Brilyant məsələsi. Cəmşid Əmirov

Чтение книги онлайн.

Читать онлайн книгу Brilyant məsələsi - Cəmşid Əmirov страница 5

Автор:
Жанр:
Серия:
Издательство:
Brilyant məsələsi - Cəmşid Əmirov Milli ədəbiyyat

Скачать книгу

style="font-size:15px;">      Rantikin cibgirlikdə bəxti də gətirirdi. Bu beş il ərzində Rantik bir dəfə də olsun cibgirlik üstündə tutulma-mışdı. Doğrudur ki, iki dəfə onu əyrilik üstündə tutub möhkəmcə əzişdirmişdilər. Ancaq Qrant Nalbandyan hə-lə oğurluq üstündə həbsxanaya düşməmişdi. O, həbsxana haqqında ancaq oğru yoldaşlarından eşitmişdi. Bu dəfə

      isə Rantik möhkəm ələ keçmişdi. Doğrudur, Rantik milis şöbəsində də, prokurorluqda da cibgirliyini danışmış, ona böhtan deyildiyini bildirmişdi.

      Ancaq Rantik yaxşı başa düşürdü ki, bütün bunlar faydasızdır. Axı pulu oğurlanan kişi də, şahidlər də Rantikin üzünə durmuşdular. Buna görə də Rantik azı beş il iş alacağına əmin idi.

      Rantik həmişə yaxşı yeyib-içməyə alışmışdı. Həbsxana çörəyi isə onun boğazından keçmirdi. Rantiki hər şeydən çox təəccübləndirən dostu və şəriki “Zorba Səftər”

      idi. Bu günlər ərzində Səftər bir dəfə də olsun həbsxanaya gəlməmiş, ona yemək göndərməmişdi. Qəribə burasıdır ki, Rantikin doğma anası belə oğlunu yaddan çıxarmışdı.

      Bunun da təqsiri Rantikin özündə idi. Axı, adətən o, tez-tez şəhərdə itib-batır, həftələrlə evə gəlməzdi. Anası onun tutulduğunu bilmirdi. Buna görə də Rantik həbsxanaya düşəndən bir neçə gün sonra arıqladı, rəngi soldu, gözlərinin altı qaraldı. Doqquzuncu gün Bayıl həbsxanasında istintaqda olan Rantik, gözlənilmədən bir yemək bağlaması aldı. Yeməyi Klara adlı bir qız göndərmişdi.

      Rantik belə bir adamı tanımadığını nəzarətçiyə bildirmək istədi. Lakin dərhal fikrini dəyişdi. Yeməyin kimin tərə-19

      findən göndərildiyinin fərqinə varmadan acgözlüklə xö-rəyin üstünə düşdü.

      O gündən başlayaraq, naməlum Klaradan tez-tez müxtəlif yemək bağlamaları gəlirdi. Rantik fərqinə varmadan bu bağlamaları qəbul edir, hərdənbir Klaranın kim olması haqqında düşünür, heç kimi ağlına gətirə bilmirdi.

      “Yəqin, dövlətli qızdır. Mənə vurulmuşdur” deyə öz-özünə düşünürdü. Buna görə də o, qab-qacağı həbsxanadan qaytararkən Klaraya məhəbbətlə dolu məktublar yazır, bu qızı çox sevdiyini, hədsiz dərəcədə ona minnətdar olduğunu bildirirdi.

      Məhkəmədən bir neçə gün əvvəl Rantik dustaq yoldaşlarının məsləhti ilə öz işini yüngüllətmək üçün hər şe-yi boynuna almaq, özünü yazıq adam kimi qələmə vermək qərarına gəldi. Ancaq məhkəmə gününün axşamı fikrini dəyişdi. Bu da səbəbsiz deyildi. Həmin axşam o, Klaradan təzə kostyum, ipək köynək, modalı ayaqqabı, xörək və iri bir təndir çörəyi aldı. Çörəyi kəsdikdə içindən bir kağız çıxdı. Kağızda yazılmışdı: “Heç nəyi boynuna alma, hər şeyi inkar et. Allah qoysa sabah görüşə-rik”.

      Rantikin kefi duruldu. O şənlik edir, fit çalır, tez-tez mahnı oxuyurdu. Rantik məhkəməyə təzə bəylər kimi geyimli-kecimli gəldi. Özünü darta-darta müttəhimlər kür-süsündə əyləşdi.

      Bir neçə dəfə adamla dolu salona nəzər saldı. Buradakı qızları bir-bir nəzərdən keçirdi. Tanımadığı Klaranı axtarıb tapmağa çalışdı.

      Əvvəlcə şahidlər dindirildi. Rantik özünü elə aparırdı ki, sanki bütün bu söhbətlər onun haqqında getmir. Şahidlərin ifadəsi Rantiki təəccübləndirmişdi. Cibinə girdi-20

      yi kişi səhv etdiyini, cibgirin qısaboylu, arıq bir oğlan olduğunu, bu gəncə qətiyyən oxşamadığını bildirdi. Rantikin üzünə duran iki şahidin biri “xəstələndiyi” üçün məhkəməyə gəlməmişdi. İkincisi isə məhkəmə sədrinin suallarına mənfi cavablar verirdi.

      Artıq bəraət qazanacağına əmin olan Rantik sevindi.

      Son sözündə özünü düz adam, böhtan qurbanı kimi qələmə verdi. Rantik səhv etmədi. Deyəsən, onu doğrudan da buraxacaqdılar. Ancaq məhkəmə sədri də, prokuror da Rantikin heç bir ictimai-faydalı əməklə məşğul olmamasını ona irad tutdular. Məhkəmə sədri dedi: “Nalbandyan, ayıb deyilmi? Şəhərimizdə hamı çalışır, xalqımız dinc quruculuq əməyi ilə məşğul olur. Sən və sənin kimi avara tüfeylilər isə camaatın əl-ayağına dolaşır, işimizə

      mane olursunuz? Belə həyatın axırı yoxdur. Bu həyat gec-tez səni məhkəməyə gətirib çıxaracaq. O zaman biz sənə aman verməyəcəyik, tüfeyli həyatdan əl çək, adam ol, işləməyən dişləməz. İşə gir, sənət sahibi ol. Oxu, həm xalqa xeyir ver, həm də öz həyatını qur. Özün işə düzələ

      bilməsən bizim yanımıza gəl. Biz sənə iş taparıq.

      Məhkəmə sədrinin bütün bu sözlərini qulaqardına vuran Rantik “baş üstə” deyib, yerində əyləşdi. Yarım sa-at sonra məhkəmənin hökmü ilə Rantik Nalbandyan bəraət qazandı. Rantik elə düşünürdü ki, onu elə buradaca azad edəcəklər. Ancaq bu belə olmadı. Nalbaldyanı təzədən Bayıl həbsxanasına apardılar. Bir neçə saat burada saxlayıb, müxtəlif sənədləri tərtib etdikdən sonra buraxdılar.

      Rantik köhnə paltarlarını dustaq yoldaşlarına bağışlayıb, kameranı tərk etdi. Həbsxananın qapıları onun ardınca bağlanan kimi dərindən nəfəs aldı. Bir papiros yan-21

      dırıb ətrafına göz gəzdirdi. Qarşıdakı səkidə səliqə ilə geyinmiş hündürboylu qız dayanmışdı. Qızın şabalıd rən-gində qıvrım, saçı ağ, girdə üzünə yaraşmayan uzun burnu vardı. Əlində sarı çanta tutmuşdu. Qız Rantikə baxıb gülürdü. Rantik qızı tanıdı. O, məhkəmədə lap arxadakı skamyada, küncdə əyləşmişdi. “Yəqin Klaradır” – deyə

      öz-özlüyündə fikirləşən Rantik qıza yaxınlaşıb ədəblə salam verdi. Qız əlini uzadıb dedi:

      – Tanış olaq, Klara mənəm.

      – Siz ermənisiniz?

      – Xeyir, azərbaycanlı.

      – Bəs adınız nə üçün Klaradır?

      – A…a… Gülarədir də. Padruqalarım məni belə çağırır.

      – Çox şadam, Klaracan. Məni beş illik bir əziyyətdən qurtardınız. Mən sizdən yerdən-göyə qədər razıyam. Mən sizin kim və nəçi olduğunuzu bilmirəm. Bu məni qətiyyən maraqlandırmır. Bircə onu deyə bilərəm ki, siz mənim bütün qohumlarımdan, tanış və dostlarımdan qeyrət-li çıxdınız. Heç bilmirəm ki, sizin bu yaxşılığınızın əvəzini nə ilə çıxacağam. Əmr edin, qulluğunuzda olum. Sizə hər nə lazımdırsa edim. Canımı sizə qurban verim.

      Klara şıltaqlıqla soruşdu:

      – Sən mənim üçün hər nə istəsəm edə bilərsən?

      – Lap

Скачать книгу