Cəbhədən cəbhəyə . Гасан Мехти оглы Сеидбейли
Чтение книги онлайн.
Читать онлайн книгу Cəbhədən cəbhəyə - Гасан Мехти оглы Сеидбейли страница 9
– Bax, bu, Astarada anadan olub, o birisi Masallıda anadan olub. O qız Nuxalıdır. Bu əkizlər Yevlaxda doğu-lublar. Qərəz, biabırçılıqdır!
Teymur nədənsə bu evə gəlməyə daha çox həvəs göstərirdi. Ələddin bəzən ailəsinin, uşaqlarının işi iləəlaqədar olaraq Teymurdan icazə alıb maşını bir-iki saatlığa götü-rüb gedər, kefikök halda qayıdırdı. Əvvəllər Teymur ona inanırdı, sonralar bu hərəkət tez-tez təkrar olunduğundan Teymur Ələddinlə açıq danışmaq, maşını hara apardığını öyrənmək istədi. Ələddin də açıq-açığına cavab verdi ki, on baş ailəni, özü də səkkiz baş uşağı olan ailəni saxlamaq üçün,əlbəttə, bir sürücünün maaşı kifayət deyil. Yenə uşaqlar böyüyüb ona əl tutsaydılar, dərd yarı idi. Ələddin boynuna aldı ki, hərdənbir maşını qarajdan çıxarır, sər-nişin daşıyır və “bir-az qəpik-quruş” qazanır.
Teymur Ələddinl açıq etirafı qarşısında əvvəlcə heç bir söz deyə bilmədi, ertəsi gün Ələddini yanına çağırdı:
– Ələddin, biz səninlə, necə deyərlər, canbir qəlbdəyik. Əgər mənə bir kömək lazım olsaydı və bu köməyi sən et-məli olsaydın, varını məndən əsirgərdinmi?..
Ələddin Teymurun nəyə işarə etdiyini başa düşməsə də səmimiyyətlə onun gözünün içinə baxıb qəti bir ifadə ilə cavab verdi:
– Evimi də, balalarımı da sənə qurban verərdim.
– Elə isə, deməli. mən də sənin üçün əlimdən gələni edə bilərəm, elə deyilmi?
– Sən onsuz da eləyirsən.
– Yox, Ələddin, biz yaxşı iş tutmuruq. Biz elə iş görməliyik ki, nə şiş yansın, nə kabab. Sənin ailən böyükdür, bizim ailəmiz isə cəmi üç nəfərdir. Anam pensiya alır, qardaşım qazanır, mən qazanıram. Oğul yox, uşaq yox. Bir halda ki, sən evini, uşaqlarını mənə qurban verməyə hazırsan, deməli, mənim də qurbanımı qəbul edə bilər-sən.
Ələddin yenə heç bir şey başa düşməyib, səmimi bir narahatlıqla Teymurun üzünə baxdı.
– Ədə, nə uzadırsan, mıs-mıs deyincə, birdəfəlik Mus-tafa de. Elçi-zad deyilsən ki?
Teymur bir müddət dinmədi, sonra Ələddinin üzünə baxmadan astadan dedi:
– Uzun sözün qısası, bundan sonra mən sənin öz işlərin üçün maşın verməyəcəm. Ancaq hər ay maaşımın yarısını sənə verəcəyəm, ərzaq talonunu da. Bizim evi-mizdə hər şey var.
Ələddin bərk incidi. Yanaqları qızardı və tutqun bir səslə dedi:
– Başımdakı papaqdır, arvad ləçəyi deyil, Teymur. Mən kişiyəm, canım çıxar, ailəmi özüm saxlaram. Özün bilərsən, istəyirsən maşın da vermə. Gedib körpüdə yük daşıyaram.
Ələddin kepkasını gözünün üstünə çəkib uzaqlaşdı. Teymur onu çağırmadı, üzr istəmədi. Belə şeyləri bacarmırdı. Bundan sonra onlar çox az-az görüşür və ancaq qısa, rəsmi söhbətlər edirdilər. Ələddin daha axşamlar yoldaşlarını öz evinə çağırmır, onlarla stol başına oturmur, nərdi şaqıldatmırdı. Bir dəfə sürücülərdən kimsə Ələddini körpüdə gördüyünü xəbər verdi. Teymurun ürəyi bərk sıxılsa da, dinmədi…
Bir ilə yaxın idi ki, Teymur həmin qarajın müdiri işləyirdi. Bu müddət ərzində qarajda böyük dəyişiklik olmuş, möhkəm intizam yaranmışdı. İpə-sapa yatmayan sürücü-lər belə, ona hörmət bəsləməyə başlamışdılar. Onlar Tey-murun xasiyyətindəki bütün incəliklərə bələd olmuşdu-lar. Hətta qarajın həyətində aydan-aya çoxalan göyərçin-lər Teymura öyrəşmişdi. Buna görə də Teymurun məzu-niyyətə çıxması hamını məyus etmişdi. Elə bil qarajda çox qiymətli bir şey çatışmırdı. Teymur universitetin qiyabi şöbəsində oxuduğundan gecə-gündüz imtahanlara hazır-laşırdı. Arabir bərk yorulduqda iki-üç saat fasilə verir, tramvaya minib, özünü evlərindən çox uzaqda olan qaraja yetirirdi. Burada o, dispetçer qıza, göyərçinlərə baş çə-kər, qarajı gəzib dolanar, yenə evə qayıdır, yazı stolunun arxasına keçib gecəyarıya kimi inadla çalışardı. Belə gecə-lərdən birində onların həyət qapısı bərkdən döyüldü. Teymur cəld perncəyini çiyninə salıb eşiyə çıxdı və qaraj-da işləyən iki sürücünü görcək təəccüblə soruşdu:
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную