Cəbhədən cəbhəyə . Гасан Мехти оглы Сеидбейли

Чтение книги онлайн.

Читать онлайн книгу Cəbhədən cəbhəyə - Гасан Мехти оглы Сеидбейли страница 6

Cəbhədən cəbhəyə  - Гасан Мехти оглы Сеидбейли Milli ədəbiyyat

Скачать книгу

əmələ gətirdiyi gölməçələr ətrafında oynaşır, kağız gəmilər qayırıb suya buraxırdılar. Ala-bula bir pişik tellərdən asılı qalmış dirəyin kötüyünü qaşıyaraq dırnaqlarını itiləyirdi. Nimdaş çal papaqlı bir qoca kişi xırda, kələ-kötür bir yeşiyi gətirib dalanın tinin-də qoydu, özü də çömbəlib əyləşdi. Səliqə ilə cırıb yığdığı dördkünc qəzet parçasının birini ayırıb hamarladı və yeşi-yin içərisindəki darıya oxşar tənbəkidən həmin kağızın üstünə tökdü, titrək barmaqları ilə eşib ağzına aldı, cibin-dən pulemyot patronuna oxşayan bir alışqan çıxardı, papirosunu yandırdı. Bir-iki qüllab vurduqdan sonra bərk-dən öskürdü, sinəsini arıtladı və müştəri gözləməyə baş-ladı. Teymur istər-istəməz yeşiyin içərisindəki şeylərə nə-zər saldı. Ucları saçaqlı olan çirkli kağıza bükülmüş uzun-sov konfet, yeşiyin divarlarına sancılmış qalın və nazik iynələr, paslı oymaq, zəncəfil, tənbəki…

      Teymur yoluna davam etdi. O, daha bir dairə vurub sonuncu dalana girdi. “Hələ tezdir, yəqin ki, anam yuxu-dan oyanmamışdır. Axı xəstədir. Qonşular da, yəqin, yatırlar” – deyə fikirləşib ləngiməyə çalışırdı. Amma bü-tün gecəki əhvalatlara, peysərində get-gedə şiddətlənən ağrıya baxmayaraq onun ürəyi evə, anasını, qardaşını görməyə tələsirdi. Teymur enli, kələ-kötür bir küçənin ti-ninə çatıb sola tərəf döndü, rəngi solmuş yaşıl qapını uzaqdan görüb dayandı. Üst-başını bir də yoxlayıb özünü topladı, bacardıqca gümrah yeriməyə çalışaraq o biri sə-kiyə keçdi. Bir müddət qonşudakı söyüd ağacının altında durub naşı adamlar kimi o tərəf-bu tərəfə baxdı. Qonşu qapıdan palaz çırpmağa çıxmış kök, qarabuğdayı arvad onu arxadan görüb yaxınlaşdı.

      – Ay qardaş, kimi istəyirsən?

      Teymur fikirli olduğu üçün diksindi, geri döndü.

      – Məsmə xanım, xoş gördük.

      Məsmə onu tanıyıb sevincindən əlindəki palazı saldı.

      – Ay Cavahir, gözün aydın! – deyə elə ucadan çığırdı ki, bir anda bütün məhəllənin arvad-uşağı küçəyə axışdı. Teymur özünü itirdi.

      – Məsmə xanım… səs salma, anamın ürəyi xəstədir. Elə adamlar bəzən şad xəbərdən də…

      Amma Məsmə sakit ola bilmirdi.

      – Necə yəni asta danış. Sağ-salamat evinə qayıtmısan, Cavahir səni təzədən tapıb, bunun muştuluğu var! Ay Cavahir, gözün aydın!

      Yaşıl qapı açılıb tappıltı ilə divara dəydi. Divarın mala-sı qopub yerə töküldü. Yuxudan hövlnak oyandığından xurmayı saçları pırpızlaşmış, qamətli bir oğlan şalvarının qayışını da bağlamağı unudaraq, Teymura sarı atıldı.

      – Teymur!

      – Seymur!

      Bir-birinin boynuna sarılıb qucaqlaşdılar.

      Səsə axışmış qonşular qibtə ilə onlara baxıb yer-yerdən gözaydınlığı verməyə, yaşarmış gözlərini silməyə başla-dılar. Teymur sol əli ilə qardaşının çılpaq çiynini bərk-bərk sıxıb onu azca özündən kənar etdi.

      – Elə həmişəki kimi qayışbaldırsan.

      Seymur arıqlığına baxmayaraq güclü idi. Qardaşının əlindən yapışıb cəld həyətə dartdı və tələsik qapını örtdü.

      – Belə niyə? – deyə Teymur təəccübləndi.

      Seymur əlini onun sağ əlinə toxundurub təşvişlə soruşdu:

      – Qoluna nə olub?

      Teymur qımışdı:

      – Boş şeydir, gipsdir.

      – Anama deyəcəksən?

      – Desəm də, deməsəm də, əvvəl-axır biləcək.

      – Qoy bir az gec xəbər tutsun.

      Teymur həyəcanla yan-yörəsinə baxdı:

      – Bəs, anam özü hardadır?

      Seymur yumşaq, xurmayı saçlarını əli ilə darayıb düzəltdi.

      – Çörəyə gedib, camaat ala-qaranlıqdan ordadır.

      – Bəs özün niyə getməmisən? – deyə Teymur soruşdu.

      Seymur gülümsündü, onun sədəf kimi parıldayan saf dişləri ağardı, sol yanağında batıq əmələ gəldi.

      – Qoyur ki! Burda oturma, orda otur, bunu yemə, onu ye, bunu geymə, onu gey. Məni lap pambıq içində böyü-dür. Bir də deyir ki, növbədə duranların hamısı arvaddır.

      Teymurun qaşları çatıldı.

      – Neyləsin. Atamız həlak oldu, mən cəbhəyə getdim. Gözünün ağı-qarası bircə sən qaldın. Yaxşı, necədir? Ürəyi…

      Seymur tələsik cavab verdi:

      – Yox, yox, arxayın ol. Babatdır. Bircə səndən nigarandır. Elə durub, oturub səni çağırır. Adın dilindən düş-mür. Bir Teymur deyir, bir də “can bala”.

      Teymur, qardaşını dinləyə-dinləyə qoyub getdiyi hə-yəti gözdən keçirirdi. Balaca həyət yenə əvvəlki kimi səli-qəli idi. Həyəti kölgələyən üzüm talvarı daha da şaxələn-mişdi. Meynələrin yarpaqları solub qarsımışdısa da, iki-üç yerdən iri üzüm salxımları asılmışdı. Ancaq bu salxım-ların rəngi bozarmış, bəndəmləri o qədər nazikləşmişdi ki, az qala, indicə qırılıb düşəcəkdi.

      Teymur qardaşına tərəf dönmədən soruşdu:

      – Bəs bunlar niyə qalıb?

      – Anam qoymadı dərim, dedi qalsın, bəlkə Teymur tez gəldi, ona qismət oldu, – deyə Seymur gülümsündü. İki qardaş qucaqlaşmış halda evə girdilər.

      Seymur Teymura kömək edib onu soyundurdu. Mətbəxdə su qoydu və anası gələnədək qardaşını çimdirib ba-şını, bədənini yudu. Peysərini sabunlayanda Teymur da-vam gətirməyib inildədi. Seymur qardaşının başındakı şişi görcək təəccüblə soruşdu:

      – Bu nədir?

      – Bax, bunu anam bilməsə yaxşıdır, – deyə Teymur qəti bir səslə tapşırdı, – Mən axırıncı dəfə yaralananda çox qan itirmişəm. Hərdənbir, başım az gicəllənir. Səhər qa-tardan düşəndə yenə başım gicəlləndi, zərblə yerə yıxıl-dım.

      – Hansı qatarla gəlmisən? – deyə Seymur soruşdu.

      Teymur

Скачать книгу