Brilyant məsələsi. Cəmşid Əmirov

Чтение книги онлайн.

Читать онлайн книгу Brilyant məsələsi - Cəmşid Əmirov страница 7

Автор:
Жанр:
Серия:
Издательство:
Brilyant məsələsi - Cəmşid Əmirov Milli ədəbiyyat

Скачать книгу

Ağəlinin atası qəflətən vəfat etdi. O, atasının dəfnindən sonra xeyli vaxt yas saxladı. Sonra qeyrətə gəlib iş axtarmağa başladı.

      Hər yanda, “Sənətin yoxdur, qardaş, sən bizə lazım deyilsən” deyə onu geri qaytardılar. Sənət əldə etmək üçün çalışmaq, tər tökmək lazımdı. Ağəli isə belə şeylərə alış-mamışdı. Adi fəhlə işləməyi isə özü üçün əskiklik sayırdı.

      Bir axşam Ağəli dərdini dağıtmaq üçün Dağüstü parkdakı “Dostluq” restoranına gəldi. Həmişə dost-aşna ilə kef etməyə alışmış Ağəli bu dəfə bir küncə çəkilərək, altı butulka “Kəmşirin”i qatar düzdü, qəlyanaltı etmədən şərabı vurmağa başladı. Elə bu zaman o biri salondan bir dəstə gəncin şən mahnısı, qəhqəhəsi eşidildi. Şənlikdəki-lər arasında bir nəfərin səsi Ağəliyə tanış gəldi. O durub qonşu salona keçdikdə şərab dostlarından birinin – ka-babçı Həsənin ziyafət təşkil etdiyini gördü. Həmişə belə

      hallarda olduğu kimi, dostlar Ağəlini də ümumi stola dəvət etdilər. Ağəli qəmgin halda badəni badə ardınca vurur, ümumi şənliyə qoşulub mahnı oxumur, hərdənbir kədərli nəzərlə Həsənə baxırdı.

      Gecədən xeyli keçmiş ziyafət dağıldı. Dostlar bir-bir, iki-iki dağıldılar. Axıra bir Ağəli, bir də Həsən qaldı. Həsən dostunun çox qəmgin olduğunu görüb soruşdu:

      – Ağəli, sənə nə olub, nə üçün belə kədərlisən?

      – Heç, elə-belə.

      – Yəqin yenə rəhmətlik atanın fikrini çəkirsən, düz-dürmü?

      27

      – Xeyir, dostum, mən tamamilə başqa şey haqqında düşünürəm.

      – Məsələn, nə haqqında?

      – Qazanc haqqında, Həsən, pul haqqında.

      – Eh, sən nə axmaq adam imişsən. Pul nədir ki, onun fikrini çəkirsən. Pul əl çirkidir, yudun, qurtardı, getdi. Sənin kimi sağlam, vidli-fasonlu oğlan da pul haqqında dü-şünərmi?

      – Həsən, əzizim, bəs mən yazıq nə edim? Sənətim yoxdur, heç yerdə işə götürmürlər. Fəhləliyə isə özüm getmək istəmirəm. Zavodda, yaxud tikintidə nə qazana-cağam ki, onunla həm bu boçka qarnımı şərabla doldu-rum, həm də bədbəxt anamı saxlayım…

      – Sən pul qazana bilmirsən? – deyə Həsən təəccüblə

      soruşdu.

      – Bəs indiyədək restoranlarda dost-aşnaya, dodağı qırmızı qızlara xərclədiyin pulları haradan alırdın?

      Ağəli utancaqlıqla başını aşağı salıb dedi:

      – Onları mənə atam-anam verirdi.

      – Hey, hey, əcəb maymaq adam imişsən. Mən isə səni indiyədək ağıllı-kamallı bir cayıl bilirdim. Yox, yox, qardaş, mən səhv edirəm. Səni kişi adlandırmaq olmaz. Sən hələ saqqallı-bığlı bir uşaqsan. Kişi adını daşıyan gərək qaz vurub qazan doldurmağı, daşdan qızıl çıxarmağı ba-carsın.

      – Nə edim, oğurluğa gedim?

      – Qardaş, mən sənə belə bir axmaq məsləhət verə bilmərəm. Papağını qabağına qoy, fikirləş, pul qazanmaq yolu axtarıb tap.

      28

      – Əzizim, bəs dost dosta nə gündə lazım olar? Əgər sən belə bir yol bilirsənsə, məni də başa sal, xəcalətli qal-maram.

      – Xəcalətli düşmənin olsun. Yaxşısı budur ki, mənim bir sualıma cavab ver.

      – Buyur, qoy sualın iki olsun.

      – Yadındadırmı, Ağəli, iki il bundan əvvəl sən bizi Qubanın Nüğədi kəndindəki bir alma bağına qonaq aparmışdın.

      – Bəli, çox yaxşı yadımdadır.

      – O zaman sən dedin ki, həmin bağ bizə ulu babala-rımızdan qalıb, eləmi?

      – Bəli, demişdim.

      – İndi de görüm, bağ doğrudanda sizindir?

      – Əlbəttə, bizimdir. Bağ babamdan qalıb. Atamın idi.

      İndi anamın adına keçirmək istəyirik. Bunları niyə soru-şursan?

      – Elə belə maraqlanıram.

      – Doğrusu, mən bu başı bəlalı bağı satmaq istəyirəm.

      Azı beş min verərlər. Mən o pulu xərcləyib bir sənət öyrənmək istəyirəm.

      – Adə, sənin başına at təpib? Adam da bağ satar?

      Axmaqlama, de görüm ildə bağınız nə qədər alma verir?

      – Ağaclara yaxşı qulluq edəndə beş-altı ton, etməyən-də üç-dörd ton.

      – Yaxşı, bəs siz almaları nə edirsiniz?

      – Bir hissəsini yeyirik, bir qədərini quruduruq. Qalanını isə satmaq üçün kooperativ ticarəti idarəsinə veririk.

      – Soruşmaq ayıb olmasın, kiloqramını neçəyə verirsiniz?

      29

      – Doğrusunu bilmək istəsən, mən bu işə qarışmıram.

      Ancaq evdə ucundan-qulağından eşitmişəm ki, anam hər il payızda həmin ticarət idarəsi ilə müqavilə bağlayır. Gah almanın kiloqramını 30 qəpikdən, gah da 35 qəpikdən təhvil verir.

      – Daha bir sualım var. De görüm bu il necə, bağın almalarını təhvil vermisiniz?

      – Xeyr, bu ayın axırında gəlib aparacaqlar. Müqavi-lədə göstərilmişdir ki, almaları onların özləri dərməli və

      yeşiklərə yığıb aparmalıdırlar. Anam elə bu gün-sabah Qubaya getmək istəyir.

      – Hə, bax indi gəldik əsl mətləb üstünə. Əgər sən adam olmaq, insan kimi dolanmaq istəyirsənsə, həmin almaları kooperativ ticarət idarəsinə satmamalısan. Kasıb-lıqdan çıxmaq üçün bu sənin əsl qurtuluş yolundur, həqiqi qazanc yolundur.

      – Heç nə başa düşmürəm. Belə mənə açıq de ey, almaları nə üçün satmayım?

      Həsən istehza ilə gülümsünüb dedi:

      – Çünki sizin alma bağınızda çoxlu mal-dövlət basdı-rılıb.

      – Mal-dövlət?

Скачать книгу