük və parlaq ulduzlar görməmişdim. Uzanıb onlara baxdım, sonra arxası üstə çevrildim, bürüncəyə elə büründüm ki, isti olsun və ulduzlar haqda düşünməyə başladım. Maraqlıdır, görəsən, ulduzlar musiqini xoşlayırmı? Bunu Nonnodan soruşdum, cavab verdi ki, bəli, ulduzlar musiqini xoşlayır. Onda biz təzədən tonqalın ətrafında oturduq, tütəklərimizi çıxardıb öz çoban nəğməmizi ulduzlar üçün çalmağa başladıq.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.