Qafqaz xatirələri. Мамед Эмин Расулзаде

Чтение книги онлайн.

Читать онлайн книгу Qafqaz xatirələri - Мамед Эмин Расулзаде страница 4

 Qafqaz xatirələri - Мамед Эмин Расулзаде Xatirə ədəbiyyatı

Скачать книгу

       aparmış bir inqilabçı qəhrəmanın adıdır.

      11

      Kobanın Vişinskiyə bildirişi

      Kobanı çox gec-gec görürdüm. Müxtəlif saziş şərtləri əsasında təsadüfən qarşılaşırdıq.

      1905-ci ildən sonra çar sistemində yaranmış sarsıntı və zəiflik üzündən hər yerdə inqilablar baş

      qaldırırdı. Bakı belə yerlərdən biri idi. Burada bir çox ümumi tətillər, siyasi nümayişlər, qarışıqlıq və

      talançılıq, siyasi qatil kimi hadisələrin içində müxtəlif inqilab təşkilatçılarının yarıgizli fəaliyyəti görünürdü. Tez-tez toplantılar, konqreslər və konfranslar keçirilirdi.

      Bir gün Bakı ərazisində neft mədənlərinin olduğu Qaranəhr deyilən yerdə, gecə saatlarında bir dülgər sexində çar əleyhinə müxtəlif inqilab təşkilatçılarına mənsub nümayəndələrdən ibarət konfransda idik. Günün tələblərinə uyğun birgə məsələlər müzakirə edilirdi. Söhbət yuxarıda qeyd etdiyim Bolşevik-Menşevik görüşü əsasında davam edirdi. Bolşevikləri Koba, yəni Stalin, Menşevikləri isə hazırda sovetlərin millətlərarası sözçüsü olan Andre Vişinski təmsil edirdi.

      O zaman Azərbaycanca intişar tapmış, çarlıq əleyhinə milli müxalifət orqanı olan “Təkamül”

      qəzetini bu toplantıda mən təmsil edirdim. Müzakirə rusca gedirdi. Rus olmayan bir çoxları kimi, mən də bu dildə elə də səlis danışa bilmirdim. Üslub və qrammatik səhvlərim olurdu. Müzakirədə təmsil etdiyim milli muxalifət cərəyanının anladığı taktika ilə “baltanı çarlığın düz kökünə vuran”, Bolşeviklərə üstünlük qazandıran bir ifadə işlətdim... Bunu həzm edə bilməyən Menşevik Vişinski

       Yoldaş, ədəbli deyil!.. – deyərək, müdaxilə etdi. Koba dərhal – Hə, yoldaş Vişinski, bir türkcə, azərbaycanca danış, görək kim yaxşı danışır!.. – deyərək, müdaxilə etdi.

      12

      Türkiyədə Jön Türk inqilabı

      1908-ci ildə Türkiyədə Jön Türk inqilabı başlamışdır. Azadlıq meydanlarında, xüsusən Qafqazın türk və digər müsəlmanlarının fikir və siyasi hərəkat mərkəzi olan Bakıda bu tarixi hadisə daha çox gündəmdə idi. Bir təsadüf nəticəsində Koba ilə rastlaşdım.

       – Osmanlı inqilabı haqqında bizim jurnala bir məqalə yazsanız, – dedi.

      Bizim jurnalın məqsədi yuxarıda qeyd etdiyim Neft Sənayesi Fəhlələri Həmkarlar İttifaqının mətbu orqanı “Qudok” (“Düdük”) idi. Məqaləni yazıb, redaksiyaya gəldim.

      Redaksiyanın ozamankı bir çox müəssisələr kimi iki üzü var idi: bir üzü rəsmi idi. Qəzetin məsul müdiri hökumətdən icazə almış imtiyaz sahibi Saşa Samartsev idi. Onun arxasında qəzetin gizli bir redaksiya heyəti var idi ki, bura Koba ilə Timofeyev daxil idi. Onlar bir ayaqqabı dükanının pərdə ilə

      ayrılmış arxa tərəfində çaplanırdılar. Türkiyədəki məşrutiyyət inqilabı barədə yazdığım məqaləni burada, bu ayaqqabı dükanında oxuyub müzakirə etdik. Timofeyev məqaləni tənqid atəşinə tutdu.

       – Öz burjuaziyanızı tənqid edib gözdən salırsınız. Rəsulzadənin məqaləsində isə burjua inqilabı təriflənir.

       Özümüzə yaxşı görünməyən bir şeyi Türkiyə üçün necə yaxşı görə bilərik?! – deyərək, məqalənin rəddini istədi.

      Koba müdaxilə etdi:

       – Yoldaş yanılır, məsələni çox bəsitləşdirməyin. Rusiya şərtləri ilə Türkiyə şərtləri bir-birindən fərqlidir. Bizdə

       reaksiya verilən tələqqi bir hadisə Türkiyədə tərəqqi sayılır. Rəsulzadənin məqaləsi düz yazılıb. Orada yürüdülən mühakimə çox haqlıdır. Məqalə dərc edilməlidir!..

      Beləcə, məqalə dərc olundu.

      13

      Bizim 200 rubl

      Yuxarıda bəhs etdiyim hərc-mərclik illərində Rusiyada və Qafqazın hər yerində olduğu kimi, Bakıda da qanuni və qanunsuz fəaliyyət göstərən müxtəlif cəmiyyətlər var idi. Xeyriyyəçilik və

      maarifçilik işləri ilə məşğul olan cəmiyyətlərlə bərabər gizli fəaliyyət göstərən siyasi-ideoloji təşkilatçılardan baqa, hökumət idarəsində zəiflərdən istifadə edən soyğunçu dəstələr də var idi. Müxtəlif ideyalar naminə çirkli işlər görən bu quldur dəstələri varlıları təhdid edərək pullarını mənimsəyir, onların bəzilərini oğurlayaraq müəyyən məbləğ qarşılığında azad edib, böyük firmalara göndərdikləri təhdid məktubları ilə hərraca qoşurdular. Bir vaxtlar Bakının məşhur milyonçularından olan Musa Nağıyev də bu qaydada saxlanılmış və verdiyi böyük məbləğdə pul müqabilində buraxılmışdır. Hələ də

      fəaliyyət göstərən bu quldur dəstələri arasında Bolşevik partiyasının hesabına çalışan bir dəstənin də adı hallanırdı. Dəstəyə İrəvan meydanının “qəhrəman”ı (bu hadisə məşhurdur) olan şəxsən Kobanın rəhbərlik etdiyi sonralar bəlli olmuşdur.

      Sonralar İstanbulda eşitdiyim bir əhvalatın bununla əlaqəli olduğu üçün danışıram: Həmin dövrdə polisin acizliyini görən bəzi firmalar təhlükəsizliklərini əməkhaqqı müqabilində

      Bakının qoçularına əmanət edirdilər. O cümlədən, məşhur neft şirkəti olan Nobel bu məqsədlə H.M.-

      yevin biri ilə əlaqə yaratmışdır. Həmin şəxs 1927-1928-ci illərdə İstanbulda emiqrant olan bir çoxunun Bakı ilə bağlı xatirələrini danışmışdır:

      “Bolşevik partiyasının təhdid qolundan adıçəkilən firmanın neft şöbəsinə bir məktub daxil olur.

      Məktubda 50.000 rublu müəyyən bir gündə və saatda gələcək şəxslərə vermək tələb olunurdu. Firmanın müdiri H.M.-yı çağıraraq ondan təyin olunmuş vaxtda təhdidçilərlə görüşməsini tapşırır. H.M.

      qoçularla bir az gözləyir. Təyin olunmuş vaxtda Koba (yəni Stalin) iki şəxslə birlikdə içəri girir. Qorxu saçan sərt baxışlarla H.M.-yı süzən Koba ona adı ilə müraciət edərək:

       – Hmm,.. Biz oğru deyilik. Kapitalizmə qarşı mübarizə

Скачать книгу