Yalama. Ариф Алиев
Чтение книги онлайн.
Читать онлайн книгу Yalama - Ариф Алиев страница 7
Hamı yığışanda Səlimov sözə başladı:
– Cənab zabitlər! Mənim sizi bura toplamağım onun üçündür ki, qarşımızdakı çətin vəzifənin məsuliyyətini hər birinizin dərk etdiyinə əmin olum. Bu çox vacibdir, çünki siz eyni məsuliyyəti əsgərlərinizə də aşılamalısınız. Şuşa qubernatoru Sultanovdan və dəstə rəisi general-mayor Novruzovdan məktub almışam. Yazırlar ki, Bağırbəyli istiqamətində müsəlman kəndləri tutulandan sonra Zəngəzur erməniləri ilə Dağlıq Qarabağ ermənilərinin birləşməsinə heç nə mane olmur və bu baş verərsə, Şuşa ilə Xankəndi son dərəcə kritik vəziyyətə düşəcək. Hər an hücum gözləyirlər, bizdən kömək istəyirlər. Kəşfiyyat məlumatlarına görə, daşnak generalı Dro Zəngəzurda 7 min partizan toplayıb. Gorusda polkovnik Qazarovun rəhbərliyi altında nizami piyada alayı hazır dayanıb. Əsgəran ətrafında Dəli Qazarın güclü dəstəsi mövqe tutub. Bizsə hələ hazırlıqlarımızı yekunlaşdırmamışıq, lazımi qədər qüvvə toplamamışıq. Ancaq şəraiti qiymətləndirdikdən və məsləhətləşdikdən sonra qərara gəldik ki, hərəkətə başlayaq. Əzizlərim! Sabah biz hücuma keçməklə təkcə Şuşanı, Xankəndini, orada darda qalıb kömək gözləyən dostlarımızı deyil, bütün Qarabağı, Azərbaycanımızı qoruyacağıq. Bununsa yalnız bir yolu var – qələbə! Düşmən qüvvəsini parçalayıb əzməliyik. Sözlərimi əsgərlərinizə çatdırın. Sabah saat altıda bütün hissələrdə döyüş hazırlığını şəxsən yoxlayacağam.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.