Avropa. Türklər. Böyük Çöl. Murad Acı
Чтение книги онлайн.
Читать онлайн книгу Avropa. Türklər. Böyük Çöl - Murad Acı страница 19
IX əsrdə kiyevlilər “çudovoye move” dilində, yəni öz dillərində danışırdılar, axı onlar türk-qıpçaq idilər. Kiyev türkcə tərcümədə “kürəkənin şəhəri” deməkdir. V əsrdə salınıb, əvvəlcə onu Baştau adlandırmışlar. Sonra o, Ukrayna xaqanlığının ərazisindən keçən, “varyaqlardan yunanlaradək” gedən yolun üstündə gömrük şəhəri oldu. Orada xaqan hökmdarlıq edirdi[33].
Qonşu xaqanlıqların: Avar, Böyük Bulqar, Xəzər, Volqa Bulqarının hökmdarları da məhz bu titulu daşıyırdılar. Bütün bu xaqanlıqların hamısı Dəşt-i Qıpçaq (qıpçaqların çölü və ya poloves düzənliyi) ölkəsini təşkil edirdi. Xoşbəxtlikdən bu, yaddaşlardan silinməyib.
Bu yaxınlarda müstəqil Ukraynada Kiyevin əsasının qoyulmasının 1500 illiyi keçirilirdi. Şükür Allaha, həqiqət yada düşdü! Radio ilə qədim Kiyev Rusunun duaları eşidilirdi, moizə oxuyan aşağıdakı sözləri deyirdi: “Xoday aldında beten adem açıq bulsun”. Təəssüf ki, hansısa ağıllı həmin duanı slavyan-kilsə dilində izah etməyə başladı… Sadəlövh bir müqəddəslik!
Hər bir türk uşağı bu “qədim slavyan” mətnini izahsız da tərcümə edə bilər: “Hər bir adam Allah qarşısında açıq qəlblə dayanmalıdır”. Burada digər tərcümə ola da bilməz. Kiyev Rusunda, həqiqətən də, üzü şərqə tərəf, səmaya baxaraq türk dilində dua edirdilər. Kiyevin və Ukraynanın qədim məbədlərinin üzərindəki türk run yazıları, qədim dualar indiyədək qalır… Ukraynalı qıpçaqlar onları qorudular.
Dəşt-i Qıpçaq ölkəsi V əsrdə – 370-ci ildə Don uğrunda güclü alanlarla möhtəşəm döyüşdən sonra yarandı və türklər Avropa düzənliklərinə çıxdılar. Elə onda qıpçaq tarixinin Avropa səhifəsi açıldı. Bu ölkə Xalqların Böyük köçünün coğrafi nəticəsidir. XVIII əsrədək, I Pyotrun Azov yürüşündən sonra Malorossiyanın istilasına qədər mövcud olub. Çöl sakinlərinin indiki nəsilləri isə hətta onun adının anlamını belə tam başa düşə bilmirlər. Niyə?
Ensiklopedik lüğətdə rusiyalıların ilk vətənləri haqqında, demək olar ki, heç nə ifadə etməyən bir arayış verilir: “Dəşt-i Qıpçaq (Qıpçaq Çölü) deyəndə XI–XV əsr ərəb və fars mənbələrində İrtış çayından Dunayadək, Krımdan Böyük Bolqara qədər geniş ərazidə köçəri həyat keçirən qıpçaqların (poloveslərin) yaşadığı yer nəzərdə tutulur. XIII əsrdə monqol-tatarlar tərəfindən ələ keçirilib. XVI–XVIII əsrlərdə onun ancaq şərq hissəsi (indiki Qazaxıstanın ərazisi) bu cür adlanırdı”. Sərhədi Moskva çayından keçən türk ölkəsi haqqında olan məlumat təkcə budur.
Çöl daş heykəlləri, bu məşhur poloves «qadın ları» mon qolla rın yürüşünə qə dər çöl mədə niy yə tinin fərqləndirici nişa nə si idi.
Hətta “dəşt” sözü də nə üçünsə, məlum olduğu kimi, düzənliyi olmayan İrana aid edilib. Ensiklopediyanı tərtib edənlərin heç ağıllarına gəlməyib ki, öz Vətənlərini adlandırmaq üçün qıpçaqlar fars sözünü neynirdilər.
Bəli, söz türklərə sanskritdən[34] keçib, lakin onlarda tamamilə yeni məna, daha dərin, daha obrazlı şəkil alıb. Qədim türk dilində “taşta” sözünün bir neçə mənası var idi, o cümlədən həm də “xaricdə” deməkdir. Öz qədim Vətənindən, Altaydan getmiş, tanış olmayan çölə düşmüş, xaricdə olan xalq daha dəqiq söz tapa bilməzdi.
Məhz xaric türk-qıpçaqların yeni Vətəni oldu, beləcə, Dəşt-i Qıpçaq adı yarandı. Başqa cür demək də olmaz… Buradan isə indiyədək də qıpçağın qəlbini isidən step[35] (rusca “çöl”) sözü peyda oldu.
Salnamə səhifələrindəki şəkillər
Rusun və Kiyev şəhərinin qəribə tarixi var… Lakin həqiqətin izləri burada da qalıb, özü də ən görkəmli yerdə. Bu izlər – salnamələrdəki şəkillərdir, onlar sözlərdən də çox şey deyir. Ancaq onları düzəltmək heç kəsin ağlına gəlməyib. Rus tarixinin redaktorları daha çox mətnin qayğısına qalıblar, şəkilləri isə sadəcə olaraq gözdən qaçırıblar.
Akademik B.A.Rıbakovun kitabları buna əla nümunədir. Onlar əla poliqrafik görünüşə malikdir və gözəl illüstrasiya ilə fərqlənir; kitabların qiymətli olmasını, bəlkə, elə bu təşkil edir. Salnamə üzərində olan şəkillərdə adamlar qıpçaq geyimində, qıpçaq zirehində, əllərində qıpçaq silahı, qıpçaq memarlığına aid binanın yanında dayanmış, qıpçaq mebeli üstündə əyləşmiş, qıpçaq məişət əşyalarından istifadə edən vəziyyətdə təsvir edilmişlər. Şəkillərdə adamlar tipik qıpçaq kimi enlisifət çəkilib. Onları heç kimlə səhv salmaq olmaz. Lakin müəllif heç düşünmədən onlara ukraynalı da yox, rus deyir.
Axı bir insanın da, bir xalqın da portretini onun əşyaları ilə, həmin əşyaların detalları ilə yaradırlar. Hərdən tanımağa bir kiçik ştrix kifayət edir. Geniş şlyapa ilə meksikalını, kimono ilə yaponu tanımaq mümkündür.
Əlbəttə, o cür adlı-sanlı alimi etnoqrafiya tarixinin əlifbasını bilməməkdə təqsirləndirmək olmaz. Müxtəlif sənədlər üzərində apardığı təhlillər və gəldiyi nəticələr onun işin mahiyyətini dərindən bildiyinə inam yaradır. Buna misal olaraq Radzivil (Lavrenti)[36] salnaməsini, daha dəqiqi, onun illüstrasiya ilə zəngin rus nüsxəsini göstərmək olar. Mətn 1130–1140-cı illərə aiddir. Burada onlarca miniatür mövcuddur, necə deyərlər, bütöv bir xəzinədir.
B.A.Rıbakov təsdiq edəndə ki rəssamın qarşısında “Kiyev rəssamları tərəfindən illüstrasiya ilə dopdolu işlənmiş, daha zəngin bir əsər dururmuş”, əlbəttə, haqlı idi. Görünür, belə də olub. Lakin Vladimirdə mətni qısaltdılar və ya yandırdılar. Amma köçürülmüş şəkillər qaldı.
Məgər rus tarixi arxivinin rəflərində ancaq slavyan dilində yazılmış Şimali Rusa aid sənədlərin qalması adamı şübhələndirmirmi? Bəs türk sənədlər toplusu hanı?
Guya onların ümumiyyətlə mövcud olmadığına dair fikirlər isə sadəcə gülüncdür. Nədir, yoxsa Rusiyanın cənub torpaqlarında monastırlar olmayıb? Ya da savadlı adamlar yox idi? Bəlkə, şəhərlər mövcud deyildi?.. Novqorod, əlbəttə, yaxşıdır, bəs Bryanskın (Birinçi) ondan nəyi geri qalır? Novqoroddan xeyli əvvəl, IV–V əsrlərdə meydana gələn bu qədim qıpçaq şəhərinin mədəni ənənələri zəif araşdırılıb. Şəhər Böyük Çölün mənəvi mərkəzi, onun paytaxtı idi. Avropa burada “öz universitetlərini” keçirdi.
Əlbəttə, gec-tez Rusiyanın cənubundakı şəhərlər öz sözünü deyəcək, Böyük Çöl
33
Lakin istisna deyildir ki, şəhərin adı “kıya” və yaxud da “kiya” sözündən götürülmüşdür. Türk dilində, görürsünüz, yenə də türk dilində, bu söz “məhdudlaşdıran”, “sərhəddə yerləşən” mənasını daşıyır. Yəqin ki, bu söz şəhərin dəqiq adını göstərirdi; V əsrdə o, çay üzərində yerləşir, sərhəd və gömrük funksiyasını daşıyırdı. O, türk ölkəsi olan Dəşti Qıpçağın şimal qapısı idi və ölkənin xaqanlığından biri də “kənarda” və ya “kənarında yerləşən” mənasını ifadə edən Ukrayna xaqanlığı idi. Maraqlıdır, “Kiy” toponiminə tez-tez rast gəlinir; məsələn, Xəzər dövləti ilə Böyük Bulqariyanın arasında yerləşən şəhər də belə adlanır, o da sərhəd funksiyasını daşıyır və indi orada Kiyevskaya stanitsası yerləşir. Bəs Ağ dənizdə, Solovets monastırı yaxınlığında yerləşən ad? O da Kiy adlanır. Onun da sərhəd funksiyası vardır. Monastırı, məlumdur ki, türklər tikmişlər.
34
35
36
Radzivil salnaməsini Köniqsberq salnaməsi də adlandırırlar. Ən qədim şəkilli salnamələrdən sayılır. Günümüzə iki nüsxəsi gəlib çatıb. Adı XVII əsrdə onun ilk nüsxəsinin sahibi voyevoda Yanuş Radzivilin və XVIII əsrə qədər bu nüsxənin saxlanıldığı Köniqsberq şəhərindən götürülüb.