Canlı əhvalatlar. Cek Kenfild

Чтение книги онлайн.

Читать онлайн книгу Canlı əhvalatlar - Cek Kenfild страница 3

Автор:
Жанр:
Серия:
Издательство:
Canlı əhvalatlar - Cek Kenfild

Скачать книгу

yeri çatlatmaq istəyirəm! Cavan budaqlar açmaq, yazın gəlişini xəbərləmək istəyirəm. Bütün bədənimdə günəşin istiliyini, yarpaqlarda isə – səhər şehinin ətrini duymaq istəyirəm.

      Bunu deyib boy atdı.

      İkinci buğda cavab verir:

      – Mən isə qorxuram. Dərin kök atmaqdan qorxuram, axı orada qaranlıq və qorxuludur. Yer qatını qırmaqdan qorxuram – cavan budaqlarıma axı ziyan vuraram. Yarpaqlamaqdan qorxuram – axı ilbizlər onları yeyəcək. Gül açanda isə istənilən uşaq məni torpaqdan qopara bilər. Yox, yaxşısı budur, mən daha yaxşı zamanları gözləyim.

      Bunu deyib gözləməyə hazırlaşdı.

      Yaxından toyuq keçirdi, pəncəsi ilə torpağı qurdaladı, qətiyyətsiz buğdanı görən kimi dənlədi.

      Əxlaqi nəticə: kim ki risk etməkdən və böyüməkdən qorxursa, onu mütləq dənləyəcəklər.

Patti Hansen

      İT ÜÇÜN XİDMƏT

      Ölkənin Orta Qərbində məzuniyyətini keçirmək istəyən bir şəxs kiçik bir mehmanxanaya məktub yazır:

      “İtimi də özümlə gətirmək istəyirəm. Çox səliqəli və tərbiyəli ev itidir. Onu da mənim otağımda yerləşdirməkdən imtina etmirsiniz?”

      Mehmanxana sahibi ona belə bir cavab yazır:

      “Neçə ildir mehmanxana işlədirəm. Bir dəfə olmayıb ki, it məndən dəsmal, yataq dəsti, yemək dəsti, yaxud divardan şəkil oğurlasın.

      Heç vaxt gecə yarısı mehmanxanadan sərxoş it qovmalı olmamışam. Elə bir hal da olmayıb ki, it hesabı verməmiş mehmanxanadan əkilsin.

      Sizin itinizi qarşılamaqdan çox şad olaram, əgər sahibinə zamin durursa, Sizi də özü ilə gətirə bilər”.

Karl Albrext və Ron Zenke

      ABRAHAM LİNKOLN TƏSLİM OLMADI

      Hər birimizin daxilində bir borc hissi var. Məqsədimizə doğru inadkarlıqla getmək – müqəddəs borcumuzdur. Bu borc mənim vəzifəmə çevrildi.

Abraham Linkoln

      Abraham Linkolnun həyatı inadkarlıq və iradənin gücünə böyük nümunə ola bilər. Bu insan heç vaxt çətinliklərə boyun əyməyib.

      Linkoln yoxsul ailədə anadan olub, uğursuzluqlar onu bütün həyatı boyu izləyib. Səkkiz seçkini uduzub, iki dəfə biznesdə fiaskoya uğrayıb, bir neçə dəfə əsəb sarsıntısı keçirib.

      Uğursuzluq Abrahamı da sındıra bilərdi, amma o, təslim olmadı və nəticədə Birləşmiş Ştatların tarixində ən əfsanəvi prezidentə çevrildi.

      Aşağıda Linkoln Ağ Evə gəlməmişdən keçdiyi həyat yolu mərhələlərlə təsvir olunub.

      1816. Ailəsi evsiz qalır. Linkoln ailəsinə kömək üçün işləməyə başlayır.

      1818. Anası dünyasını dəyişir.

      1831. Biznesi məhv olur.

      1832. Qanunverici orqana namizədliyini verir, amma keçmir.

      1832. İşini itirir, hüquq fakültəsinə girmək istəyir, kəsilir.

      1833. Yeni iş qurmaq üçün dostundan borc götürür, amma ilin sonunda müflisləşir və on yeddi il borc qaytarır.

      1834. Qanunverici orqana yenidən namizədliyini verir, bu dəfə uğur qazanır.

      1835. Nişanlanır, amma nişanlısı ölür. Uzun müddət kədərdən özünə gələ bilmir.

      1836. Xəstələnir, yarım il yataqdan qalxa bilmir.

      1838. Qanunverici orqanın spikeri seçilir, amma lazım olan səs sayını toplaya bilmir.

      1840. Prezident seçkilərində seçki nümayəndəsi kollegiyasına seçilmək üçün namizədliyini verir, amma cəhdi uğursuz alınır.

      1843. Konqresə seçilir, amma sonradan keçmir.

      1846. Yenidən namizədliyini verir, qalib gəlir, Vaşinqtona köçür və yaxşı iş alır.

      1848. Konqresə yenidən seçilir, amma sonrakı mərhələdən keçmir (ABŞ-da seçki prosesi bir neçə mərhələdən ibarətdir – tərc.)

      1849. Doğma ştatında torpaq sövdələşmələrini qeydiyyata alan idarədə işləmək istəyir; amma rədd cavabı alır.

      1854. ABŞ senatına seçilir, amma sonrakı mərhələdən keçmir.

      1856. Respublikaçılar partiyasından vitse-prezident postuna namizədliyini verir, yüz səsdən az toplayır.

      1858. Yenidən Senata seçilir, sonrakı mərhələni yenə keçmir.

      1860. Amerika Birləşmiş Ştatlarının prezidenti seçilir.

      Yol çətin və sürüşkən idi. Birdən bir ayağı yana sürüşür, sanki o birisinə badalaq vurmaq istəyir. Amma hər dəfə ayaq üstə qala bilir və özü özünə deyir: “Büdrədim, amma yıxılmadım” (Abraham Linkoln. Senat seçkilərində uduzandan sonra).

Mənbə bəlli deyil

      İKİ RAHİB

      İki zəvvar rahib çayda üzən bərə tapırlar. Sahildə qəşəng geyinmiş bir qız dayanıb nə edəcəyini bilmirdi. Çay dərin olduğundan o, gözəl paltarını korlamaq istəmirdi. Rahiblərdən biri çox düşünmədən qızı çiyninə alıb çayı keçirir və onu əks sahildə yerə qoyur.

      Rahiblər yollarına davam edirlər. İki saat keçir, ikinci rahib birincini danlamağa başlayır:

      – Qadına toxunmağa necə cürət etdin? Onlara yaxınlaşmaq belə andın pozulması deməkdir. Belə böyük bir günahı necə etdin?

      Qızı çaydan keçirmiş rahib bir az susub cavab verdi:

      – Mən həmin qızı iki saat bundan qabaq çayın sahilinə qoymuşam. Sən niyə onu hələ də daşıyırsan?

İrmqard Şlyoql(“Dzen müəllimlərinin müdrikliyi”)

      FOKUSÇU KOR QIZA GÖRMƏYİ NECƏ ÖYRƏTDİ

      Mənim dostum Uit – peşəkar fokusçudur. Haçansa Los-Anceles restoranlarından birində öz məharətini birbaşa zalda nümayiş etdirirdi. Bir dəfə axşamüstü Uit restoranda şam eləyən bir ailənin əyləşdiyi masaya yaxınlaşıb özünü təqdim etdi, bir dəst kart çıxarıb öz təqdimatına başladı. Masa arxasında əyləşən qıza ona kart seçməsini

Скачать книгу