Avropa. Türklər. Böyük Çöl. Murad Acı
Чтение книги онлайн.
Читать онлайн книгу Avropa. Türklər. Böyük Çöl - Murad Acı страница 8
Çölə isə bizim alimlər bütöv xalqları (heyvanları, yükləri ilə birlikdə) “köçürmüşlər”. Onlar – bu “kabinet sakinləri” bilmirlər ki, çöl dözülməz boranları olan şiddətli qış deməkdir, çöl yandırıcı susuzluğu ilə qızmar yay deməkdir, tam tənhalıq, istiqaməti müəyyənləşdirməyin mümkün olmaması deməkdir. Çöl türklərin qarşısına məhz belə qorxunc halda çıxmışdı.
Qıpçaqlar çölə doğmalaşana qədər onilliklər keçdi və onlar dedilər: “Bizim çöl”. Və çöllə qərbə sarı getməyə başladılar.
Xalqların Böyük köçü möhtəşəm bir hadisədir. Lakin bu nə idi? O necə görünürdü? Bunun qeyri-mütəşəkkil bir izdihamın harasa irəlilədiyi bir proses olduğunu demək düzgün olmazdı. Çöldə insanların heyvanlar üçün otlaq axtararaq avara-avara dolaşdığını hesab edən “köçəri sivilizasiya” nəzəriyyəsi çox ibtidai və sadədir. O, həyatın reallığını nəzərə almır. Yüksək inkişaf etmiş türklər üçünsə bu, ümumiyyətlə, yaramır. Həyat bundan qat-qat mürəkkəb idi.
Ola bilər ki, xalqların köç etməsinə yeni – quru yol nəqliyyatının ixtira edilməsi təkan verdi. Yüngül gəzinti arabası, ağır arabalar, təkər üstündə koma… Ola bilər ki, hər şey başqa cür olub, heç ixtiralardan başlamayıb. Həqiqətdə nə olduğunu biz heç vaxt bilməyəcəyik, nəyin əvvəl, nəyinsə sonra baş verdiyini öyrənməyimiz mümkün olmayacaq. Aydın olan odur ki, II əsrdə qərbə sarı nə izdiham, nə insan toplusu, nə də köçərilər ordusu hərəkət edib.
Arxeoloqların tapıntılarının sayəsində məlum olmuşdur ki, çöldə yeni yaşayış məskənlərinin, şəhərlərin və stanitsaların əsası qoyulur, yollar çəkilir, çaylar üzərindən körpülər salınırdı… Ərazinin mənimsənilməsi prosesi gedirdi, bu, ləng gedən, əziyyətli işdir. Məskunlaşmaq, çoxlarının təsdiq etdiyi kimi, “hunların yürüşü” deyil. Hətta süvarı yürüşü də deyil. Türklər çölün dərinliyinə doğru ildə qırx kilometr (!) irəliləyirdilər. Bu, atın bir gündə gedə biləcəyi məsafəyə bərabərdir. Düzdür, ildən-ilə də fərq var idi və bu, təbiidir. Altaydan Atlantik okeanına qədər gəlib çatmaq üçün türklərə iki əsr yarım vaxt lazım olmuşdu.
Bu əzablı yol iki əsr yarım çəkmişdi. Adamlar yeni yerə gəlir, onu məskunlaşdırır, sonra onların böyük övladları irəli gedirdilər ki, hər şeyi yenidən başlasınlar. Kiçik uşaqlar isə o dövrün adət və ənənəsinə görə valideynləri ilə qalırdı (yeri gəlmişkən, bu qədim adət xalq arasında indiyə qədər qalır).
Nə deyirlərsə desinlər, Xalqların Böyük köçü irəliyə doğru düşünülmüş hərəkət idi. O, qəflətən, heçdən yarana bilməzdi. Ona yeddi əsr hazırlıq getmişdi! Türklər metal əritmək üçün kürəni icad etdiyi andan. Böyük Çölə yollar birdən-birə salınmadı, suvarma kanalları çəkilmədi. Bir an içərisində yaşayış məskənləri arasında rabitə (yamlar) yaranmadı. Zəhmətə və düzgün qərarın axtarılmasına onilliklər sərf edildi… O vaxta kimi ki, Çöldə Şambkalanın prototipi olan, çiçəklənən Yeddisu və digər vahələr meydana gəldi. (Akademik A.X.Marqulana onları tədqiq etməyə imkan vermədilər.)
Onlar sehrli çubuğun hərəkəti nəticəsində meydana gəlmədi. Onları insanlar tikdilər, özü də bu adamlar nə tikdiklərini və necə tikdiklərini bilirdilər.
Əlbəttə, bütün bunlar “köçəri vəhşilər” nəzəriyyəsinə uyğun gəlmir… Lakin Böyük Çöldə o türk sivilizasiyasının qalıqları hələ də qalmaqdadır. Ondan əlavə, türk mədəniyyətindən bəhs edən Çin, fars, ərəb salnamələri də vardır.
İki min il əvvəl Altaydan qərbdə özünəməxsus mədəniyyəti olan möcüzəli bir ölkə yaranmağa başladı. Tez bir zamanda o, dünyanın mənəvi mərkəzinə çevrildi. Bu fakt dünya tarixində artıq müəyyən edilmişdir.
Bura təhsil almağa gəlirdilər!.. Görünür, Tenqri-Tauya gələnlərdən biri də Yeşua adlı yəhudi olmuşdur. Onun Allahın göndərdiyi süvarilərin gəlməsinin qaçılmaz olduğu haqqında xatirələri xristianların qədim kitabı olan “Apokalipsis”də qeyd olunub. Sonralar “Yeşua” adı “İisus Xristos”a çevrildi… O, Altaydan başqa heç bir yerdə atlı qoşun və Göy Allahına qulluq edən ruhanilər görə bilməzdi.
Nə mənəvi, nə maddi cəhətdən, nə də hərbi sahədə qıpçaqlar kimdənsə zəif idilər. Bu fikri nəinki Şərqin qədim salnamələri, həm də digər xalqların əfsanə və nağılları təsdiq edir; məsələn, “Aktaş” dastanı türklərdən birinci olaraq Volqa sahilinə gələn və “İdeldən Qafqaza qədər torpaqları özünə tabe edən” əfsanəvi Aktaş xandan bəhs edir. Qonşular onunla ittifaq bağlamağa çalışırdı… Keçmişi qiymətli daşlarla işıqlandıran digər əsərlər də var.
Lakin türklərdən kimsə bu gün o dövrün böyük xadimlərinin adını çəkə bilərmi? Onların yürüşləri və nailiyyətləri haqqında harada oxumaq olar?
Məşhur Britaniya ensiklopediyasında türklərin ölkələri haqqında məlumat var. Lakin Avropanı türk (qıpçaq) mövzusu avromərkəzçilik ideyası imkan verdiyi qədər maraqlandırır. Onlara (öz ideyalarına görə) bütün dünya Avropaya əlavə kimi görünür.
Buna görə də biz Balamir xanın nə etdiyini bilmirik. Çar Xaratonun necə yüksəldiyindən də xəbərimiz yoxdur. Arif şəxs olan Donat özünü nə ilə əbədiləşdirmışdir? “Köçərilər” barədə monoqrafiyalarda onlar haqqında bir sətir də yazılmayıb.
Görünür, müəllifləri məhz qıpçaq xanları Balamir, Xaraton və Donatın çöl sakinlərini Avropaya gətirdikləri, Bizans və Roma dövlətlərinin türklər qarşısında baş əydikləri barədə düşünmək belə dəhşətə gətirir. Türklərin içərisində böyüklərdən böyük olan, bizim xalqın fəxri olan Attila haqqında hələ tarixi həqiqət söylənilməmişdir.
Türklərin Böyük köçünü Attila başa çatdırdı, Avropa onun ayaqları altında idi, xərac ödəyirdi… Lakin indi o hadisələr haqqında tamam başqa cür danışırlar. Türklər öz tarixlərini bilmirlər və bu tarixi onlardan gizlədirlər.
Məğlubedilməz Attilanı Roma ordusu deyil, Avropanın birləşmiş ordusu deyil, öz böyüklüyü məğlub etdi. Bu, ağır yük idi. O, Attilanı əzdi. Attila xalqının əlindən sülhü və əmin-amanlığı aldı! Sərkərdə öləndən sonra yüz səksən dörd (!) oğlu qaldı, qızları saymırdılar. Atanın taxtına namizədlər, damarlarında Attilanın qanını daşıyanlar sakit otura bilərdilərmi? Əlbəttə yox. Şiddətli daxili müharibələr başlandı… Türklər özləri ilə vuruşurdular. Boyunlarına qul xaltası taxana qədər…
Xalq