Avropa. Türklər. Böyük Çöl. Murad Acı
Чтение книги онлайн.
Читать онлайн книгу Avropa. Türklər. Böyük Çöl - Murad Acı страница 23
Radzivil salnaməsindən şəkil. Sülh əlaməti kimi təqdim olunan fincan görürük. Fin-can o zaman da türklərdə «çaron» adlanırdı. Belə fincanlara qədim Altayın qaya rəsmlərində tez-tez rast gəlinir.
Bu gün kazaklar rus adlandırılır; onlar öz əcdadlarından üz döndərib, lakin bu onların tarixlərini və geyimlərini də “rus” adlandırmağa ixtiyar verirmi?
Qədim Kiyevin şəkilləri həm də onunla maraqlıdır ki, orada ruslar da təsvir olunub. Bu ən maraqlısıdır! Şəklə əlavə edilmiş adamların paltarı Avropa geyimidir. Onların xarici görünüşü bambaşqadır. Ruslar həyatda bax belə idilər!
Salnamə səhifələrinə sonradan çəkilmiş adamın əlində təsvir olunmuş şeypur da qıpçaq şeypuru deyil. Qıpçaqlar öz nəfəsli alətlərini əymir, düz hazırlayırdılar. Qıpçaq şeypurundan biri 1153-cü ilin şəklinə düşüb. Həmin qədim şeypurlar indi də Altayda, Xakasiyada, Qırğızıstanda, Karpatda (qutsullarda), bir sözlə, Çöl xalqının nəsilləri qaldığı hər yerdə səslənir.
Hətta miniatürlədən birində ustalıqla təsvir edilmiş dəfn səhnəsi sual doğurur: doğrudanmı, rus və slavyanlar ölünü tabutda, türbələrdə basdırırdılar? Bunlar ki qıpçaq adətidir. Qəbrin dibinə isə türklərin müqəddəs ağacı olan küknar yarpaqları döşəyirdilər.
Dəfn adət-ənənələri çox mühafizəkardır, onlar nadir hallarda dəyişir. Nə vaxtsa qıpçaqlar öz həmtayfalarının nəşini qədim Şərq adəti üzrə odda yandırırdılar. Sonra ondan imtina etdilər, taxta türbələr tikməyə başladılar. Çin mənbələrində deyilir ki, Avropa ərazisində ilk dəfə tabutdan xəzərlər istifadə etməyə başlayıblar. Lakin köhnə adəti saxlamaq xatirinə onlar qəbrə, tabutun altına kül və ya ağ əhəng tökürdülər…
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.