80 gün dünya ətrafında. Жюль Верн
Чтение книги онлайн.
Читать онлайн книгу 80 gün dünya ətrafında - Жюль Верн страница
1
Londonun Sevill-rou küçəsindəki 7 nömrəli evdə Fileas Foq adlı bir centlmen[1] yaşayırdı. Hamı onu alicənab və nəzakətli adam kimi tanıyırdı. Zahiri görünüşü Bayronu[2] xatırlatsa da, ondan daha hündürboy idi. Hə, bir də, Bayrondan fərqli olaraq səliqə ilə vurulmuş uzun bakenbardları[3] və bığı vardı.
Cənab Foq elə sakit və təmkinli adam idi ki, deyərdin, min il yaşasa da, qocalmaz! Bir sözlə, qüsursuz centlmen idi! Di gəl, Londonda heç kim bu cənab haqqında ətraflı heç nə bilmirdi. O özü haqqında danışmağı sevməz, ümumiyyətlə, nadir hallarda ağzını açıb bir söz deyərdi. Bu cənabın nə ailəsi vardı, nə də yaxın dostları. O nə tacir idi, nə də sahibkar; heç torpaq sahibi də deyildi. Lakin pulu çox idi. İnsanlar onun bu sərvəti necə qazandığını bilmirdilər. Heç bir cəmiyyətə üzv olmasa da, xeyriyyə işlərindən qətiyyən boyun qaçırmazdı. Fileas Foq haqqında adamlara məlum olan bircə şey vardı ki, bu da onun «Reform» klubuna üzv olması idi.
Cənab Foq Sevill-roudakı evində tək yaşayırdı; indiyəcən onun özündən və lakeyi[4] Ceyms Forsterdən başqa bu evin kandarından içəri ayaq basan olmamışdı.
Bu centlmen dünya xəritəsini əzbər bilirdi desək, yəqin ki, yanılmarıq. Yer kürəsinin ən ucqar nöqtələri haqqında belə məlumatı vardı. Kənardan baxanlara elə gəlirdi ki, Fileas Foq bütün dünyanı gəzib-dolaşıb. Halbuki uzun illərdən bəri onun Londondan qırağa çıxdığını görən olmamışdı. Şəhəri tərk etməməsi bir yana, cənab Foq hətta yolunu da dəyişməzdi: hər gün eyni vaxtda eyni yolla evdən kluba, klubdan evə gedib-gələrdi.
Bəli, bu cənabın bütün hərəkətləri riyazi dəqiqliklə ölçülüb-biçilmişdi. O hər səhər düz saat 8-də yuxudan durur, 9-a 23 dəqiqə işləmiş çay və qızardılmış çörəkdən ibarət səhər yeməyini yeyirdi. 9-a 23 dəqiqə qalmış nökəri Ceyms ona üzünü taraş etməsi üçün isti su gətirirdi. Cənab Foq 9-a 20 dəqiqə qalmış taraş olmağa başlayır, sonra yuyunur, ardınca əynini geyinirdi. Saat 12-nin yarısında evdən çıxır, Londonun ən məşhur klublarından biri olan «Reform» a yollanır və bütün gününü orada keçirirdi. Evə bir də gecə saat 12-də qayıdırdı.
Bu centlmen uzun illər məhz belə yaşamışdı. Lakin günlərin bir günü, daha dəqiq desək, 1872-ci il oktyabr ayının 2-də Fileas Foqun həyatında mühüm dəyişiklik baş verdi. O, nökəri Ceymsi işdən qovdu. Çünki həmin gün Ceyms ağasının üzünü taraş etmək üçün istədiyi suyu səksən altı dərəcəyə qədər qızdırmalı olduğu halda vur-tut səksən dörd dərəcəyə kimi isitmişdi! Cənab Foq bu cür qeyri-dəqiqliyə əsla göz yuma bilməzdi! Ceyms etiraz etməyin mənasız olduğunu yaxşı bilirdi, odur ki öz yerinə başqa birini tapıb ağasının yanına gətirdi.
Həmin vaxt Fileas Foq kresloda oturub gözünü saata dikmişdi. Divardan asılmış bu mürəkkəb mexanizm təkcə günün saatlarını, dəqiqələrini, saniyələrini deyil, həftənin günlərini, ayın tarixini də göstərirdi. Bu zaman kiçik qonaq otağının qapısı döyüldü. Çox keçmədi ki, Foqun bu gün işdən çıxardığı Ceyms qapının ağzında göründü.
– Yeni lakeyiniz! – Ceyms təntənəli şəkildə elan elədi. Ardınca da otuz yaşlarında cavan bir oğlan içəri girib salam verdi.
– Siz fransızsınız, adınız da Condur, düzdür? – cənab Foq soruşdu.
– Adım Con yox, Jandır, müsyö, – yeni lakey dilləndi. – Ləqəbim də Paspartu[5]. Bu ləqəb mənim boyuma biçilib desəm, yəqin ki, yanılmaram. İstənilən halda sudan quru çıxmağı bacarıram. Mən dürüst adamam, müsyö, odur ki indiyə kimi çox peşə dəyişdirdiyimi sizdən gizlətməyəcəyəm. Səyyar müğənni, sirkdə akrobat, gimnastika müəllimi, hətta Parisdə yanğınsöndürən də işləmişəm. Beş il əvvəl Fransadan İngiltərəyə köçəndən sonra isə evlərdə lakeylik eləməyə başladım. Eşidəndə ki bütün İngiltərənin ən dəqiq və səliqəli centlmeni özünə lakey axtarır, bəxtimi sınamaq istədim.
– Sizi mənə tövsiyə eləyən şəxs haqqınızda müsbət fikirdədir. Bəs şərtlərimi bilirsiniz?
– Bəli, müsyö.
– Yaxşı, deyin görüm, indi saat neçədir?
– 12-yə 25 dəqiqə işləyib, – Paspartu cəld jiletinin cibindən iri gümüş saatını çıxarıb baxaraq dedi.
– Sizin saatınız geri qalır.
– Üzr istəyirəm, müsyö, amma bu, mümkün deyil.
– Düz dörd dəqiqə! – cənab Foq qətiyyətlə dilləndi. – Lakin eybi yoxdur. Deməli belə, 2 oktyabr 1872-ci il saat 11:29-dan etibarən siz mənə xidmət eləməyə başlayırsınız.
Fileas Foq bunu deyib şlyapasını başına qoydu və evdən çıxdı. Həmin vaxt saatın əqrəbləri düz 12-nin yarısını göstərirdi.
2
Cənab Foq gedəndən sonra lakey evdə tək qaldı. Bu şən, gülərüz, ürəyiaçıq oğlanın mavi gözləri, iri dodaqları, toppuş yanaqları vardı. Cod, pırpız saçlarına daraq batmırdı. Danışanda az qala üzünün bütün əzələləri oynayırdı. Görəsən, bu çılğın fransız təmkinli, dəqiq və tələbkar ingilisə yaxşı lakey ola biləcəkdimi?
Bunu indidən demək çətin idi. Ancaq bir şey məlumdu ki, lap yeniyetmə yaşlarından sərgərdan həyat keçirən Paspartu artıq sakitlik arzusunda idi. Elə bu səbəbdən də təmkinli və soyuqqanlı insanların yaşadığı İngiltərəyə üz tutmuşdu. Lakin indiyə kimi evində qulluq elədiyi insanlar ürəyincə olmamışdı. Ona görə də Fileas Foqun özünə lakey axtardığını eşidəndə Paspartu çox sevinmişdi. Bilirdi ki, bu adam evindən başqa heç yerdə gecələmir, səyahətə çıxmır, səs-küylü məclisləri xoşlamır, özü qonaq getmir, heç kimi də qonaq çağırmır. Bir sözlə, Paspartu, nəhayət ki, arzuladığı evə gəlib çıxmışdı. Hər halda, o belə fikirləşirdi…
Foq gedəndən sonra lakey evi gözdən keçirməyə başladı. Çardaqdan tutmuş zirzəmiyə kimi hər yerə baxdı. Təmiz, səliqə-sahmanlı, yaxşı təchiz olunmuş ev idi, buna söz ola bilməzdi. Ev Paspartunun ürəyinə yatdı. Üçüncü mərtəbədəki otaqlardan biri onun üçün ayrılmışdı. Elektrik zəngi və xüsusi dəstək vasitəsilə bu otaqla digər otaqların arasında əlaqə yaradılmışdı. Bundan başqa, onun görəcəyi işlərin siyahısı səliqə ilə yazılıb buxarının yanındakı divardan asılmışdı: saat 08:23-də çayla qızardılmış çörəkdən ibarət səhər yeməyi hazır olmalı idi, 08:37-də Foqa üzünü taraş etməsi üçün isti su verməli idi və s.
3
Fileas Foq evdən çıxıb birbaş «Reform» klubuna gəldi. Klubun restoranına keçərək qəlyanaltı etmək üçün hər zaman oturduğu masanın arxasında əyləşdi. Restoranın pəncərələri əsrarəngiz parka açılırdı, ağacların saralan yarpaqları qızıl payızdan xəbər verirdi. Foqun qəlyanaltısı buxarda bişmiş balıq, göbələk souslu rostbif[6], bir dilim pendir və bir neçə fincan çaydan ibarət idi.
Saat 12:47-də bizim centlmen toqqasının altını bərkidəndən sonra ayağa qalxıb klubun böyük salonuna tərəf getdi. Bahalı çərçivələrə salınmış boyakarlıq nümunələri arasında qəzet-jurnal oxumağın ayrı bir ləzzəti vardı. O, düz 3 saat 45 dəqiqə mütaliədən sonra nahar eləmək üçün yenidən klubun restoranına keçdi. Cənab Foqun naharı qəlyanaltıdan çox da fərqlənmirdi, yalnız Britaniya kral sousunu nəzərə almasaq…
Yarım
1
2
İngilis şairi Corc Bayron (1788–1824) nəzərdə tutulur.
3
4
5
Bu söz fransızcadan tərcümədə «hər şeyin içindən keçib-gedə bilən», «hər şəraitə uyğunlaşan» mənasına gəlir.
6