İblis busəsi. Яшар Буньяд

Чтение книги онлайн.

Читать онлайн книгу İblis busəsi - Яшар Буньяд страница 6

Автор:
Жанр:
Серия:
Издательство:
İblis busəsi - Яшар Буньяд

Скачать книгу

heç leytenant icazə verər?” deyə fikirləşirdim ki, iknci, bu dəfə küt, daha sərt səs gəldi: “şarakk…”

      Heç şübhə etmədim – kimsə avtomatı döyüş vəziyyətinə gətirdi.” Bizimkilər yəqin basmaçları görüblər…” Barmaqlarım əsə-əsə şalvarımın düyməsini bağladım yoxsa yox, amma gözümü mavi səmadan ayırıb çevrildim; əlimlə gözlərimi qamaşdıran günəşi “boğdum”, baxdım ki, yük torbama söykədiyim avtomat yoxdu. Qleb öz silahını süngüsündən yerə sancmış, mənimkini isə döyüş vəziyyətinə gətirərək Andreyə və Parvoza sarı tuşlamışdı. Hamımız çaşıb qaldıq. Barmaqları əsirdisə də gah mənə, gah leytenant istiqamətinə baxıb fikrində tam ciddi və qəti olduğu bildirdi:

      – Kim yaxınlaşsa…  atacam. Yerinizdən tərpənməyin, eşitdiniz?! Atacam…

      “Tülkü oğlu, tülküymüş! Mənim silahımdan atmağı da qabaqcadan fikirləşib…  oğraş! Məqam axtarırmış…  İkimizdən də intiqam alacaq…  Andreyi vuracaq, deməli özünü də vuracaq mənim silahımla? Hər şeyi fikirləşib, it oğlu, yoxsa heç kəs inanmaz…  Məni “dizbat” a salacaqlar…  Bəs leytenant, Parvoz? Bəlkə hamımızı vuracaq?..”

      – Qraçov!.. Axmaqlıq eləmə! – Özünü itirmiş leytenantın həyacanlı bağırtısı məni fikirdən ayırdı. Sonra bir az udqunub nəsə fikirləşdi, lap həlim səslə, – oğlum, – dedi, – sonra peşman olacaqsan, qoy, qoy yerə silahı.

      Andreyə işarə elədim ki, nəbadə hərəkət eləsin. Qorxaqların əlindən çıxan xəta həmişə gözlənilməz və ağlasığmaz olur. Gənc leytenant düşdüyümüz vəziyyəti götür-qoy edir, avtomatı, titrəyən əlində o yan bu yana oynadan Qlebin gözlərinin içinə baxa-baxa ona yaxınlaşırdi. Qleb hiddətli bir səslə bağırdı:

      – Y-yaxınlaşma!.. Komandir, mən za-zarafat eləmirəm. Gəbərdəcəm hamınızı…  it uşağı!

      Leytenant dayandı:

      – Yaxşı…  Gördün, yaxınlaşmıram…  indi gəl kişi kimi danışaq. Səni kimsə incidib? Sənə nə olub axı? Bura heç birimiz öz istəyimizlə gəlməmişik, oğlum… Başa düş…  mənimçin də ağırdır…  Müharibədir…

      “Unutmub…  əclaf…  Neçə vaxtdır fürsət gəzirmiş, deməli. Mən axmağ da, gör silahımı kimin yanına qoymuşam. Axmağam, axmaq!”

      Heç nədən xəbərsiz yazıq leytenant da elə bilir ki, Qleb burda, bu cəhənnəmdə olduğuyçun bezişib. İndi leytenantın səsindəki yalvarış daha çox hiss olundu.

      – Çavuş Qraçov, qoy yerə…  silahı… Yaddan çıxaraq…  – Bizə tərəf baxıb müraciətlə – hə, uşaqlar, – dedi, – unudaq getsin…  Bu bir zarafat idi…

      – Nə zarafat, sənin ananı!.. Zarafat qurtardı, qurtardı! Bu müharibə də m-mənim yox, s-ssənin müharibəndi. Sizin!.. – Əsəbi halda qışqırtısından ətli boynundakı damarları tarıma çəkilmişdi.

      Qleb avtomatın qundağını bərk-bərk sinəsinə sıxırdısa da şəhadət barmağının tətikdən aralı, havada titrədiyini hiss edirdim. Hərçənd ki, bu aldadıcı qorxaqlıq bircə anda, məsələn, Andreyin avtomatı çiynindən çıxarmağa cəhd etməsi, leytenantın tapancasına əl atması təqdirində cəsarət həddinə gələ bilərdi. Neçə vaxtdı yığılan qəzəb, nifrət və intiqam hissini gözlərində aydınca oxumaq olurdu. Diqqətlə baxsaydın o qəzəbli baxışlarda bir az cəsarətin kəmliyi, bir az da məzlumluq görərdin. Səsindəki titrəyiş də ağır bir hökm çıxarmaqda tam qətiyyətli olmadığına, hələ tərəddüd etdiyinə işarə etsə də belə bir situasiyada beyni çönmüş adamdan nə desəydin gözləmək olardı. O sağ ayağını yerə çırparaq bağırmaqda davam edirdi:

      – Andreyy, it oğlu, silahını qoy yerə…  it oğlu! Sənin ananı ağladacam…  Qurd-quşa yem olacaqsız hamınız…

      İşarə etdim ki, silahını yerə qoysun. Rəngi ağappaq ağarmış Andrey bir mənə, bir də leytenanta baxdı. Zabitin baxışlarıyla “tərkisilah olmağın məsləhətdir” işarə etməsindən sonra kalaşnikovu qurumuş kolun üstünə atdı.

      “Nəsə etmək lazımdır? Nə, necə?..” Bir an, sadəcə bir göz qırpımı, məqam lazım idi ki, titrəyən barmağına təpər gəlsin…  və bir maqazin güllə hansımızısa, bəlkə də hamımızı xəlbirə döndərsin. Bayaqdan beynimdə nə edəcəyimi götür-qoy edib, atacağım addımın əsarətində qalsam da, düşüncəmdə o anı geri çəkirdim, gücüm çatmayacağı təqdirdə Tanrıya dua edirdim ki, zamanı bir anlıq dayandırsın. Bu ki onunçun su içmək kimi bir şeydir?!

      Qleb arxasını mənə çevirəndə leytenant riskli qərar qəbul edəcəyimi duydu. Axı silahsız da olsa, ona ən yaxın mən idim. Artıq düşünmək zamanı deyildi. Qəfildən üç-dörd addımlıq məsafəni birnəfəsə, arxadan pişik kimi şığıyaraq çiyninin üstündən qollarımı açıb sinəsinə dayadığı avtomatın korpusuna sarılıb geriyə qıvrıldım ki, qamarlayıb əlindən alım. Qleb mənim qəfil basqımdan necə karıxmışdısa şəhadət barmağını titəyə sıxmağıyla lüləsi göyə tuşlanan avtomatın havada şaqqıldaması bir oldu. İkimiz də qanrılıb yerə çırpılanda avtomatın kəməri çiynindən sivişib çıxsa da, arası kəsilmədən açılan son güllələr torpağın bağrını dəlib-deşsə də, qorxudan qıc olmuş barmaqları silahdan qopmurdu. Maqazindəki sonuncu güllə hansısa daşa dəyib vıyıldayanda uçurumun lap qırağında uzandığımızı gördüm. Ani bir hərəkətdən ikmiz də dərənin dibinə yumarlana bilərdik. Avtomatın kəməri sağ qoluma dolaşmışdı. Sol qolumla onu özümə tərəf sıxdım. Dərənin ətürpədici cazibəsini duydum. Qəzəb dolu gözlərim Qlebin ölü rəngli sifətinə zillənmişdi. Piyli cəmdəyi əsim-əsim əsirdi. Bilirdim, o indi daha çox mənə nifrət edirdi. Dişləriylə alt dodağını necə sıxmışdısa üç yerdən al qırmızı qan puçurlanırdı. ” Qurtardı…  hər şey bitdi…” deyə gözlərimi qapayıb açdım, başımı qaldırıb dərəyə tərəf işarə etdim ki, yerində qımıldanmasın, yoxsa…

      Bu bir anda oldu. Dirsəyimi torpağa möhkəm dirəyib, güclə dizləri üstə oturdum. Gözlərində işıq sönmüş, qətiyyətsizlik, kədər, məyusluq, bir az da qorxu öz rəngləriylə onun solğun sifətində dolaşırdı. Yəqin ki, ədavətə görə intiqam hissiylə çırpınan, gizlincə buna məqam gəzən, döyüş tapşırığı yerinə yetirərkən yoldaşına xəyanət edən bir sovet əsgərinin gələcək aqibətini acı-acı düşünür, bəlkə də bu qədər aciz və fərsiz oğul olduğunu özünə bağışlaya bilmirdi. Sanki bütün dünyadan iyrənirdi, həyatdan, ətrafındakılrdan, hər şeydən bezmışdı. Sulanmış göz qapaqlarının kənarında yığılıb qalmış iki damla duzlu göz yaşı bir göz qırpımına bənd idi ki, sıx, iri kipriklərinin arasından süzülüb tozlu yanağına düşsün. Birdən, aramızda “uzanmış” kalaşnikovdan barmaqlarını üzdü, var gücüylə sinəmdən itələyəyib boğuq və çox kədərli səslə “poşli vı vse…” deyib özünü uçurumun qucağına atdı…  Hündür

Скачать книгу