Atanız Atatürk. Falih Rıfkı Atay
Чтение книги онлайн.
Читать онлайн книгу Atanız Atatürk - Falih Rıfkı Atay страница 2
Atatürk həmin günləri xatırlayaraq belə deyirdi: "Nəhayət ki, atam hiylə işlədərək bu işin içindən çıxa bildi. Əvvəlcə, – "allah-allah", – deyə-deyə, amma yalandan, lağlağı edirmiş kimi məhəllə məktəbində oxumağa başladım. Bir qədər sonra isə oradan çıxaraq Şəmsi Əfəndi məktəbinə yazıldım".
Mustafa məktəbdə oxuyarkən Osmanlı İmperatorluğu Adriatik sahillərindən Fars körfəzinə, Serbiya və Bolqarıstan sərhədlərindən Ədən körfəzinə qədər uzanan böyük bir ölkə idi. Afrikada Trablusqarp və Benqazi əraziləri birbaşa olaraq, Bolqarıstanın Şərqi Rumeli deyilən böyük bir parçası, Avstriya-Macarıstanın işğalı altında olan Bosniya-Hersoqovina, ingilis hökmranlığında olan Kıbrıs, Misir, Sudan hüquqi cəhətdən Osmanlı İmperatorluğuna bağlı idi. Girit adası ilə Egey dənizindəki bütün adalar bizim tabeçiliyimizdəydi. Siz bugünkü vətənimizin Mustafanın uşaqlıq dövründəki türk vətəni ilə müqayisədə nə qədər kiçik olduğunu bilməlisiniz. Xəbəriniz olsun ki, Selanik, Rumeli də Makedoniyanın əsas şəhərləri idi. Ümumiyyətlə, Osmanlı İmperatorluğu əsrlər boyu dayanmadan Rumeli sərhədlərində slavyan və cermen[4] xalqları ilə döyüşüb. İndi isə macar və cermenlərlə çarpışa-çarpışa Vyana qapılarından, ruslarla vuruşa-vuruşa Rumıniya sərhədlərindən geri çəkilmişdik. Bu azmış kimi, Krım və Qafqazı da itirmişdik. Rumeli köçərilər və qürbətdən gələnlər yurdu idi. Makedoniya türkləri "qədim qələbə dastanlarının xatirələrinin həsrətilə yaşayacağıq, yoxsa yaşamayacağıq", – deyə dayanmadan narahatlıq keçirirdilər.
Qulağının eşitdiyini ağlı ilə dərk etməyə başladıqdan sonra kiçik Mustafa bəy qəhrəmanlıq cəngilərini və yurdlarından köçən insanların başlarına gələn əhvalatları dinləyə-dinləyə böyüyəcəkdi. Ümumiyyətlə, Rumeli türklərində qalib gəlmək ümidi və iradəsi heç zaman qırılmamışdı. Onların inancına görə, artıq əvvəlki qəhrəmanlar və fatehlər yetişmədiyi üçün məğlub olurduq. Əgər bu qəhrəmanlardan və fatehlərdən biri də doğulsaydı, mütləq çətinliklərdən xilas olar və köhnə torpaqlarımıza qovuşa bilərdik.
Əli Rza bəy Mustafa hələ məktəb şagirdi ikən dünyasını dəyişdi. Yəni Mustafa çox kiçik yaşlarından yetim qaldı. Ailənin gəliri olmadığı üçün anası oğlunu məktəbdən çıxartdı. Uşaqlarını da götürüb Lankaza tərəflərdə əkinçiliklə məşğul olan qardaşının fermasına yola düşdü. Dayısı Mustafaya ferma işlərini öyrətmək qərarına gəlmişdi. Ümumiyyətlə, Mustafa iş bacaran, fərasətli uşaq idi. Demək olar ki, fermada bütün işlərə yarayırdı. Hətta yaşlandığı zamanlarda belə, qarğalar əkin yerinə qonmasın deyə, bacısı ilə birlikdə paxla becərilmiş tarlalara qarovulçuluq etdiyi günləri tez-tez yada salardı.
Dövlət rəhbəri olduğu zamanlarda bir dostu onun əkin yerinə qarovulçuluq etməsi ilə bağlı əhvalatı qonaqlara danışdı. Məclisdəkilərdən biri özünü saxlaya bilməyərək, – "Qoyun görək", – dedi. Yəni danışılanlara inanmaq istəmədi. Onda Atatürk üzünü o qonağa tutaraq belə cavab verdi:
– Bəli, doğrudur. Mən də hər kəs kimi anadan oldum, hər kəs kimi də böyüdüm. Dünyaya gəlməyimdə bir fərqli cəhət varsa, o da türk olaraq doğulmağımdır.
Atatürk hər zaman öz xalqmrn övladı olduğu üçün öyünürdü, qürurlanırdı.
Beləliklə, Mustafa getdikcə kənd həyatına da, ferma işlərinə də alışırdı. Amma anası uşağı oxuda bilmədiyi üçün yasa batmışdı, gecə-gündüz fikir çəkirdi. O oğlunun savadlı olmasını, təhsil almasını istəyirdi.
Bir payız günündə dayısı ilə birlikdə çöldə gəzdikləri, əkin yerinə nəzarət etdikləri vaxt Mustafanı tələm-tələsik evə çağırdılar. Sən demə, Selanikdə yaşayan bibisi onu yenidən məktəbə göndərə bilmək üçün öz yanına aparmaq qərarına gəlibmiş. Anası böyük sevinc içində bu xəbəri oğluna çatdırdı. O zaman on yaşında olan Mustafa tərəddüd içində idi. Ona elə gəlirdi ki, fermada qalsa, buradakı işlərə kömək etsə, onun üçün də, ailəsi üçün də bu, daha yaxşı olar. Amma bu barədə heç kimə heç nə demədi və etiraz etmədən, istəsə də, istəməsə də, anası ilə Selanikə yola düşdü.
Bu dəfə təhsilini davam etdirmək üçün onu indi "orta məktəb" adlandırdığımız "rüşdiyə məktəbi" nə verdilər. Beləcə, Mustafa təhsilini yarımçıq qoyduğu yerdəncə davam etdirməyə başladı.
Günlərin bir günü Qaymaq Hafiz adında ərəb dili müəllimi Mustafanın uşaqlarla dalaşdığını görərək onu ağzı-burnu qanayana qədər döydü. Mustafa məktəbdən qaçaraq hirsli-hirsli evə qayıtdı. Müəllimin haqsızlığını və döyülməsini heç cür qüruruna sığışdıra bilmirdi. Ona görə də evə çatan kimi bir az düşünüb daha o məktəbə getməyəcəyinə and içdi.
O zamanlarda qonşulardan birinin uşağı – bir mayorun oğlu hərbi məktəbdə təhsil alırdı. Hərbi məktəbdə oxuyan şagirdlərin geyindiyi paltarların parlaq düymələri olardı. Mustafa küçədə görərkən həmişə bu cür geyimli uşaqlara həsədlə baxırdı. Çünki onun da əsas arzusu o məktəbə yazılmaq idi.
Gəlin indi də Atatürkün hərbi məktəbə getməsi ilə bağlı özünün söylədiklərini dinləyək: "O ərəfələrdə anam Selanikə gəlmişdi. Hərbi məktəbə getmək istədiyimi onun özünə də dedim. Amma anam hərbdən də, hərbçilikdən də ehtiyat edirdi. Ona görə də razılıq vermədi. Mən də ona hiss etdirmədən qəbul imtahanlarına hazırlaşdım və qəbul olundum. Bundan sonra anam fakt qarşısında qaldı. Yəni məcburən mənim hərbi məktəbdə oxumağıma razılıq verdi".
Mustafa həvəslə qəbul olunduğu üçün məktəbdə dərslərini də eyni həvəslə oxuyurdu. Amma riyaziyyata daha çox maraq göstərirdi. Hətta riyaziyyatı o qədər ciddcəhdlə öyrənirdi ki, onun bu marağını və zehnini görən müəllimlər Mustafaya uşaq kimi deyil, məslək yoldaşları kimi yanaşmağa başlamışdılar. Aralarında səmimi münasibət yaranmışdı. Bu səmimiyyətin nəticəsi idi ki, günlərin bir günü riyaziyyat müəllimi ona belə dedi:
– Oğlum, sənin də adın Mustafadır, mənim də. Belə olmaz axı. Aramızda nəsə bir fərq qoymaq lazımdır, ya yox?!. Ona görə də gəl, bundan sonra səni Mustafa Kamal deyib çağıraq.
Bax, Mustafa Kamal adı ona məktəb yaşlarında ikən beləcə verildi və ta ki Atatürk olana qədər o bu adı daşıdı.
Əslində, həmin riyaziyyat müəllimi çox sərt adam idi. Tələbələrinə qarşı da hər zaman sərt davranardı. Lakin Mustafaya qarşı belə deyildi. Bir gün o sinfə girərək uşaqlara dedi:
– Aranızda özünə güvənən varsa, ayağa qalxsın, fərqlənə bilsə, onu sinif nümayəndəsi
4
Bugünkü Almaniya, Avstriya, Bohema ve Polşanın qərb bölümünü əhatə edən Almaniyada miladdan əvvəl III–IX əsrlərdə yaşayan xalq.