Avropa. Türklər. Böyük Çöl. Murad Acı
Чтение книги онлайн.
Читать онлайн книгу Avropa. Türklər. Böyük Çöl - Murad Acı страница 11
Savaoy ulusunun izləri ilə də getmək olar. Bu toponim də görünməz tellərlə coğrafi xəritədə əks olunur, o da Altaydan gəlib… Gəldiyi vaxt isə Xalqların Böyük köçü ilə üst-üstə düşür. “Terinq” sözü də bu cür tarixi səyahətdə kompas rolunu oynaya bilər.
“Terinq” türk dilində “nəsə bol” deməkdir; məsələn, geniş, bərəkətli vadi haqqında belə deyirdilər. Balxaşdan (əvvəllər bu göl Terinq-göl adlanırdı) Mərkəzi Avropayadək bu toponim nəzərə çarpır. Təsadüfdürmü? Qərbi Avropa ədəbiyyatına görə, Attilanın müttəfiqləri məhz terinqlər (türinqlər), burqundlar və digər “alman tayfaları” olmuşlar. Onların hamısı bacarıqlı süvarilər idi, üzərində xaç çəkilmiş bayraq altında vuruşurdular… Artıq tarixçi İordanın terinqlər, onların atçılıq sənəti haqqında olan sözləri təəccüblü səslənmir… Yerli avropalılar o dövrdə at yetişdirmirdilər! Və kumıs da içmirdilər. Bu, türklərin sevimli məşğuliyyətidir.
Dunayın xəritəsinə nəzər salaq – əsl qıpçaq adları meşəsidir. Sözgəlişi, “balkanlar” türk dilində “meşə ilə örtülü dağ silsiləsi” deməkdir. Azərbaycanın rayonlarından biri belə adlanır və meşə ilə örtülü əsrarəngiz gözəl dağları var.
Deyirlər ki, qaradağlılara Balkanlarda “karatayevlilər” deyib sataşırlar, niyə? Türk dilini bilmədən cavab verə bilməzsən. Cavab isə çox sadədir. “Kara” – qara, “tau” – dağ deməkdir. Deməli, “karatayevlilər” və “qaradağlılar” eyni sözdür.
Avrasiyanın xəritəsində türk toponimləri göydəki ulduzlardan bir qədər azdır. Lakin onlar haqqında haradasa oxumaq çətindir. Düzdür, bu mövzuda kitablar nəşr olunub, lakin xaricdə. Çox az alimin onlardan xəbəri var. Onlardan biri tanınmış coğrafiyaçı Eduard Makaroviç Murzayevdir. O, ola bilər ki, həyatının ən əsas işini görmüş, “Türk coğrafi adları” kitabını yazmışdır… Kitab gülünc bir tirajla (cəmi beş yüz ədəd) buraxılmışdır.
Böyük Çölün sərhədləri İngiltərədə də pis sezilmir. Onlar V–VI əsrlərdə türklərin (sakların ulusu və yaxud saksların?) rəhbərliyi altında olan anqlosakson yürüşləri haqqında xatirələrdir.
Aborigenləri məğlub edən qıpçaqlar özlərinin “ada” dövlətlərini yaratdılar, əvvəl yurta, sonra isə krallığa ad verən Kent şəhərini saldılar. “Kent” türkcə “daş qala” deməkdir. O, adanın içərisinə doğru irəliləmək üçün meydan rolunu oynamalı idi. Onun əks tərəfində, qitədə Kale[17] şəhərini saldılar, buradan da məlum olduğu kimi, anqlosakson yürüşləri başlandı, burada Pa-de-Kale boğazından keçid hazırlanırdı. Xəritə bu məlumatı təsdiq edir.
Lakin ola bilər ki, ən maraqlısı da budur, toponimikanın göstərdiyi lap üzdə yerləşir. “İnq” qədim türk ifadələrinə görə “qənimət” deməkdir. “İnqlend” – “Əldə edilmiş torpaq” sözü buradan yaranmayıbmı?.. Mübahisəlidir? Ola bilər. Lakin türklər buraya gələnədək adalar Albion adlanırdı.
Əvvəlcə düşünmək, sonra isə mübahisə aparmaq üçün başqa bir fakt: İnqlenddə olan kilsə Roma papalığını tanımırdı, ancaq papa Böyük Qriqori onların inamını qazana bildi. İngilislər yalnız Şərq ayinləri adətlərinə əməl edirdilər. Niyə? Bu ayinlər adalara necə gəlib çıxıb? Onları nə üçün arianlar adlandırırdılar, niyə? Ən birinci abbatın adı Aydan idi. Bu, türkcə “işıqlı” deməkdir. O, aborigenlərə Səma Allahına inam bəsləməyi öyrədirdi. Niyə? Abbat ada torpağında tərcüməçi ilə gəzirdi. Yenə də niyə?
Yeri gəlmişkən, ucqar İngiltərədə çoxdan tarixi abidələrə çevrilmiş kurqanlar haradandır? Bunların eynisi olan kurqanlar Böyük Çölün digər torpaqlarında da vardır. Şotlandiyada isə onlar yoxdur… İngilislər onların sevimli oyunu olan polonun (əllərində çubuq, at üstündə) Xalqların Böyük köçündən əvvəl Altayda yarandığını bilirlərmi? Orada taxta topu yox, düşmənin dəri kisəyə bükülmüş başını qovurdular. Türklərdə bir sıra qədim oyunlarla yanaşı, bu oyun da unudulmamışdır.
Qıpçaqların qanı bəzi ingilislərin damarlarında hələ donmamışdır. Hərəkətləri və xarici görünüşləri onların kökündən xəbər verir… İngilis qıpçaqları, görünür, əcdadlarının hələ anqlosakson yürüşlərindən xeyli əvvəl işlətdiyi “özgə şalvarını geymə” məsəlini unudublar. Onları geyinməklə əslini gizlədə bilməzsən.
Qıpçaqlar dünyanın yarısını fəth edib sanki tarixdən yoxa çıxdılar. Hər iri ara müharibələrindən sonra ulus ulusun ardınca Dəşt-i Qıpçağı tərk edir, yaxud başqa “yeni” bir xalqa çevrilir, başqa biriləri ilə qarışırdı. Türklər günəşdə qar kimi əriyirdilər.
Nə göy, nə yer aralandı, xəstəlik, ölüm
Bizə dolaşmadı, bəs niyə və kim,
Ey türk xalqı, cavab ver, kim və niyə
Qanun və hakimiyyətini məhv etdi sənin?
Sən, sən özün, ey xalq, torpağın qarşısında,
Sənə xidmət etmək istəyən xaqanın önündə,
Öz qarşında sən günah işlətdin,
Özün püşk ataraq Bəlanı seçdin.
Axı zirehə bürünmüş heç kəs gəlmədi
Səni məhv etməyə, kölə etməyə.
Axı qılıncı səninkindən iti olan heç kəs gəlmədi
Səni fəth etməyə, əyməyə, yox etməyə.
Ey mənim türk xalqım…
Şair Anatoli Prelovski türk hökmdarı Kül-Tiginin ölümündən sonra xalqına daş üzərinə yazılmış olan müraciətini belə tərcümə etmişdir. Mətn elə bil dünən run yazısı ilə daş üzərində həkk edilib. Əslində isə onun min il yaşı var.
Yəni həqiqətənmi Bəla bizim daxilimizdədir?.. Yox! Bəla əbədi deyil. Düşmənin dilindən gələn söz qıpçaqlar üçün zəhər oldu, qoy həqiqi söz dərman olsun.
I hissə
“Moskal tarixi”
Dəşt-i Qıpçaq, onun faciəsi haqqında hekayəni ən yaxın və ən məlum olandan, taleyin hökmü ilə türk ölkəsinin tarixi varisi, ancaq bununla razılaşmağa tələsməyən Rusiyadan başlamaq lazımdır.
Olduqca gülünc vəziyyət alınıb: Sibirdə xarici görünüşündə slavyan izi olmayan minlərlə açıq-aşkar monqoloid tıpli adam yaşayır, lakin özlərini rus adlandırır, ancaq rus dilində danışır, rus adları daşıyırlar. Bu gün xalis asiyalılar da özlərini
17
“