Mənim anam – Marina Svetayeva . Efron Ariadna

Чтение книги онлайн.

Читать онлайн книгу Mənim anam – Marina Svetayeva - Efron Ariadna страница 3

Автор:
Жанр:
Серия:
Издательство:
Mənim anam – Marina Svetayeva  - Efron Ariadna Xatirə ədəbiyyatı

Скачать книгу

böyük deyildi, uzunsov, alaqaranlıqdı. Çünki pəncərə küncdə – otağın ensiz tərəfindəydi, uşaq otağının divarı ona mane olurdu. Bu pəncərədən düşən işığın, demək olar ki, çox hissəsi böyük yazı masasına düşürdü. Masanın sol tərəfində, qısa divarın küncündə sırayla kitablar, dəftərlər, vərəqlər düzülmüşdü. Bəzək-düzək şeylərinin (Düzünü desəm, “bəzək-düzək şeyləri” anamın masasına uyğun söz deyildi! Onlar bəzək-düzək şeyləri deyildi, hamısının ruhu və tarixçəsi vardı. Təsadüfi heç nə yox idi aralarında. Çoxu da qəşəng şeylər deyildi.) arasında mənim hey marağımı özünə çəkən içində lələk və karandaşlar olan hündür, yumru qara laklı qutu vardı. Bu qutu üzərində iyirmi üç yaşlı generalın – 1812-ci il qəhrəmanının al qırmızı mundir, boz plaşda gözəl miniatür şəkli olduğuna görə “Dördüncü Tuçkov”7 adlanırdı.

      Nənəm Mariya Aleksandrovanın press-papyesi (basma) – krujeva manjetlərdən çıxan iki balaca metal əl, məktubları kip saxlayan iki tünd rəngli əl, xüsusilə, maraqlıydı. Babam İvan Vladimiroviç Svetayevin nə zamansa İtaliyadan gətirdiyi qəribə qara Məryəm fiquru qorxu və maraq doğururdu. Bu, orta əsrlərə aid Məryəm enlialınlı və görməyən iki iri göz dəliyi olan əl boyda, ağır, ya çuqun, ya da ki dəmirdən hazırlanmış bir fiqur idi. Fiqurun ortasında ikitaylı qapı açılır və içiboş Məryəm hər iki tərəfdən iti iynələrlə doluydu. Anam danışırdı ki, orta əsrlərdə İtaliyada bu cür insan boyundan bir az hündür fiqurlar olubmuş. Yeretikləri onların içinə salıb, qapağını bağlayırlarmış və bizlər həmin adamları deşik-deşik edirmiş. Orta əsrlər, İtaliya və yeretiklər8 mənimçün qaranlıq mövzulardı. Amma bizə baxıb barmaqlarımla toxunanda mən bütün varlığımla orta əsrlər İtaliyasına və bu cür Məryəmə qarşı çıxırdım!

      Masa və qapı arasında göy pərdə sallanan boşluq vardı. Rəflərdən birində ipək yaylığa bükülmüş atamın vərəmdən dünyasını dəyişmiş qardaşı Petin üzündən çıxarılmış ağ gips maska qoyulmuşdu. Atama bənzəyən, yatmış, lakin əzab çəkmiş və çox sakit olan bu sifət həmişə məndə mərhəmət, rəhm hissi oyadırdı. Mən tez-tez anamdan “Peti mənə göstərməyini” xahiş edirdim. Onun bağlı, kədərli, soyuq dodaqlarını və yumulu, böyük, soyuq gözlərini öpürdüm.

      “O, səni tanıyırdı, – deyirdi anam, – sənsə onu xatırlamırsan. O, səni sevirdi. Balaca qızı vardı, tez dünyasını dəyişmişdi. Yoldaşı rəqqasəydi və onu heç sevmirdi…”

      Ölən qızı?! Sevməyən rəqqasə?! Heç nə başa düşmürəm! Axı necə ölmək olar? Axı necə sevməmək olar?

      Rəflərdə çoxlu maraqlı şeylər – dəniz ulduzları, balıqqulağıları, bağa qını, stereoskop və stereoskopda baxmaq üçün bir çox ikili fotolar (Krım, ana, ata, Maks, Pra, mənlə Andryuşa, başqaları və sadəcə mənzərə şəkilləri) vardı. Onu da deyim ki, stereoskopda hər şey gerçək, canlı görünürdü, hərəkətsiz olsalar belə.

      Qapıdan sağ tərəfdəki divar boş idi. Qarşısında köhnə divandan başqa heç nə yox idi. Yaxınlaşıb açıq rəngli divar kağızındakı qızılgüllərə əllə toxunmaq mümkündü. Üstündən asılmış gözəl aşılanmış boz-mavi xəzi də sığallamaq olurdu. Bu xəz anamın sevimli pişiyi Kusakanın idi. Onu Krımdan hələ lap bala olanda üç sutka köynəyinin qoynunda gətirmişdi. Kusaka ağıllıydı, it kimi hər şeyi başa düşürdü, hətta deyərdim ki, ondan da yaxşı. O qədər ağıllıydı ki, gecə güvəcinin nədən ötrü olduğunu məndən yaxşı bilir, çox böyük zəhmət və əziyyətlə dörd pəncəsiylə sürüşkən emal kənarlarından yapışıb ondan istifadə edirdi. Anamın işdən çıxartdığı əliəyri aşpaz intiqam almaq üçün Kusakanı zəhərləmişdi. Boğulan Kusaka köpük içində, tükü pırpızlaşmış və cansız halda bütün mənzil boyu sürünərək anamın yanına gəlmişdi ki, vidalaşsın. Elə beləcə anamın əlləri üstündə də ölmüşdü. Anam da, mən də çox ağladıq. Sonra biz onu götürüb arabayla kürkçünün yanına getdik. Kürkçü də pişiyi “canlı kimi” əbədiləşdirməyi – sanki ağacın budağında quşu oğurlamaq istəyən əsl pişik kimi əbədiləşdirməyi təklif etdi. Kürkçünün quşu tamamilə pulsuz, mükafat kimi təklif etməsinə baxmayaraq anam bizim Kusakanın eybəcər hala düşməsinə razılıq vermədi. Beləliklə, o, həmin bu divardan asılan xəzə çevrildi.

      (Yadımdadır ki, Kusaka bir dəfə xəstələnəndə baytar ona resept yazmışdı. Anam onu uzun illər qeyri-peşəkar şeir nümunəsi kimi saxlamışdı. Pişik resepti beləydi:

      “Efron xanımın pişiyinə:

      Hər saat başı,

      bir çay qaşığı”.)

      Bundan əlavə, divarda Vrubelin9 çox bəyəndiyim kiçik həcmli, rəngli əl işləri asılmışdı – “Pan”, “Şahzadə qız – Qu quşu” yadımdadı.

      Üzbəüz divarda atamın böyük portreti vardı. Onu valideynlərimin rəfiqəsi, rəssam Maqda atam xəstə olanda çəkmişdi. Atam kürsüdə yarıuzanılı vəziyyətdə, əlində kitab, ayaqlarının üstündə yun şal çəkilmişdi. Portretin fonu narıncı rəngdəydi. O ya pərdə idi, ya da ki hansısa şərti işarə…

      Enli, alçaq taxtın yuxarısında portret asılmışdı. Taxtın üstünə şərq üslubunda yaşılımtıl zolaqlı ipək parça salınmışdı. O parçalardan indi də Özbəkistanda xələt tikirlər. Tavandan göy rəngli, uzun, qıraqları tin-tin asmalı büllur çilçıraq sallanmışdı. O, çox gözəl və qədimi idi. Yerdə – düz elə çilçırağın altında onun və mənim ölçümə nəzərən gözümdə ayı dərisinə oxşatdığım canavar dərisi vardı. Dişləri doğruçu olsa da, canavarın açıq qalmış ağzına əlini soxsan, dişləməyəcəyini bilmək gözəl duyğu idi!

      Taxtın başlığından xəz asılan divara qədər bütün yeri böyük qədimi sekreter tuturdu. Anam bəzən onun içindən tünd rəngli ağacdan hazırlanmış, təlimatlı, çox ağır musiqili mücrünü çıxarırdı. O, bir neçə qəmli, sakit pyes səsləndirirdi. Musiqinin səslənmə mexanizmi tamamilə aydın olsa da, mücrü sirli və sehrli olaraq qalırdı. Musiqili mücrüdən başqa anamın şarmankaçıdan alınmış əsl köhnə şarmankası da vardı. Anam da, atam da, onların gənc dostları da həvəslə şarmankanın dəstəyini fırladırdılar.

      Mənzilin ikinci mərtəbəsinə çıxmaqdan ötrü bütün yolu alaqaranlıq dəhlizdən yemək otağına, oradan ön otağa geri qayıtmaq, o biri dəhlizə çatanda çox hündür və dik pilləkənlərlə yuxarı qalxmaq lazım olurdu. Pilləkənlər pəncərələrdən yaxşıca işıqlanan balaca meydançaya çıxırdı. Ora mənə girməyə qadağan edilmiş böyük mətbəxin, vanna otağının, anbarın və ayaqyolunun qapısı açılırdı. Daha bir – sonuncu dəhlizsə balaca otağın (ora ancaq üstü heç nəylə örtülməmiş çarpayı döşəyi, masa, oturacaq və dolab yerləşirdi) yanından keçib atamın böyük, amma çox da işıqlı olmayan otağına aparırdı. Mən bura nadir hallarda gəlirdim. Uşaq otağından rahatca anamın otağına və ya yemək otağına keçmək olurdu. Bura

Скачать книгу