Meqrenin qəlyanı. Жорж Сименон
Чтение книги онлайн.
Читать онлайн книгу Meqrenin qəlyanı - Жорж Сименон страница 3
– Yox, nömrəni bilmirəm… Hə, Santye küçəsi… “Kuvrer və Belşas”…
Yəqin ki, gözəgəlimli bina olar. Min səkkiz yüz neçənci ildəsə tikilmiş ticarət evi…
O başa düşə bilmirdi və bu da onu hirsləndirirdi. Hirslənirdi, çünki anlaşılmazlıqlara dözə bilmirdi…
Santye küçəsi adamlarla və maşınlarla dolu idi. Sürücü piyadalardan ünvanı soruşmaq üçün maşını saxladı və həmin dəqiqə Meqre evlərdən birinin qabağında qızılı hərflərlə yazılmış “Kuvrer və Belşas” sözlərini gördü.
– Məni gözləyin. Tez qayıdacağam.
Əslində heç bilmirdi tez qayıdacaq, ya gec, isti onu lap çaşdırmışdı. Demək olar bütün iş yoldaşlarının məzuniyyətdə olduğu vaxtda və günü rahat kabinetində keçirtmək planının baş tutmadığı halda necə də çaşdır-mayaydı!
İkinci mərtəbə.
– Müsyö Kuvrer ilə görüşə bilərəm?
– Şəxsi məsələdir?
– Olduqca.
– Çox təəssüf, müsyö Kuvrer beş ildir ki, vəfat edib.
– Bəs müsyö Belşas?
– Müsyö Belşas Normandiyaya gedib. İstəsəniz, müsyö Movr ilə danışa bilərsiniz.
– O kimdir?
– Firmanın inanılmış adamıdır. O indi bankdadır, tezliklə qayıdacaq…
– Bəs müsyö Tramble burdadır?
Deyəsən başa düşmədi.
– Kim dediniz?
– Müsyö Tramble… Moris Tramble…
– Elə adamı tanımıram.
– Sizin kassir…
– Bizim kassirin adı Majindir, Qaston Majin…
“Demək belə…” – Meqre öz-özlüyündə fikirləşdi.
– Müsyö Movru gözləyəcəksiniz?
– Hə, gərək gözləyim.
Oturub qalantereya mallarının və karton qutuların iyini çəkmək. Xoşbəxtlikdən, bu çox uzun çəkmədi.
Müsyö Movr altmış yaşlarında, başdan-ayağacan qara geyinmiş biri idi.
– Siz mənimlə danışmaq istəyirsiniz?
– Meqre, axtarış polisinin komissarı…
Əgər bu sözləri təsir göstərmək üçün demişdisə, onda Meqre səhv etmişdi.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.