Tanıdığım Nazim Hikmət. Orxan Qaravəli

Чтение книги онлайн.

Читать онлайн книгу Tanıdığım Nazim Hikmət - Orxan Qaravəli страница 3

Автор:
Жанр:
Серия:
Издательство:
Tanıdığım Nazim Hikmət - Orxan Qaravəli Xatirə ədəbiyyatı

Скачать книгу

deyil, kimlər üçünsə vətən xaini olaraq görülüb tanıdılmasından çox sarsılır. Bu yanlış, haqsız, insafsız qiymətləndirmənin bir gün mütləq silinib gedəcəyinə, yurtdaşlarının onu həqiqi adıyla sevib oxuyacaqlarına inanırdı. Bu mövzuda elə narahat idi ki, bir gün mənə “Bax, canım, demişdi, Türkiyəyə dönüşündə məndən və danışdıqlarımızdan heç söhbət açmasan da olar, amma yanlış bir şey yazım demə. Vallah o biri tərəfdə əllərim yaxanda olar!..”

      Bir başqa qayğısı da “Qurtuluş savaşı dastanı” dediyi əsəri ilə bağlıydı. Moskvada belə demişdi mənə: “İstiqlal savaşımızı anlatdığım bu dastan həyatımın əsəridir. Əslində 66 000 sətirdən ibarət olacaqdı. Həbsxanada olarkən yazmağa başlamış, sonra davamını qələmə almışdım. 66 000 sətirdən 46 000-sı hələ də itmiş sayılır. Bunları hissə-hissə Əli Nicatiyə (Karacan, 1896-1955), Peridə Calala (1915) və bir akrabama vermişdim. Guya qorxudan əllərindəki parçaları yandırmışlar. Surətləri də yoxdur. Heyf oldular, deyilmi? Onları tapmaq bəlkə də heç mümkün olmayacaq…”

      Nazimin yuxarıda eynilə verdiyim sözləri ilk dəfə 1978-ci ildə Cümhuriyyət qəzetində yayımlananda hörmətli Peridə Calal narahat olmuş və bunları mənim Nazimin adına özümdən uydurduğumu demişdi. “Qurtuluş savaşı dastanı”nın bir bölümünün yox olması doğruydu və bunlar Nazimin ətrafında olan adamlara verdiyi vərəqlər idi ki, bunlar 10-15 makina səhifəsindən ibarət olardı.” Demək ki, Nazim 10-15 makina səhifəsi üçün çevrəsindəki bütün dostlarını ittiham edirdi. Dost başına bir neçə səhifə kimi bir şey!..

      Hörmətli Peridə Calal deyib ki, evi nəzarətdə olduğundan əlindəki səhifələri bir xanıma vermiş. O da Nazimin qaçdığını eşidincə qorxub onları yandırmışdı ki, bu ortamda onu günahkar saymaq da düzgün olmazdı…”

      Nazim Hikmətin çevrəsindəki dostlarından heç olmasa biri – hörmətli Peridə Calal məni haqsız yerə suçlasa da, yandırma hadisəsini təsdiqləyirdi. Yandırılanın miqdarında fikirlərimiz üst-üstə düşməsə də…

      Digər romançımızın mənə xitabən yazılıb-yazılmayan açıqlamasını Oktay Akal dörd gün sonra eyni qəzetdəki köşəsində “Çeir yandırılarmı?” sorğusuyla cavab verəcəkdi. Akbala görə, Nazimin itkin sətirləri mövzusu olduqca yayılmış bir məsələdir və heç bir böyük sənətçinin əsəri ortadan qaldırılmamalıydı. Bu bir cinayətdir və əsil günahkar da insanları bu işə sövq edən dövranlardır…”

      Nazimə görə, 46 000…Hörmətli Peridə Calala görə isə 10-15 makina səhifəsi!.. Hər səhifədə 30-35 sətir hesabıyla 300-500- sətir!.. Azmıdır? Bir də “ətrafındakı bütün dostlar” var. On, on beş onlara əmanət etdisə Nazim, itən səhifələrin sayı minlərə şıxmırmı? Hamısımı yandırıldı bunların? Haradasa saxlanıla bilər azından bir bölümü? Ədəbiyyat tariximiz baxımından isə həbsxana şəraitində on minlərcə səhifə yaratdığı məlumdur və

      Sarışın bir qurda bənzəyirdi

      Və mavi gözləri çaxmaq-çaxmaqdı

      Yürüdü uçrumun kənarına qədər

      Əyilib durdu

      Buraxsalar

      İncə, uzun ayaqları üstdə yellənərək

      Və qaranlıqda axan bir ulduz kimi axaraq

      Kocatəpədən Afyon düzünə adalayacaqdı…

      – deyərək nəhəng Atatürkümüzü, bir neçə səhifədə yüzlərcə şairin minlərcə səhifəsindən daha coşqulu, həqiqi və əbədi bir biçimdə yaradan böyük ustanın itkin səhifələrinin arxasınca bir kimsənin düşməmiş çox qəribədir. İngilislər Şekspirin, almanlar Götenin, Avstriyalılar Motsartın haradasa itkin əsərlərinin ola biləcəyi fərziyyəsi irəli sürülsə, əcəba beləmi davranardılar?

      Nazimin, şahidiyəm ki, üçüncü qayğılandığı şey dəfn olunacağı yerlə bağlı idi. Şeirində “Anadoluda bir kənd qəbiristanında dəfn edin məni” deyərək, sağlığında qovuşmadığı vətən torpağına heç olmazsa öləndə qovuşmağı vəsiyyət etmişdi! Daha nə desin? Bir də Moskvada bizlərə söylədiyi “Öldüyümə yanmaram da… Necə olsa gec-tez öləcəyik… Buralarda basırarlar, ona yanaram…” sözləri var.

      Yürdsevərliyinə, Türkiyə, türk xalqı və türk dili sevdasına, şairliyinə və şeirinə bir toz elə qondurmarıq, amma iş son arzusunun yerinə yetirilməsinə gəlincə, inanılmaz bir səssizlik…Utanc verici qara yumor kimi bəhanələr…Həm də rəsmi ağızlardan: əfəndim, sümüklərinin Türkiyəyə gətirilməsi üçün öncə vətəndaşlığının bərpa edilməsi bunun üçün də şəxsən (ölmüş adamın!) müraciət etməsi lazımmış!..

      Sarıqamış günahkarı, məhv olunmuş on minlərcə vətən övladının sorumlusu, türklüyü uçrumun kənarına sürükləyən Ənvər Paşanın sümüklərini gətirib İstanbulun “Hürrüyyəti-əbədiyyə təpəsi”ndəki görkəmli yerdəki məzarında torpağa verənlər kimsənin tükünə yoxunmamış, türk dilinin böyük ustasına bir kənd məzarlığında iki metr vətən torpağını çox görürlər və bizlər də bu ayıba şahidlik edirik.

      Milyonluq Moskvanın sabit, fəqət soyuq atmosferində sayqı və ilgiylə əhatə olunmuş bir qaynar ölkə timsalını andırırdı. Torpaqdan qoparılmış və saxsı qablarda əkilmiş kaktus kimi hiss edirdi özünü. Yenidən torpağına dönəcəyi günü, sanıram ki, bezib usanmadan gözləyəcəkdi.

      Ayrılarkən gözləri dolmuşdu:

      “Məni də alıb aparmayacağına görə, qucaq-qucaq salamlarımı apar bəri, dosta, hər kəsə. Soruşan olarsa, “Moskvada bir türk şairi Nazim var” deyərsən. Başı dimdik türklüyüylə…”

      Orxan Qaravəli

      İstanbul, 3 dekabr 2007

      BİRİNCİ BÖLÜM

      Nazim Hikmət 75 yaşında

      Nazim Hikmət üçün anma törəni təşkil etmək cinayətdir

      Prof. Rıfkı Danışman TC Mədəniyyət naziri, 1977

      Nazim Hikmət milli və universal mədəniyyətə olan təsiri ilə dəyərləndirilməlidir

      İstemihan Tala TC Mədəniyyət naziri, 2002

      Anadan olmasının 100-cü ili Türkiyənin də rəsmi cəhdi ilə və həssas adam və qurumların coşqun dəstəyi ilə dünya miqyasında “Nazim Hikmət ili” olaraq qeyd edilərkən, keçən zaman içində körpülərdən nə qədər çox suyun axıb keçdiyi gözdən qaçırılmamalıdır; bəzi mənfi qeyri-ahəngdar səslərin bu gün də çıxması çox deyil, amma iyirmi beş il öncəni düşünərək qiymətləndirməliyik.

      1977-ci

Скачать книгу