Avropa. Türklər. Böyük Çöl. Murad Acı

Чтение книги онлайн.

Читать онлайн книгу Avropa. Türklər. Böyük Çöl - Murad Acı страница 14

Автор:
Жанр:
Серия:
Издательство:
Avropa. Türklər. Böyük Çöl - Murad Acı

Скачать книгу

yazılma qaydalarına görə tanış olan run və qlaqolitsanı təkrarlayırdı.

      Türk mədəniyyətini xatırladan hər şeyi məhv edən rus tarixçiləri və siyasətçiləri açıq saxtakarlığa əl atdılar; məsələn, “slavyan” yazısı ilə bağlı əfsanə buna bir nümunədir. Amma təəssüf ki, bu, tarixdə yeganə belə hadisə deyil.

      Qıpçaq Kiril və Mefodini “slavyanların ilk maarifçiləri”nə çevirən rus salnaməçiləri sonra qoca Kirili (daha dəqiq desək, Konstantini) xristianlaşdırma missiyası ilə Kiyevə göndərdilər. Amma bir şeyi nəzərdən qaçırdılar ki, zəmanələrinin bu böyük insanlarının izi qeyri-rus mənbələrinə də düşüb və orada Kiyevə getməkdən söhbət belə getmir.

      Rusiyanın xristianlığı qəbul etməsi müəmması

      Kiyev Rusunun xristianlaşdırılması ilə bağlı da çoxlu qaranlıq məqamlar var. Bunu yalan da adlandırmaq olmaz! Burada az qala hər şey güman və fərziyyələrdən ibarətdir. O cümlədən xaç suyuna çəkilmənin tarixi də.

      Bu məsələ üzərində illərdir ki, mübahisə gedir. Baxmayaraq ki rəsmi olaraq xristianlaşdırılma aktının 449-cu ilə, Kiyevin də daxil olduğu Efes Kilsə Məclisində Skif yeparxiyasının yaradıldığı vaxta təsadüf etdiyi məlumdur. Lakin bu faktın rus tarixinin slavyan başlanğıcı ilə düz gəlmədiyini sezmək üçün böyük zəhmət çəkmək lazım deyil, ona görə də yalan söyləməkdən başqa yol qalmırdı.

      Hələ anadan olmamış Rusu guya xaç suyuna çəkmiş Andrey Pervozvannı haqda əfsanə uyduruldu (bu əfsanə, çox güman, XII əsrdə meydana gəlib). Apostol (həvari) Andreyin fəaliyyəti haqqında Origenə[19] istinadən Qeysəriyyəli Yevsevinin[20] “Tarix” əsərində məlumat verilir, lakin orada ancaq onun Skifiyanı[21] ziyarət etməsindən danışılır.

      Andreyin qədim Rus ərazisinə “səyahəti” məşhur alman tarixçisi L.Müllerin dəqiq ifadəsinə görə, sadəcə olaraq ancaq gülüş doğurur, bu, “Rusiyada çoxdan gəzən lətifədir”. Yorulmaq bilməyən Müller “Rusiyanın xaça çəkilməsi” əsərində əfsanənin necə yarandığını müşahidə etmişdir. Bu nağılı yaradanları ancaq bisavadlıq cuşa gətirirdi. Slavyanlara öz tarixi kökləri lazım idi. Buna görə də müqəddəs apostol (həvari) Andreyin Rus ərazisinə “səyahəti” ətraflı məlumatlarla “zənginləşdirilirdi”.

      Alman tarixçisi “səyahətin” birinci variantının meydanagəlmə tarixini “hesablayıb” dəqiqləşdirə bilib: bu, Vladimir Monomaxın dövrünə təsadüf edir, daha dəqiq desək, 1102-ci ilə.

      Bu açıq cəfəngiyyat Rusiyaya haradan gəlib? Bizansdan. Orada da apostol Andrey haqqında əfsanə uydurmuşdular: guya o, gələcək Konstantinopolun yerində olmuş və guya orada ilk xristian icmasını yaratmışdır. Lakin Bizansda onun “gəlişini” çox az-az yada salırdılar.

      Tarix elmi Rus kilsəsinin başında kimin dayandığı, ibadətin hansı dildə aparıldığı, Rusun xaça çəkilmə prosesinin necə və harada keçirildiyi haqqında məlumata malik deyil. Nəyisə qəti surətdə təsdiq etmək burada yersizdir. Çünki heç nə məlum deyil!

      Ancaq arxeoloqlar dəqiq müəyyənləşdirmişlər ki, Kiyevdə məbədlər Rusun rəsmi surətdə xristianlığı qəbul etməsindən xeyli əvvəl mövcud olmuşdur; məsələn, Müller və digər müəlliflərin adını çəkdikləri və Poçayna çayının sahilində yerləşən Peyğəmbər İlya məbədi. Məbədlər olmuşdur, lakin bunlar nə məbədlər idi? Orada ibadət kimlər üçün edilirdi?

      Xelq (Oleq) şəhəri tutduqdan sonra da orada məbədlər var idi. O vaxt, 882-ci ildə, hələ Rusiyanın rəsmi xaç suyuna çəkilməsindən yüz il əvvəl, bu varyaq qulduru Odinə olan etiqadını kiyevlilərə qəbul etdirməyə çalışırdı, lakin onlar möhkəm müqavimət göstərərək Səma Allahı – Böyük Tenqriyə sədaqətlərini qoruyub-saxlayırdılar.

      Bəlkə, məhz buna, təkrarolunmaz ruhlarına, Allaha daha çox bağlılıqlarına görə ukraynalıları xoxol adlandırdılar? “Xoxol” sözü türk dilindən daha gözəl tərcümə edilir: “Səmanın oğlu”. Ölüm və qorxunun acığına “Səma oğulları” müqəddəs Georgi adasına toplaşır, Poçayna sahillərində müqəddəs İlya məbədinə gedirdilər. Hətta Kiyevi ələ keçirmiş rus knyazların da ətrafında xristianlar kifayət qədər idi. Haradan?

      Knyaz Vladimirin dövrünə aid sikkələr (ön və arxa tərəfi)

      Tarixin yenidən yazılması

      Tapmacalar, sirlər… Onlar hər tərəfdədir. Ona görə də Rusiyanın rəsmi tarixinin elə ilk səhifələrində bəzi mühüm hadisələrin şərhi zamanı uyğunsuzluqlar meydana çıxdı. Lakin bu, siyasətçilərə sərf edən “uyğunsuzluqlar” idi. Qərara gəldilər ki, Böyük Çölü, o zaman planetdə ən böyük olan bütöv ölkəni gizlətsinlər.

      Bir daha qeyd edək ki, ruslar varyaq adları daşıyırdılar, bu da təbii idi. Sonralar bu adlar rus salnaməçilərinin səyləri ilə slavyanlaşdırıldı: Xelqa Olqa, Valdemar Vladimir, İnqvar İqor oldu. Sənədlərdə aşağıdakı adlar – Xelqa və Xelq, Valdemar, Qunnar, Vermund, Faulf, İnqald qeyd olunub. Bunlar X əsr Kiyev hakimləridir.

      Slavyanları hakimiyyətə yaxın qoymurdular, onlar taxt-tacdan kənarda dururdular. Bu haqda Kiyev knyazları ilə Bizans arasında 911-ci ildə bağlanmış müqavilənin mətni inandırıcı şəkildə şahidlik edir.

      Marko Polonun təsəvvürünə görə dünya (1254–1324). O, «Rusiya» haqqında indiki Norveçlə həmsərhəd olan, soyuq şimal ölkəsi kimi söz açır. «Rusiyadan» cənubda Böyük Çöl başlayırdı.

      Müqavilə belə başlayır: “Biz, Rus nəslindən olan, Karl, İngelot, Farlov, Veremid, Rulav, Qudı, Raul, Karn, Flelav, Rüar, Aktutruyan, Lidulfost, Stemid…” Baxın, Rusu danışıqlarda kimlər təmsil edirdi, hakimiyyətdə kimlər idi və kimlərə Rusun adından danışıqıar aparmaq etibar edilirdi.

      “İlk rus adamlarının ‒ varyaqların və onların drujinaçılarının adları skandinav mənşəli idi”, ‒ deyə məşhur rus tarixçisi V.O.Klyuçevski (1841–1911) qeyd edirdi. Təbii ki, belə də olmalı idi, axı onlar varyaq idi! Özü də isveç dilində danışırdılar. Adıçəkilən müqavilədə rus və yunanların “satın alınmış kölə” olmadıqlarını sübut edən bir neçə maraqlı sətir var. Başqa cür desək, ruslar və yunanlar özlərini kölə tacirləri kimi təqdim edirdilər.

      Lakin müqavilənin bu maddəsi slavyanlara aid deyildi. Slavyanlar ruslar üçün “canlı satlıq məhsul”, hərbi qənimət, gəlir mənbəyi rolunu oynayırdılar. Bizans imperatoru Qırmızı xalatlı VII Konstantin və digər müəlliflər yazırdılar ki, onları (slavyanları) ruslar qul bazarlarında satırdılar. Avropada “slavyan” və “qul” sözləri sinonim təşkil

Скачать книгу


<p>19</p>

Origen – Origen Adamant [185 (İsgəndəriyyə)–254 (Tir)] – yunan xristian ilahiyyatçısı, filosofu və alimi

<p>20</p>

Qeysəriyyəli Yevsevi – Yevsevi Pamfil [263 (Fələstin)–339 (Qeysəriyyə)] – romalı tarixçi, ilk dövr xristian ilahiyyatçılarından biri; kilsə tarixinin atası sayılır.

<p>21</p>

Skifiya” – yunanlarda: özündə tarixi və ya etnoqrafık cizgidən çox, coğrafi əlamət daşıyan ümumiləşdirilmiş sözdür. Onlar Qara dənizdən şimalda yerləşən ərazini və bu ərazidə məskunlaşan xalqları belə adlandırırdılar. Yunanlar öz “cəhalətləri ucbatından” (N.M.Karamzinin ifadəsi) eyni kökdən olan (!) tayfaları yox, yerdə qalan bütün Avropanın (Qərbi və Şərqi) əhalisini skif və keltlər adlandırırdılar.