Mumi atanın xatirələri. Туве Янссон

Чтение книги онлайн.

Читать онлайн книгу Mumi atanın xatirələri - Туве Янссон страница 6

Автор:
Жанр:
Серия:
Издательство:
Mumi atanın xatirələri - Туве Янссон

Скачать книгу

yatırdı.

      – Kim olduğunu bilirsən? – mən təəccüblə Fredriksondan soruşdum.

      Fredrikson ona yaxınlaşdı.

      – Yuxare. – o dedi.

      Mən də yaxınlaşıb ona baxdım. Verdiyi təəssürat yumşaq, təsadüfi və bir az açıq qəhvəyi rəngdə idi. Çox bərbad vəziyyətdə olan papaq, qurudulmuş çiçəklərlə bəzədilmişdi. Görünürdü ki, Yuxare uzun müddətdir yuyunmur və elə bir fikri də yox idi. Sonra Şussel gəldi və qışqırdı:

      – Hər kəs masaya!

      Yuxare oyandı və eyni pişik kimi dartınmağa başladı.

      – Hup-heff – deyərək əsnəyirdi.

      – Bağışlayın, amma Fredriksonun gəmisində sizin nə işiniz var? – Şussel qəzəblə soruşdu. – Burada “Giriş qadağandır” yazısını görmədiniz?

      – Əlbəttə gördüm, – Yuxare gülümsəyərək cavab verdi. – Bu səbəbdən buradayam.

      Bu hadisə bir şəxsiyyət olaraq Yuxare haqqında çox şey deyirdi. Onu yarı yuxulu pişik həyatından oyada biləcək tək şey, qadağası olan bir işarə, bağlı qapı və ya divar idi; və əgər parkda gözətçi görsə idi, onun bığları titrəyərdi və sonra ondan hər şey gözləmək olardı. Digər vaxtlarda isə, bildiyiniz kimi, o, ya yatır, ya yemək yeyir, ya da xəyallara dalırdı. Təsvir etdiyim vaxt, Yuxare yeməklə məşğul idi. Buna görə də biz Şusselin bankasına qayıtdıq, burada soyuq bir omlet, şahmat taxtasının üzərində bizi gözləyirdi.

screen_38_53_56

      – Səhər mənim əla bir pudinqim var idi, – Şussel dedi, – amma o harasa yoxa çıxıb. Bu, sözdə, – sürətli omletdir!

      Şussel omletləri banka qapağına qoydu və bizim necə yeməyimizə diqqətlə baxdı. Fredrikson nəzərə çarpacaq bir səylə bir xeyli çeynəyirdi və bu an çox qəribə görünürdü. Nəhayət, o dilləndi:

      – Qardaş oğlu, nəsə bərk bir şey var.

      – Bərk?! – Şussel heyrətlə soruşdu, – yəqin mənim kolleksiyamdan nəsə var… Tüpür! Tez tüpür onu!

      Fredrikson dişləri çıxan iki qara əşyanı yerə tüpürdü.

      – Oh, bağışla məni! – Şussel dedi, – bunlar mənim çarx-larımdır. Yaxşı ki sən onları udmadın!

      Lakin Fredrikson bir söz demədi, alnını qırışdırıb bir xeyli önünə baxdı. Və birdən Şussel ağlamağa başladı.

      – Gəl, qardaşın oğlunu bağışla, – Yuxare dedi. – Bax, o çox pis olub.

      – Bağışlamaq? – Fredrikson dedi. – Əksinə!

screen_39_60_36

      O kağız və qələm götürüb vint və təkərlər işləsin deyə çarxları necə birləşdirməyi göstərdi.

      Bu an Şussel qışqırdı:

      – Ola bilməz! Mənim çarxlarım sənin ixtirana lazım olacaq?

      Biz yeməyimizi yüksək əhval-ruhiyyədə bitirdik. Fredriksonun qardaşı oğlu o qədər ruhlandı ki, özünün yekə önlüyünü geyindi və bir dəqiqə belə itirmədən “Dəniz Orkestr”ını qırmızı rəngə boyamağa başladı. O, əlindən gələni edirdi: bir az sonra nəinki gəmi, ətrafındakı torpaq belə qırmızı rəngə boyandı. Səmimi desəm, bu qədər qırmızı bir məxluq həyatımda heç görməmişdim.

      Gəminin adı ultamarinlə hazırlanıb yazıldı.

      İş bitdikdən sonra Fredrikson baxmaq üçün yaxınlaşdı.

      – Gözəldir, elə deyil? – Şussel həyəcanla onun üzünə baxıb dedi. – Mən əlimdən gələni etdim!

      – Görünür, – Fredrikson qırmızıya boyanmış qardaşı oğluna baxıb etiraf etdi.

      Sonra o əyri su xəttinə baxıb dedi.

      – Hmm.

      Sonra ada baxdı və əlavə etdi:

      – Hmm, hmm

screen_40_52_52

      – Nəyisə səhv yazmışam? – Şussel narahat halda soruşdu. – Nəsə bir söz de, yoxsa yenə ağlayacağam! Bağışla! “Dəniz orkestrı” – çox çətin addır!

      – “Dənis orkestoru! – Fredrikson oxudu və sonra bir az düşündü və dedi – Sakitləş. Bu da gedər.

      Şussel rahat nəfəs aldı və boyanın qalığı ilə evini rəngləmək üçün evə tələsdi.

      Axşam Fredrikson dərəyə bir tor qoydu. İçərisinə aneroid barometrinin yerləşdiyi gəmi alətləri üçün kiçik bir qutu düşəndə necə təəccübləndiyimizi təsəvvür edə bilmərsiniz! Bu heyrətamiz tapıntılara hələ də heyranam!

      Ata dəftəri bağladı və maraqla dinləyicilərə baxdı.

      – Nə düşünürsünüz? – deyə soruşdu.

      – Məncə çox gözəl bir kitab olacaq, – Mumi-trol ciddi şəkildə dedi.

      – Gəl, etiraf et ki, çox şeyi uydurmusan, – Sniff dedi.

      – Heç də yox! – Mumi-ata etirazını bildirdi. – O dövrlərdə hər şey, tamamilə, fərqli idi! Burada hər söz doğrudur! Lakin, əlbəttə ki, bəzi yerlərdə rənglər əlavə etmişəm…

      – Maraqlıdır, – Sniff dedi, – indi, atamın kolleksiyası haradadır?

      – Hansı kolleksiya? – Mumi-ata başa düşmədi.

      Sniff təkrarladı:

      – Atamın düymə kolleksiyası. İndi demək istəyirsən ki, Şussel mənim atam deyil?

      – Əlbəttə, o sənin atandır, – Mumi-ata cavab verdi.

      – Bəs onda onun qiymətli kolleksiyası haradadır? Onlar mənə miras qalmalı idilər.

      – “Huff-heff” atam dediyi kimi, – Snusmumrik dedi, – Yuxare haqqında niyə belə az danışırsan? O indi haradadır?

      – Ax bu atalardan kim anlar axı… – Mumi-ata qeyri-müəyyən halda pəncəsini yellədi. – Onlar gəlib-gedirlər… Nə də olmasa mən onları xatirələrimdə gələcək nəsillər üçün qoruyub saxlamışam.

      Sniff fınxırdı.

      – Belə

Скачать книгу