İbtidai oğlanın macəraları. Эрнст Д'Эрвильи

Чтение книги онлайн.

Читать онлайн книгу İbtidai oğlanın macəraları - Эрнст Д'Эрвильи страница 2

İbtidai oğlanın macəraları - Эрнст Д'Эрвильи Dünya ədəbiyyatından seçmələr

Скачать книгу

sonra hamı arasında bölünə bilər. Buna görə də aclıq hissinə güc gəlir, yolda qabaqlarına çıxanı kisələrə atırdılar.

      Əfsus! Hələlik tapdıqları on ədəd balaca, quru alma, bir neçə nazik, yarıdonmuş ilbiz, bir də insan barmağından yoğun olmayan boz bir ilan idi. İlanı Krek tapmışdı. İlanın altında yatdığı daşı çevirmişdi. Krekin belə bir adəti vardı: hara gedirdisə, yolda gücü çatan bütün daşları tərsinə çevirirdi.

      Yolçularımız yeməli az şey tapsalar da, təpələrin ətəyi çaxmaqdaşı parçalarıyla dolu idi. Oğlancığazların kisələri bərk ağırlaşdı. Ən balacaları yük altında əyilə-əyilə gedirdilər. Buna baxmayaraq var gücləriylə yorğun olduqlarını gizlətməyə çalışırdılar. Uşaqlar bilirdilər ki, böyüklər əzablarını içlərində çəkməyə öyrəşiblər, əgər şikayət eləsələr, onlara güləcəklər.

      Yağış, xırda dolu bir dəqiqə də ara vermirdi.

      Krek qocanın arxasınca cəsarətlə addımlayır, böyüyəcəyi, mahir ovçu olacağı, daha balaca uşaq toppuzu yox, əsl silah gəzdirəcəyi zamanın tez gəlməsini arzu edirdi. Tər bədənindən sel kimi axırdı, çünki iki böyük çaxmaqdaşı aparırdı.

      Onun ardınca qaşqabağını tökmüş Gellə Ryuq gəlirdilər, kefləri pozulmuşdu. İkisi də tərs kimi yolboyu heç nə tapmamışdı. Heç olmasa, balaca balıqdan-zaddan tuta bilsəydilər… Özləri kimi acından əldən düşmüş bircə hörümçək tapa bilmişdilər. Qalanlar isə başlarını aşağı salıb bürüşə-bürüşə, ağır-ağır yeriyirdilər. Dağılmış saçlarından, çökük yanaqlarından yağış suyu axırdı.

      Beləcə xeyli getdilər. Nəhayət, Ağsaqqal dayanmaq işarəsi verdi. Hamı dərhal ona tabe oldu.

      – Bax orada, sahildə, qaya altında dincəlmək üçün yaxşı quru yer var, – dedi. – Oturun, kisələrinizi açın.

      Kimi qumda oturdu, kimi də çöməldi. Oğlanlar ən yaxşı yeri Ağsaqqala saxladılar. Krek kisələrdən çıxan hər şeyi qocaya göstərdi və balaca ilanı hörmətlə ona apardı. Onun fikrincə, belə dadlı tikə Ağsaqqala çatmalıydı.

      Amma oğlanın uzanmış əlini qoca sakitcə kənar edib dedi:

      – Bu sizin payınızdır! Əgər qızardılmış ət yoxdursa, mən ağac kökü yeyəcəyəm. Buna adət etmişəm, atalarım da belə edərdilər. Mənim dişlərimə baxsanız, görəcəksiniz ki, tez-tez çiy ət, müxtəlif meyvə, kök yeməli olmuşam. Cavanlığımda hamımızın hörmətini saxlamalı olduğumuz gözəl dostumuz od dəfələrlə bizim düşərgəni tərk eləmişdi. Bəzən aylarla, hətta illərlə odumuz olmurdu, çiy qida yeyə-yeyə çənəmizi işə salmalı olurduq. Yeməyə başlayın, uşaqlar. Vaxtdır!

      Uşaqlar da acgözlüklə qocanın onları qonaq etdiyi bu yoxsul azuqəyə girişdilər.

      Səyyahların aclığını azacıq söndürən bu miskin səhər yeməyindən sonra qoca uşaqlara tapşırdı ki, dincəlsinlər.

      Onlar qızınmaq üçün bərk-bərk bir-birinə sığındılar, dərhal da ağır yuxuya getdilər.

      Bircə Krek bir dəqiqəliyə də olsun gözünü yummadı. Tezliklə onunla böyümüş əsl cavan oğlan kimi davranacaqlar. Bu fikir onu yatmağa qoymurdu. O uzanıb qımıldanmadan qocaya oğrun-oğrun, dərin məhəbbətlə, hətta bir az qorxuyla göz qoyurdu. Axı Ağsaqqal həyatı boyu nələr görməmişdi; o qədər sirli, möcüzəli şeylər bilirdi ki.

      Qoca ağac kökünü çeynəyə-çeynəyə bir-birinin ardınca yanına düzülmüş çaxmaqdaşı parçalarına ayıq, təcrübəli gözləriylə nəzarət edirdi. Nəhayət, xiyara oxşayan dəyirmi və uzun bir daş seçdi, daşı ayaqlarıyla tutub dik qoydu.

      Krek qocanın hər hərəkətini yadda saxlamağa çalışırdı.

      Daş bu təbii məngənədə sıxılan kimi qoca hər iki əli ilə başqa, ondan da ağır daş götürdü, onu bir neçə dəfə ehtiyatla çaxmaqdaşının dəyirmi başına vurdu. Daşda yüngül, güclə seziləcək çatlar əmələ gəldi.

      Sonra Ağsaqqal kobud çəkici səliqəylə döyülmüş ucluğa qoydu və bütün ağırlığını onun üstünə elə saldı ki, alnında damarları göründü. Bu zaman yuxarıdakı daşı yüngülcə çevirdi. Daşın kənarlarından uzunsov ayparaya oxşar uzun-uzun qırıntılar çıxdı. Bir yandan çıxan qırıntılar qalın və kələ-kötür, o biri tərəfdən çıxanlar isə nazik və itiydi. Onlar böyük, solmuş çiçəyin ləçəkləri kimi tökülüb quma səpələndi.

      Yabanı bal rəngli bu şəffaf qırıntılar bizim indiki polad bıçaqlardan heç də pis kəsmirdi. Amma onlar möhkəm deyildi, tez sınırdı.

      Qoca bir az nəfəsini dərdi, sonra ən iri qırıntılardan birini seçib onu yüngül, sürətli zərbələrlə döyə-döyə nizə ucluğu formasına salmağa başladı.

      Krek həyəcan və təəccübdən qeyri-ixtiyari qışqırdı. İlk dəfəydi ki, bıçaq və nizə-ox ucluqlarının necə hazırlandığını gözləriylə görürdü.

      Ağsaqqal Krekin səsinə məhəl qoymadı. O, iti ucluqları yığmağa girişmişdi.

      Amma birdən diqqətini toplayaraq dönüb çaya tərəf baxdı. Həmişəki sakit və məğrur sifətində əvvəlcə təəccüb, sonra sözlə deyilə bilməyən dəhşət oxundu.

      Şimaldan qəribə, anlaşılmaz səs-küy gəlirdi; səs hələ uzaqda idi, arabir dəhşətli nərilti eşidilirdi. Krek qoçaq idi, amma yenə də qorxdu. O, sakit görünməyə çalışdı, toppuzdan yapışıb qoca kimi ayıq-sayıq oldu.

      Səs-küy uşaqları oyatdı. Yerlərindən sıçrayıb qorxudan əsə-əsə qocanın yanına qaçdılar. Qoca onlara əmr verdi ki, ləngimədən dik qayanın başına çıxsınlar. Uşaqlar dərhal yuxarı dırmaşmağa başladılar. Əlləriylə hər daş çıxıntısından yapışır, ayaqlarını qoymaq üçün qayadakı hər yarıqdan istifadə edirdilər. Zirvəyə yaxın iri bir çıxıntıda qarnı üstə uzanıb qanamış barmaqlarını yalamağa başladılar.

      Ooca onların arxasınca gələ bilmədi. O, qayanın altında qaldı, Krek də inadla onu tərk eləmək istəmədi.

      – Ağsaqqal! – deyə qışqırdı. – Dediyin kimi, bizi naməlum təhlükə gözləyir. Sən məni sevirsən, mən də səni tərk etməyəcəm: ya birlikdə öləcəyik, ya da birlikdə qalib gələcəyik. Sən yenilməz və güclüsən, döyüşəcəksən, mən isə… əgər oradan pis adamlar, yaxud vəhşi heyvanlar çıxsa, mən onların ciyərini çıxaracam.

      Krek əl-qolunu ölçə-ölçə bu döyüşkən nitqi söylədiyi müddətdə qorxulu səs dəqiqəbədəqiqə qocayla uşağın gizləndiyi yerə yaxınlaşırdı.

      – Krek, sən cavansan, gözlərin yaxşı görür, çaya bax, nə görürsən?

      – Böyük quş dəstəsi

Скачать книгу